Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə40/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   114

YEGANLI S.T.. HACIYEV E. M. 
Mehmanxana  xidmətlərinə  tələbatın  azalmasının  başqa  bir  səbəbi  də 
xidmətlərə  olan  qiymətlərin  gün-gündən  artmasıdır.  Nəqliyyat  qiymətləri  də 
artır.  Ona  görə  də,  əhalinin  əksəriyyəti  səyahət  etməkdənsə,  evdə  oturmağa 
üstünlük verirlər. 
Azərbaycanda mehmanxana biznesini canlandırmaq üçün daxili turizmi 
inkişaf  etdirmək  lazımdır.  Lakin  bu  sahədə  də  ciddi  problemlər  var.  Bir 
tərəfdən  ölkədə  olan  işsizlik,  digər  tərəfdən  «Qarabağ»  konflikti  daxili 
turizmin inkişafına güclü zərbələr vurur. Azərbaycanda turizmin inkişafı ölkə 
iqtisadiyyatının  vəziyyətindən  asılıdır.  İqtisadiyyatı  zəif  olan  ölkədə  kütləvi 
turizmdən söhbət gedə bilməz. 
13.4.
 
NƏQLİYYAT SƏNAYESİ 
Nəqliyyat  xidmətləri  -  turizm  sənayesinin  əsas  hissəsidir.  Təəssüf  ki, 
Azərbaycanın turist bazarında bu sahədə ağır vəziyyət yaranmışdır. Nəqliyyat 
formalarının  çoxu  özəlləşdirilmiş  və  şirkətlər  özləri  gediş  qiymətlərini təyin 
edirlər.  Turoperatorlarla  nəqliyyat  şirkətləri  arası  münasibətlər  dövlət 
səviyyəsində  tiənzimlənməmişdir.  Şirkətlərin  nəqliyyat  xidmətlərindən  ötrü 
yüksək qiymətlər təyin etmələri, ümumiyyətlə, turist səyahətlərini geniş turist 
kütlələri  üçün  əlçatmaz  edir.  Bunun  nəticəsində  də  mehmanxanalar  və 
restoranlar dolmur və bütövlükdə turizm inkişafına zərbə vurulur. 
1991-ci  ilə  qədər  keçmiş  SSRİ-də  turistlər  üçün  nəqliyyatın  bütün  for- 
malannda  güzəştli  qiymətlər  qəbul  olunmuşdur.  Bazar  münasibətləri  və 
antimonopoliya qanunları mərkəzləşmiş nəqliyyat sistemini dağıtdı. Müstəqil, 
özəl  nəqliyyat  sistemləri  bazar  münasibətlərinə  uyğunlaşa  bilmədilər, 
qiymətləri qaldırdılar. Bu turistlərin sayını kəskin surətdə azaltdı. Ona görə ki, 
vətəndaşların alıcılıq qabiliyyəti aşağı düşmüşdür. Nəqliyyat şirkətlərinin çoxu 
müflisləşdi və bazardan kənarlaşdılar. Bu hadisələr bütöv MDB məkanında baş 
vermişdir.  Bu  sahədə  baş  verən  dəyişikliklərdən  sonra  nəhayət,  Azərbaycan 
Respublikasında  avtonəqliyyat  sahəsində  sabit  qiymətlər  yarandı.  Təyyarə 
daşınmalan isə əvvəlki kimi yüksək qiymətlərlə davam edir. Bu da turizmin 
inkişafına təsir göstərməyə bilməz. 
13.5.
 
TUROPERATOR VƏ TURAGENTLƏR 
Bu  təşkilatlar  demək  olar  ki.  turist  məhsulunu  istehsal  edir  və  satışını 
təşkil  edirlər.  Turoperator  -  turist  marşrutlarını  tərtib  edən,  turpaketi 
komplektləşdirən, onları reklam edən və turist məhsuluna qiymət təyin edib, 
onu turagentlərin vasitəsi ilə. ya da ki. birbaşa özü satmaqla məşğul 
108 


T U R İ Z M  
olan təşkilatdır. Turoperator müxtəlif turist xidmətlərini toplayıb vahid turist 
məhsulu kimi satışa çıxardır. Bu cür turist məhsuluna «tur» və ya «turpoezdka» 
deyilir. 
Turoperatorlar turist bazarının müəyyən sahələrində, yəni seqmentlərində 
işləyə bilirlər. Bundan asılı olaraq, onların adları da iş seqmentini xarakterizə 
edir.  Məsələn,  daxili  turist  bazarı  turoperatoru,  xarici  bazar  turoperatoru, 
xüsusi  bazar  turoperatoru  və  s.  Xarici  bazarı  -  beynəlxalq  turizm  bazarı  da 
adlandırırlar.  Bu  bazar  sonsuz  dərəcədə  böyükdür.  Ona  görə  də,  operatorlar 
işləmək üçün onun seqmentlərinin birini seçirlər. Turoperator turizmdə aparıcı 
rol oynayır. O, bazara rəqabətli turist məhsulu çıxardır. 
Turagent - turoperatorla müştəri arasında vasitəçi təşkilatdır. Onun əsas 
vəzifəsi turist məhsulunu operatordan alıb müştəriyə satmaqdır. Bundan ötrü, 
o,  turoperatordan  turun  öz  dəyərindən  7-15  %-ə  qədər  mükafat  (komission) 
alır.  Turist  biznes  fəaliyyətində  çox  zaman  turoperatorla  tur-  agentlərin 
vəzifələri bir-birini əvəz edir. 
Azərbaycanda  turoperatorlar  əsas  xarici  bazara  işləyirlər,  daxili  bazara 
işləmək onlara əl vermir. Ona görə ki. ölkə daxili turistlərin alıcılıq qabiliyyəti 
aşağıdır. Digər tərəfdən, ölkə daxilində xidmət səviyyəsi aşağı, qiymətlər isə 
yuxarıdır. Azərbaycan turoperatorları xarici ölkələrə turist göndərirlər, bu da 
valyutaYıın  ölkədən  çıxmasına  səbəb  olur.  Xaricə  gedən  turistlər  xarici 
ölkələrin  turizminə  sərmayə  qoyurlar.  Halbuki,  bizim  ölkənin  sərmayə 
qoyuluşuna ehtiyacı daha böyükdür. Bəzi Azərbaycan turo- peratorları xariclə 
əlaqə  yaradıb  ölkəyə  turist  dəvət  edirlər.  Lakin  onlar  bu  zaman  böyük 
çətinliklərlə  rastlaşırlar.  Onlar  Azərbaycanda  işləyən  və  eyni  zamanda, 
turizmlə  də  məşğul  olan  xarici  kompaniyaların  güclü  rəqabətinə  tab  gətirə 
bilmirlər.  Xarici  kompaniyaların  qüvvətli  maliyyə  potensialı,  özlərinin 
nəqliyyat vasitələri, öz hökumətləri tərəfindən tez və asanlıqla viza problemini 
həll edirlər. Bizim turistlərə isə viza almaq problemə çevrilir. 
Bundan  başqa,  xarici  ölkələrdə  Azərbaycanın  turizm  nümayəndəlikləri 
yaradılmamış,  reklam-informasiya  işləri  çox  aşağı  səviyyədədir.  kimi Azərbaycan turizmini təbliğ edən xarici dillərdə «turist sorğuları», «turist 
marşrutları»  və  başqa  reklam  materialları  çox  az  hazırlanmış  və  xarici 
ölkələrdə  yayılmışdı.  Azərbaycanın  xarici  ölkələrdəki  səfirlikləri  və 
nümayəndəlikləri  Azərbaycan  turizmini  lazımı  səviyyədə  təbliğ  etmirlər. 
Azərbaycan  turizminin  imici  xaricdə  aşağıdır.  Baxmayaraq  ki.  Azərbaycan 
turist profilli ölkədir, hər il cüzi miqdarda (10-15 min nəfər) xarici turist qəbul 
edir. Halbuki, əhalisi Azərbaycanın əhali.si qədər olan Avstriya ildə 20 mln 
nəfər turist qəbul edir. 
i 09 


YEGANLİ S.T.. HACIYEV E. M. 
XIV FƏSİL 
14.1.
 
ÖLKƏ İQTİSADİYYATININ İNKİŞARNDA TURİZMİN ROLU 
Turizm iqtisadi inkişafın əsas istiqamətlərindən biridir. Başqa sahələrdən 
fərqli olaraq, turizm, iqtisadiyyatın inkişaf istiqaməti kimi, bir çox üstünlüklərə 
malikdir:  turizmə  qoyulan  sərmayə  qısa  müddətə  öz  bəhrini  verir,  qoyulan 
kapital  yüksək  dövretmə  əmsalına  malikdir.  Bunun  nəticəsində  fransızlar 
turizmə  sərmayə  qismində  qoyulan  hər  bir  frankdan  -  100  frank  götürürlər. 
İqtisadi nöqteyi-nəzərdən turizmin cazibədarlığı xidmət sahələrinin durmadan 
genişlənməsində, qoyulan sərmayələrin qısa müddətdə özünü doğrultmasında 
və gəlirin konvertasiyası mümkün olan valyuta şəklində alınmasındadır. 
Turizm,  eyni  zamanda,  insana  göstərilən  xidmət  sahəsidir,  onun  daxili 
aləminə cavab verən istirahət tələbatını ödəyən, sağlamlığını qoruyan və onu 
yüksək mədəniyyətə sövq edən amildir. Əlbəttə, silah da satıb pul qazanmaq 
olar. Lakin silah insanlara ölüm gətirir, onların arasında münaqişə və ədavət 
yaradır. Turizm isə iqtisadi inkişaHa bərabər, insanlar arası qarşılıqlı anlaşma, 
etibar  və  sülh  yaradır.  Turizm  insanpərvərlik  ruhunu  daşıyır,  o  insanların 
mədəni irsini qoruyub saxlayır. Turizm tarixi abidələrin qorunub saxlanmasına 
və  bərpasına  külli  miqdarda  vəsait ayırır,  yolların salınmasına,  kəndlərin  və 
şəhərlərin abadlaşmasına böyük kapital qoyuluşuna məcbur edir. 
Başqa bir tərəfdən, əgər neftin çıxarılması, emal olunması və istifadəsi 
ətraf  mühitə  mənfi  təsir  göstərirsə,  turizm  məhsulu  ekoloji  cəhətdən  təmiz 
məhsuldur və ətraf mühitin təmiz saxlanmasını tələb edir. 
Beynəlxalq turizm dünya ixracının 7 %-ni təşkil edir (1993-cü il). Ümumi 
məhsul  dəyərinə  görə,  o  artıq  neft  və  avtomobil  istehsalını  qabaqlamışdır. 
2002-ci  ildə  beynəlxalq  turistlərin  sayı  715  milyona  çatmışdır.  UTT-  nin 
proqnozlanna görə 2020-ci ilə beynəlxalq turistlərin sayı 1602 milyon nəfər və 
turizmdən alman gəlirin miqdarı isə 2000 mlrd $ olacaqdır. 
Turizm  xidmətləri  sahəsində  proseslərin  çoxu  avtomatlaşmışdır,  yeni 
texnologiya tətbiq olunur. Buna baxmayaraq, turizm ən çox işçi qüvvəsi tələb 
edən sahədir. Bir nəfər xarici turistə yüksək səviyyədə xidmət göstərməkdən 
ötrü  9  nəfər  iş  yeri  lazımdır.  Turizm  belə  ağır  işsizlik  problemini  həll  edir. 
Dünya üzrə beynəlxalq turizm sahəsində 300 mln iş yeri fəaliyyət göstərir. 
Turizmin  cazibədarlığı  başqa  sahələrdə  də  özünü  büruzə  verir.  Balaca 
sərmayə ilə turist biznesini başlamaq olar, turizmin xidmətlərinə durmA- dan 
ehtiyac artır, turizm təsərrüfatı yüksək rentabelliliklə fəaliyyət göstə- 
110 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə