Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə112/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   114

T U R İ Z M  
Malın  mənşəyi  haqqında  sertifikat  gömrük  bəyannaməsi  və  gömrük 
rəsmiləşdirilməsi  zamam  tələb  olunan  digər  sənədlərlə  birgə  təqdim  edilir. 
Sertifikat itirildikdə onun rəsmi təsdiq edilmiş surəti qəbul olunur. 
Sertifikatın və onda olan məlumatların düzgünlüyünə şübhə yarandıqda, 
Azərbaycan  Respublikasının  gömrük  orqanı  sertifikatı  vermiş  səlahiyyətli 
təşkilatlara  və  ya  malın  mənşə  ölkəsi  kimi  göstərilmiş  ölkənin  digər 
səlahiyyətli təşkilatlarına əlavə və dəqiqləşdirici məlumatların verilməsinə dair 
müraciət edə bilər. 
Bu  qanunda  müəyyən  olunmuş  hallarda,  nəzərdə  tutulan  qaydada 
rəsmiləşdirilmiş  mənşə  sertifikatı  və  ya  tələb  edilmiş  məlumatlar  təqdim 
olunmayana qədər göstərilən ölkə malın mənşə ölkəsi hesab edilmir. 
Malın buraxılmasından imtina edilməsi ucun əsaslar 
Azərbaycan  Respublikasının  gömrük  orqanı  malın  buraxılmasından  o 
vaxt imtina edə bilər ki, həmin malın Azərbaycan Respublikasının iştirakçısı 
olduğu beynəlxalq sazişlərə və ya Azərbaycan Respublikası qanunvericiliyinə 
müvafiq  olaraq,  malları buraxılmayan  ölkəyə  mənsub  olmasını  təsdiq  etmək 
üçün kifayət qədər əsas olsun. 
Tələb olunan qaydada rəsmiləşdirilmiş sertifikatın və ya malın mənşəyi 
haqqında  məlumatın  təqdim  edilməməsi  malın  gömrük  sərhədindən 
buraxılmasından imtina edilməsi üçün əsas ola bilməz. 
Mənşəyi  dəqiq  müəyyən  olunmamış  mallar,  onlar  üçün  Azərbaycan 
Respublikasının  gömrük  tariflərinin  maksimum  dərəcələri  ilə  gömrük 
rüsumları ödənildiyi halda buraxılır. 
Tarif güzəştləri 
Mallar üzrə tarif güzəştləri (tarif preferensiyaları) bu Qanunla müəyyən 
olunur  və  onun  tətbiqi  bu  qanunun  35-ci,  36-cı  və  37-ci  maddələri  istisna 
olmaqla,  fərdi  xarakter  daşıya  bilməz.  Gömrük  güzəştləri  Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin qərarı ilə verilir. 
Tarif  güzəştləri  (tarif  preferensiyaları)  dedikdə,  Azərbaycan 
Respublikasının  ticarət  siyasəti  həyata  keçirilərkən  qarşılıqlı  və  ya  birtərəfli 
qaydada  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçirilən  mallar 
üzrə  əvvəl  ödənilmiş  rüsumun  qaytarılması,  rüsum  ödənişindən  azad-  etmə. 
rüsum  dərəcələrinin  aşağı  salınması,  malın  preferensial  gətirilməsi 
(çıxarılması) üçün tarif kvotaları şəklində verilən güzəştlər başa düşülür. 
Bu  qanunda  nəzərdə  tutulmuş  gömrük  güzəştlərinin  verilməsi  qaydası 
Azərbaycan Respublikasının NK tərəfindən müəyyən edilir. 
Tarif güzəştlərinin verilməsi 
Azərbaycan  Respublikasının  ticarət  siyasəti  həyata  keçirilərkən 
Azərbaycan Respublikasının gömrük ərazisi hüdudlarında aşağıdakı mallar 
^ I 
ji I .> 


YEGANLI S,T.. HACIYEV E. M. 
Üzrə əvVəl ödənilmiş gömrük rüsumlannın qaytarılması, rüsum dərəcələrinin 
azaldılması  və  müstəsna  hallarda  gömrük  rüsumlarından  azadetmə  kimi 
güzəştlər verilə bilər: 
-
 
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən olunmuş 
gömrük  rejimlərinə  uyğun  olaraq  gömrük  nəzarəti  altında  Azərbaycan 
Respublikasının  ərazisinə  müvəqqəti  gətirilən  və  həmin  ərazidən  müvəqqəti 
çıxarılan mallar; 
-
 
Azərbaycan  Respublikasının  iştirakçısı  olduğu  hökumətlərarası 
sazişlərə,  müvafiq  olaraq  xaricdə  investisiya  əməkdaşlığı  üzrə  obyektlərin 
inşası üçün dəstlə göndərilən mallar
-
 
Azərbaycan  Respublikasının  qanunvericilik  aktlarına  uyğun  olaraq 
müəyyən edilən dövlət ehtiyacları üçün Azərbaycan Respublikasının gömrük 
ərazisindən çıxarılan mallar; 
-
 
Xarici  sərmayənin  iştirakı  ilə  yaradılan  müəssisələrin  və  xarici 
müəssisələrin nizamnamə fonduna pay şəklində Azərbaycan Respublikasının 
gömrük 
ərazisinə 
gətirilən, 
həmçinin 
Azərbaycan 
Respublikası 
qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikası hökumətinin və ya 
onun səlahiyyətli dövlət orqanlarının məhsulların bölgüsü barədə bağladıqları 
sazişlərdə nəzərdə tutulmuş hallarda və ya Azərbaycan Respublikasının Milli 
Məclisi tərəfindən müəyyən edilmiş qaydada xarici investisiyaların öz xərcini 
ödəməsi  dövründə  həmin  müəssisələrin  özü  tərəfindən  istehsal  edilərək 
Azərbaycan Respublikası ərazisindən çıxarılan müxtəlif növ mallar. 
BevnəlxaİQ mfiaavilələr 
Əgər  Azərbaycan  Respublikasımn  beynəlxalq  müqavilələrində  bu 
qanundan  fərqli  başqa  normalar  müəyyən  edilmişsə,  bu  zaman  beynəl-xalq 
müqavilələrdə nəzərdə tutulan normalar tətbiq edilir. 
3 1 4  


T U R İ Z M  
Əlavə M 3 
Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının 
tənzimlənməsi qaydaları 
Azərbaycan Respublikasımn Prezidenti tərəfindən təsdiq olunmuşdur 
24 iyun 1997-ci il, № 609 
( Çıxanlış) 
Ölkənin  xarici  iqtisadi,  o  cümlədən  ticarət  əlaqələrinin  daha  da  libe- 
rallaşdırılması  və  genişləndirilməsi,  bu  sahədə  bazar  iqtisadiyyatına  cavab 
verən  müasir  qaydaların  müəyyən  edilməsi  məqsədi  ilə  bu  qaydalar 
tənzimlənməlidirlər. 
Azərbaycan  Respublikasında  bütün  şəxslər  (bundan  sonra  rezidentlər) 
tərəfindən  ixrac-idxal  əməliyyatlarının  həyata  keçirilməsi  bu  qaydalarla 
tənzimlənir.  İxrac-idxal  əməliyyatlarımn  bu  qaydalarda  nəzərdə  tutulmayan 
digər formaları bütün rezidentlər tərəfindən sərbəst surətdə həyata keçirilir. 
Sərhədyanı ticarət 
Sərhədyanı  ticarət,  müstəsna  olaraq  müvafiq  sərhədyanı  ərazi 
çərçivəsində istehsal olunan, eləcə də müvafiq sərhədyanı ərazi çərçivəsində 
istehlakı  nəzərdə  tutulan  mallara  münasibətdə  yeni  ehtiyacların  ödənilməsi 
üçün  Azərbaycan  Respublikasının  sərhədyanı  ərazisində  daimi  yaşa-yış  yeri 
olan  bütün  rezidentlər  tərəfindən  Azərbaycan  Respublikasının  həm-  hüdud 
dövlətlərlə beynəlxalq müqavilələrində müəyyən olunmuş müvafiq sərhədyanı 
ərazidə xarici şəxslərlə həyata keçirilə bilər. 
Sərhədyanı  ərazilər  və  sərhədyanı  ticarət  qaydaları Ticarət  Nazirliyinin 
rəyi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunur 
Xarici ticarətdə hesablaşma qaydaları 
İxracda hesablaşmalar 
Mal  (xidmət  və  intelektual  mülkiyyətin)  satışı  bir  qayda  olaraq  yalnız 
onların haqlarının qabaqcadan ödənilməsi, yaxud geri çağrılmayan akkreditiv 
açılması  yolu  ilə  və  ya  birinci  dərəcəli  bankların  zəmanəti  əsasında  həyata 
keçirilir.  Bankların  birinci  dərəcəli  əlamətləri  beynəlxalq  kredit  reytinq 
agentlərinin  təminatlarına  əsasən  Azərbaycan  Respublikasının  Milli  Bankı 
tərəfindən müəyyən edilir. 
3 1 5  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə