Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə15/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   11   12   13   14   15   16   17   18   ...   140

Fərhad Mehdiyev
12
məklə, icra hakimiyyəti ifadəsini iki ayrı mənada - həm funksional mənada ida -
rəetmə,  həm  də  orqanik  mənada  nəzərdə  tutur.  Rayon  icra  hakimiyyətləri
“administrasiya” orqanıdır və icra hakimiyyətinə daxildirlər. Bələdiyyələr baxı-
mından isə vəziyyət fərqlidir. Onlar “Bələdiyyələrin statusu haqqında” Qanuna
görə,  dövl ət  hakimiyyəti  orqanı  sayılmır.  Dövlət  idarəetmə  orqanlarına  daxil
olsalar da, olmasalar da, bələdiyyələrin ictimai idarəetmə orqanı olduğuna şüb-
hə yoxdur və bələdiyyələr də inzibati orqandır. Lakin konstitusiyaya görə onlar
icra hakimiyyətinə daxil deyil. Qısası, “icra hakimiyyəti” sözü ancaq funksional
mənada götürüldükdə bələdiyyələri də əhatə edir.
17
Hökumətin  bir  hissəsi  olan  Nazirlər  Kabineti ilk  növbədə dövlətin  ali
idarəetmə  orqanıdır.  Konstitusiyaya  görə  NK  Prezidentin  icra  səlahiyyətlərini
həyata keçirən köməkçi orqandır. Parlamentar rejimlərdə NK siyasi orqan olsa
da, yenə də texniki “administrasiya”nın tərkibinə daxil olur. Ayrı-ayrı nazirlik-
lərin isə siyasi xüsusiyyəti arxa planda qalır, məsələn Xarici İşlər Nazirliyi daha
çox siyasi orqan kimi çıxış etdiyi halda, Təhsil Nazirliyi ya da Səhiyyə Nazirliyi
əsasən  inzibati  orqan  qismində  çıxış  edir.  Ölkə  administrasiyası  (idarəetməsi)
əsasən  nazirliklər  və  onların  yerlərdə  olan şöbələri  vasitəsilə  həyata  keçirilir.
Kontinental  Avropada  buna  daha  çox  rast  gəlinir  (İngiltərə  istisnadır,  orada
dövlət və ictimai idarəetmənin böyük hissəsini bələdiyyələr həyata keçirir).
Hər  administrativ  instansiya  (vahid)  inzibati  orqan  sayılırmı?  Xeyir.
Administrasiya  içində  yer  alan  bir  vahidin  inzibati  orqan  sayılm ası  üçün,  onun
inzibati  akt,  yəni  bağlayıcı  qərar  alma  səlahiyyəti  olmalıdır.  Ancaq  tək  tərəfli
qaydada,  hüquqi  statuslara  təsir  göstərəbilən,  bağlayıcı  qərar  alabilən  vahidlər
“inzibati orqan” sayılacaq.
Əyər  Nazirlik  strukturunda  olan  bir  “şöbə”,  inzibati  akt  qəbul  etmə
salhiyyətinə  sahib  deyilsə,  o  “şöbə”  inzibati  orqan  sayılmayacaq.  Onun  ayrıca
prosessual hüquq qabliyyəti yoxdur, o məhkəmədə cavabdeh qismində çıxış edə
bilməyəcək, habelə ondan hər hansı təzminat istəmək də mümkün deyildir.
a) Mərkəzi idarəetmə orqanları
Mərkəzi administrasiya ölkənin paytaxtında yerləşən hökumətlə başlayaraq
tabeçilik  qaydasında  ona  bağlı  olan,  yerlərdəki  ən  xırda  idarəetmə  instansiya -
sına (vahidlərinə) qədər uzanan təşkilatı ifadə edir.
İcra hakimiyyətini təşkil edən P rezidentin və Nazirlər Kabineti ilk növbədə
siyasi  orqanlardır.  Bununla  belə,  onları idarəetmə  orqanları  toplusundan
ayırmaq mümkün deyildir. Əlbəttə ki onlar da, inzibati orqanlar arasın da, hətta
17
Алехин  А.Р.,  Кармолицкий  А.А., Козлов  Ю.М. Административное  право Российской
Федерации, «Зерцало», Москва, 1997, с. 18.


İnzibati hüquq
13
ən üstündə yer alır.
Birincisi,  Nazirlər  Kabinetini inzibati  orqanların  xaricində düşünmək
mümkün deyil.  Nazirlər Kabinetinə daxil olan nazirliklər və komitələr müvafiq
ictimai  xidmətləri  icra  edən  idarəetmə  orqanlarını  təşkil  edir.  Mərkəzi
administrasiya təşkilatının icra etdiyi və milli ictimai xidmətlər adlan dırılan bu
xidmətlər
18
,  bir  qayda  olaraq,  nazirliklər şəklində  təşkil  edilir.  Nazirlər  isə  bu
xidmətlərin  ən  yüksək  vəzifəli şəxsləridir.  Konstitusiyanın  119 -cu  maddəsi
nəzərə  alınsa,  görünər  ki,  NK -nın  bu  maddədə  göstərilən  səlahiyyətləri  siyasi
deyil, idarəetmə  fəaliyyətinə  aiddir.  Göründüyü  kimi,  Konstitusiyadaki  “icra
hakimiyyəti”  termini  bəzi  hallarda  dövlətin  ali  idarəetmə  orqanı  mənasına
gəldiyi halda, bəzi hallarda ümumi mənada idarəetmə orqanlarını ifadə edir.
NK  başçısı  olan  Baş  Naziri  də  orqanik mənada “administrasiya”dan  ayırmaq
olmaz. Birincisi, Baş Nazirə tabe olan administrasiyalarla (idarələr, şöbələr) yanaşı,
Nazirlər Kabineti yanında çeşidli komitələr və komissiyalar var.
Prezidentin özü birbaşa hər hansı ictimai  xidməti icra etməsə də, onl arın ən
yüksək  təşkilatçısı  və  nəzarətçisidir.  Buna  görə  onu  da  “administrasiya”dan
ayırmaq  mümkün  deyil.  Nazirlər  Kabinetinin  iclaslarına  onun  başçılıq  etməsi
bunu bir daha sübut edir. Üstəlik, bu xüsusiyyət təkcə prezident rejimi ilə idarə
olunan ölkələrə xas deyil. Parlamentar rejimlə idarə olunan ölkələrdə də dövlət
başçısı  NK  yaradılması  və  nazirlərin  vəzifələrindən  azad  edilməsi,  qanunların
imzalanması,  yüksək  vəzifəli şəxslərin vəzifəyə təyin olunması, bəzi ölkələrdə
müəyyən  dərəcədə  administrativ  nəzarəti  həyata  keçirməsi  ilə  bağlı
“administrasiya”nın tərkibində yer alır.
Xülasə,  orqanik  mənada  administrasiya,  geniş  mənada  dövlətin  icra  haki -
miyyəti  orqanları  ilə  eyniləşir,  lakin  ondan  daha  geniş  anlayış  olaraq  ortaya
çıxır,  çünki  ümumi  inzibati  orqanlar  toplusuna  habelə  bələdiyyələr  və  digər
ümumi hüquq şəxsləri aid olur.
b) Coğrafi qeyri-mərkəzi inzibati orqanlar/administrasiya (yerli
özünüidarəetmə)  orqanları
Yerli özünüidarəetmə (yerli hökümət - «local government» də deyilən) or-
qanların  funksiyası  və  məqsədini  belə  tərif  edə  bilərik: müəyyən  bölgədə,
rayonda xalqın ehtiyaclarını ödəmək üçün icra edilən yerli ictimai xidmətlərdir.
Bu  xidmətləri  mərkəzi  administrasiya  deyil,  ierarxiya  (tabeçilik)  bağı  ilə
mərkəzə  bağlı olmayan,  müəyyən  dərəcədə  müstəqil  və  hüquqi şəxs  olan,  o
bölgədə  yaradılan,  dövlət  hakimiyyəti  orqanlarının  tərkibinə  daxil  olmayan
administrasiyalar  icra  edir.  İctimai  xidmətlərin  daha  səmərəli  aparılması
18
Козырин, Штатина, Зеленцов, с. 95.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə