Dərs vəsaiti. Bakı, 2012, 325 səh. Rəyçilər: iqtisad elmləri doktoru, prof



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə5/68
tarix17.09.2018
ölçüsü2,48 Mb.
#69119
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   68

-
 
təsərrüfat  subyekti  və  onun  bölmələrinin  maliyyə 
fəaliyyətini təmin etmək; 
-
 
malgöndərənlər,  alıcılar  və  s.  ilə  hesablaşmaları 
həyata keçirmək
-
 
müxtəlif  növ  risklərdən  sığortalanmanı  həyata 
keçirmək; 
-
 
maliyyə  sferasında  mühasibat  və  statistik  uçotun 
apanimasını  həyata  keçirmək,  müəssisə  üzrə  mühasibat 
balansını tərtib etmək
-
 
təsərrüfat  subyekti  və  onun  bölmələrinin  maliyyə 
fəaliyyətini təhlil edib qiymətləndirmək. 
Müəssisənin  maliyyə  fəaliyyətinin  idarə  edilməsində 
əsas fiqur kimi təbii ki, maliyyə meneceri çıxış edir. Maliyyə 
menecerinin  fəaliyyəti  onun  vəzifə  təlimatına  görə 
reqlamentləşdirilir.  Maliyyə  meneceri,  adətən,  muzdlu  işçi 
olub, müqavilə əsasında işə cəlb edilir. Lakin o, müəssisənin 
maliyyə nəticələrinə görə  maraqlıdır. Ona görə də maliyyə 
meneceri yalnız əmək haqqı almır, həm də mənfəətdən faiz 
alır, maliyyə meneceri ilk növbədə yüksək peşə biliklərinə, 
təşkilati qabiliyyətə və insanlar arasında ünsiyyət yaratmaq 
məharətinə  malik  olmalıdır.  O  eyni  zamanda  yalnız  sırf 
maliyyə məsələlərini peşəkarlıqla araşdırmağı deyil, həm də 
mikro- və makroiqtisadi məsələləri aydınlaşdırmağı, iqtisadi 
nəzəriyyə, dövlətin iqtisadi siyasəti məsələlərini araşdırmağı 
bacarmalıdır. 
19 


II.
 
MÜƏSSİSƏNİN ÖDƏMƏ QABİLİYYƏTİNİN 
QİYİMƏTLƏNDİRİLMƏSİ VƏ OPTİMAL 
QƏRARLARIN SEÇİLMƏSİ 
2.1.
 
Mövzunun nəzəri-metodoloji əsasları 
Ödəmə qabiliyyəti müəssisənin öz  borc öhdəliklərini 
vaxtaşırı  ödəmək  üçün  zəruri  səviyyədə  maliyyə 
imkanlarının  olmasını  əks  etdirir.  Belə  bir  imkan  son 
nəticədə  müəssisənin  kifayət  qədər  vəsaitlərinin  olması  ilə 
şərtlənir. 
Maliyyə və pul axınlannm hərəkəti, adətən, paralel baş 
verir.  Burada  maliyyə  və  pul  axınlan  arasındakı  sərhəd 
haqqında  təsəvvürə  malik  olmaq  lazımdır.  Müəssisənin 
fəaliyyəti  prosesində  pul  vəsaitləri  əmək  haqqının 
ödənilməsi və digər cari xərclər üçün istifadə edilir. Məlum 
olduğu kimi, məhsulun satışı zamanı müəssisə öz alıcılarına 
həmin  məhsulu  kredit  kimi  verir.  Əgər  məhsul  nağd  pulla 
satılarsa,  pul  vəsaitlərinin  axını  həmişə  mövcud  olur. 
İstehsal və satışın müəyyən səviyyəsi zamanı şəxsi və borc 
kapitalın zəruri həcmini əldə etmək üçün müəyyən maliyyə 
mənbələrinə  malik  olmaq  lazımdır.  Müəssisənin  malik 
olduğu kapital aşağıdakıların həyata keçirilməsi üçün kifayət 
etməlidir: 
a)
 
müəssisənin  fəaliyyətinin  fasiləsizliyinin  təmin 
edilməsi  məqsədi  ilə  xammal  ehtiyatlannm  və  bitməmiş 
istehsalın yaradılması; 
20 


b)
 
sabit  satışı  təmin  etmək  məqsədi  ilə  hazır  məhsul 
ehtiyatlannm kifayətedici səviyyəsini əldə etmək
c)
 
müəssisənin  alıcılara  məhsulu  kredit  formasında 
vermək imkanları. 
Bunlarla yanaşı müəssisə cari öhdəliklərin ödənilməsi 
üçün həmişə müəyyən pul vəsaitlərinə də malik olmalıdır. 
Müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi 
nisbi kəmiyyət olan ödəmə qabiliyyəti əmsalının köməyi ilə 
apanlır.  Bu  göstərici  müəssisənin  borclannm  dövriyyə 
aktivinin  bu  və  ya  digər  elementləri  hesabına  ödənilmə 
imkanını  xarakterizə  edir.  Aşağıdakı  cədvəldə  müəssisənin 
balans  məlumatlan  əsasında  ödəmə  qabiliyyəti  əmsalının 
hesablanması metodikası verilmişdir (Cədvəl 2.1). 
Mütləq  pula  çevrilə  bilmə  əmsalı  qısamüddətli 
borclann  hansı  hissəsinin  dövriyyə  aktivləri,  yəni  pul 
vəsaitləri  və  qısamüddətli  maliyyə  qoyuluşları  hesabına 
ödənilməsini  xarakterizə  edir.  Müəssisənin  aktivinin  pula 
çevrilə  bilmə  qabiliyyəti  onun  daha  tez  pula  çevrilmə 
imkanlannı  göstərir.  Ödəmənin  aralıq  əmsalı  müəssisənin 
qısamüddətli  borclannm  hansı  hissəsinin  pul  vəsaitləri  və 
qısamüddətli  maliyyə  qoyuluşu,  habelə  debitor  bordan 
hesabına ödənilməsini göstərir. Ödəmənin ümumi əmsalı isə 
göstərir ki, müəssisənin dövriyyə aktivləri onun borclanm nə 
dərəcədə qabaqlayır. Müəssisənin normal fəaliyyəti zamanı 
bu əmsal vahiddən yüksək olmalıdır. 
21 


Cədvəl 2.1 
Ödəmə qabiliyyəti əmsallannm hesablanması 
G ö s t ə r i c i l ə r
 
Ölçü vahidi
 
Təhlil edilən 
dövrün
 
əvvəlinə
 
sonuna
 
1
 
2
 
3
 
4
 
1.
 
İlkin məlumatlar
 
 
1.
 
Dövriyyə aktivləri, onlardan:
 
min man.
 
4299
 
5901
 
U.
 
Ehtiyatlar
 
 
828
 
1155
 
1.2.
 
İl ərzində ödənilmə müddətinə görə 
debitor borcları
 
11
 
3232
 
4500
 
1.3.
 
Pul vəsaitləri və qısamüddətli maliyyə 
qoyuluşları
 
11
 
122
 
84
 
1.4.
 
Gələcək dövrün xərcləri
 
 
32
 
190
 
2.
 
Müəssisənin qısamüddətli borcları
 
11
 
1787
 
1363
 
3.
 
Şəxsi dövriyyə kapitalı:
 
 
 
 
3.1.
 
Kapital və ehtiyatlar arasındakı fərq
 
 
1193
 
2540
 
3.2.
 
Uzunmüddətli passivlər və şəxsi mənbələr 
uçota alınmaqla
 
 
2512
 
4537
 
II.
 
ödəmə qabiliyyəti əmsalı
 
 
4.
 
Mütləq pula çevrilə bilmə əmsalı Ijsət. 1.3 
: sət.21
 
 
0,068
 
0,061
 
5.
 
Ödəmənin aralıq əmsalı rsət.(1.2+L3) : 
sət.2I
 
 
1,876
 
3,364
 
6.
 
ödəmənin ümumi əmsalı [sət.(l.-1.4) : 
sət.21
 
 
2,388
 
4,189
 
7.
 
Cari pula çevrilə bilmə əmsalı [sət.l : 
sət.2]
 
 
2,405
 
4,328
 
8.
 
Şəxsi vəsaitlərlə təmin olunma əmsalı 
[sət.3.1 : sət.l]
 
 
0,277
 
0,430
 
Dövriyyə  aktivlərinin  dövretmə  sürətindən  asılı 
olaraq göstərilən əmsalların normal səviyyəsi aşağıdakı kimi 
qəbul  edilir.  Mütləq  pula  çevrilə  bilmə  əmsalı  -  0,l-f-0,2; 
ödəmənin aralıq əmsalı 0,7^0,8; ödəmənin ümumi əmsalı - 
l,5-?-3,0. 
22 


Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə