Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə137/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
1   ...   132   133   134   135   136   137   138   139   140

İnzibati hüquq
295
nıb. Əlavə  olaraq  tərəflar  arasında  “Elektrik  enerjisinin  satın  alınması  haqqında
Saziş”  imzalanib.
605
Digər  tərəfdən,  qanunvericilikdə  bəzən  inzibati  hüquqi  akt
yerinə  “müqavilə”  sözündən  istifadə  edildiyini  görmək  mümkündür. Məsələn,
Bakı Şəhəri İcra Hakimiyyəti  Başçısının  06.09.1999-cu  il  tarixli  “Bakı  Şəhə-
rində  reklam  və  məlumat  daşıyıcılarının  yerləşdirilməsi  və  istifadə  qaydaları
haqqında”  sərəncamı  reklam  lövhələrini  asmaq  üç ün  şəhər  icra  hakimiyyətin-
dən faktiki icazə alınmasını nəzərdə tutur. Bu tənzimləməyə görə, uyğun şəxs-
lərlə  inzibati  orqan  “müqavilə”  bağla malıdır. Idarəetmə  orqanlarının  mühafizə
fəaliyyətinə  aid  olan  bu  fəaliyyətin  adi “icazə  vermə”  olduğu  aydındır.
606
  La-
kin normativ xarakterli aktda səhv olaraq “müqavilə” sözündən istifadə edilir.
Qeyd  etmək  lazımdır  ki,  Azərbaycanda  müxtəlif  qanunlarda  tənzimlənmiş
idarəetmə  orqanlarının  bağladığı  müqavilə  tipli  əqdlər  həmişə  onlara  üstün  və
imtiyazlı  səlahiyyətlər  vermir.  Qanunvericiliyin müvafiq  müddəaları  müqavilə
tərəflərinin mənafeyi arasında tarazlığın olması məqsədini güdür.
607
 «İcarə haq-
qında»  Qanunun  13-cu  maddəsi  dövlət  mülkiyyətini  icarəyə  vermiş  idarələrə
müqavilədə nəzərdə tutulmayan hallarda birtərəflı ləğv  etmə səlahiyyəti vermir.
Administrativ  müqavilənin  müstəqil şəkildə deyil,  müəyyən üsulla bağlan-
dığını qeyd etmək lazımdır. Tender vasitəsilə bağlanan müqavilələrin forma v ə
proseduru «Dövlət satınalmaları haqqında» Qanunda göstərilib.
Digər  tərəfdən, administrasiyanın  bağladığı  müqavilələrin  hüquqi  rejiminin
bir qismi yuxarıda adı çəkilən qanunlar çərçivəsində mülki hüquq müddəalarına
tabe  olmurlar. Məsələn,  26  Dekabr  1997-ci  il  tarixli  Su  Məcəlləsi  dövlət  mül-
kiyyətində  olan  sahil  suları  üzərində  müxt əlif  xüsusi  istifadə  müqavilələrinin
bağlana biləcəyini tənzimləyib, 42 -ci maddə müvafiq icra hakimiyyəti  orqanına
birtərəfli  olaraq  bu  müqavilələrə  xitam  vermə  səlahiyyəti  tanıyıb.  10  Aprel
1998-ci  il  tarixli  «Tarix  və  mədəniyyət  abidələrinin  qorunması  ha qqında»
Qanunun  19-cu  maddəsi yerli  əhəmiyyətli  icarəyə  verilmiş  daşınmaz  memarlıq
abidələri ilə əlaqədar müqavilə müddəalarının xüsusi hüqüqla pozulması zamanı
idarəetmə orqanına birbaşa müqaviləyə xitam vermə səlahiyyəti verir. Ancaq bir
çox müqavilələr baxımından belə bir hal nəzərdə tutulmayıb; bu müqavilələrdə
müqavilə müddəalarının pozulması Mülki Məcəllə çərçivəsində həll olunur. 13
Yanvar 1995-ci il tarixli «İnvestisiya fəaliyyəti haqqında» Qanunun 11 -ci mad-
dəsi dövlət inkişaf proqramlarının bir pa rçası olan özəl investisiyalar üçün bəzı
imtiyazlar, vergi  güzəştləri
608
, amortizasiya  güzəştləri, subsidiyaların verilməsi,
605
«Azərbaycan» qəzeti, 8 Noyabr 2001-ci il, s. 2.
606
Duran, s. 268.
607
Abdullayev, s.  188.
608
Adı çəkilən maddədə nəzərdə tutulan vergi güzəştlərinin tətbiqi artıq qüvvəsini itirib.


Fərhad Mehdiyev
296
ölkəyə mal gətirmə kimi imtiyazlar nəzərdə tutub; bunlar dövlət orqanı ilə bağ -
lanacaq  müqavilədə  göstərilməlidir  və  daha  sonra  fərdi  aktlarla  həyata  keçiril-
məlidir. Başqa sözlə, bunlar xüsusi hüquqi rejimin tətbiq ediliməsinə səbəb olur.
Daha bir xüsusi hüquqi rejim cinayət axtarış fəaliyyəti ilə bağlı müqavilələr
üçün nəzərdə tutulub. 28 Oktyabr 1999 -cu il tarixli “Əməliyyat-axtarış tədbirləri
haqqında”  Qanunun  17-ci  maddəsi  cinayət-axtarış  fəaliyyəti  zamanı  polisə  kö-
nüllü sürətdə kömək edən şəxslərin istintaq orqanları ilə müqavilə bağlamasına
imkan  verir  və  bunun  hüquqi  statusunu -  staj,  sosial  təminat,  cinayət  məsuliy-
yətindən azad etmə kimi halları tənzimləyir. Aydındır ki, bu da ümumi (dövlət)
hüquq sahəsinə aid müqavilədir və mülki qanunvericiliyin öhdəliklər hüququna
aid müddəalarına tabe deyil. Məsələn, şəxs gördüyü işin çox təhlükəli olmasın -
dan dolayı və cinayət tərkibli əməllər törətmək məcburiyyətində qaldığına görə
bu  müqavilədən  çıxmaq  istəsə,  ondan  hər  hansı  kompensasiya  istəmək,  yaxud
öhdəliyini  icra  etmək,  onun  hesabına  öhdəliyi  başqasının  icra  etməsini  tələb
etmək mümkün olmayacaq.
Yuxarıda qeyd etdik ki, idarəetmə orqanlarının bağladığı müqavilələrdə qa-
nunvericilk  ümumi  qayda  kimi  idarəetmə  orqanına  üstün  səlahiyyətlər  ver mir.
Bunlar  müqavilədə  nəzərdə  tutulduqda  tətbiq  edilir.  Hətta  ictimai  mənafeyin
açıq  göründüyü  müqavilələrdə  də  bu  üstünlüyün  tanınmadığına  şahi d  oluruq.
Ancaq  bu,  səhv  praktikadır.  Neft  yataqlarının  istismarı  barədə  xarici şirkətlərlə
bağlanan heç bir müqavilə Azərbaycan dövləti adından çıxış edən orqana üstün -
lük  vermir,  qarşı  tərəfin  razılığı  olmadan  müqavilənin  dəyişdirilməsi   belə
qadağan  edilir.
609
  Bununla  yanaşı,  praktikada  bəzən  dövlət  orqanının  üstün
səlahiyyətlər  tətbiq  etdiyini  görürük.  Buna  misal  olaraq  6  Sentyabr  1997 -ci  il
tarixli  “Dövlət  mülkiyyətindən  daha  səmərəli  istifadə  edilməsi  haqqında”
Prezidentin Fərmanının  həyata  keçirilməsin i  göstərmək  olar; fərmanda  dövlət
mülkiyyəti üzərində sərəncam vermək səlahiyyəti (icarəyə vermə, satma) Dövlət
Əmlak  Komitəsinə  verilib,  Dövlət  Əmlak  Komitəsinə  əvvəllər  bağlanmış
müqavilələri  nəzərdən  keçirmək  tapşırılıb.  Dövlət  Əmlak  Komitəsi  mövcud
icarə  və  xidmət  müqavilələri  əvəzinə  yeni  müqavilələr  bağlayıb.  Adı  çəkilən
fərman  “İcarə  haqqında”,  “İnvestisiya  fəaliyyəti  haqqında”  qanunlar  və  Mülki
Məcəllənin  öhdəlik  hüququna  (müddəti  bitməyən
müqavilələrə  yenidən
baxılması) açıq-aşkar  uyğun  gəlmir  və onun  legitimliyi  mübahisə  predmeti
deyil.
609
Azərbaycan  Dövlət  Neft Şirkətinin  Kura  Valley  Development  Company,  Amoko  Nord  Petrol,
Itochu  Caspian  kimi  şirkətlərlə  bağladığı  bütün  müqavilələrdə  b u  müddəaya  rast  gəlmək
mümkündür.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə