T U R İ Z M
İqtisadi zonaların yaradılmasıdır. İqtisadiyyatın dinamik inkişafı adam başına
düşən gəlirin artmasına, boş vaxtın çoxalmasına səbəb olmuşdur. Regionda
turizmin çevik modeli yaranmış və turizmə ardı kəsilməyən sərmayələr
yönəldilməkdədir.
Bundan başqa, turizmin sürətlə inkişafına beynəbcalq münasibətlərdə
olan gərginliyin dəyişməsi və region daxili proseslərin genişlənməsidir. Çin və
inkişaf etmiş Yaponiya regiona güclü təsir göstərir. Region daxili turistlərin 77
%- i bu ölkələrin hesabına formalaşır.
Turizmdə başqa bir problem turist mövsümündə nəqliyyatın çatışma-
masıdır. Belə problem ona görə yaranır ki. turist mövsümü zamanı nəqliyyatın
bir hissəsi mallann və ərzağın daşınmasında istifadə olunur. Bu vəziyyətdən
çıxmaqdan ötrü turist mövsümündə mümkün qədər nəqliyyatın sayını çoxalt
maq lazımdır.
14.3.
İNKİŞAF ETMƏKDƏ OLAN
ÖLKƏLƏRDƏ TURİZMİN İNKİŞAF
SİYASƏTİ’
Azərbaycan - inkişaf etməkdə olan ölkələrdən biridir. Ona görə də, bu
mövzu Azərbaycan oxucularını həddindən artıq maraqlandınr. Eyni zamanda,
başqa inkişafda olan ölkələrdən Azərbaycan mürəkkəb, maraqların toqquşan,
özü də müharibə vəziyyətində olan geosiyasət məkanında yerləşməsi ilə
fərqlənir. Bu cür fərqlərə baxmayaraq, mövzuda olan iddialar Azərbaycana da
aid ola bilər.
Professor Kvartalnov Rusiya Beynəlxalq*’ Turizm Akademiyasının
rektorudur. Onun 100-ə qədər turizm sahəsində çap olunmuş əsərləri var. O,
MDB ölkələrinin turizm universitetinin təşkilatçısıdır. Aşağıda onun bir
məqaləsinin tərcüməsi müəyyən komentariyalar ilə verilir.
V.A. Kvartalnov yazır ki. son zamanlar bir çox inkişafda olan ölkələr
Avropa ölkələri ilə. turist qəbul etməkdə cəsarətlə rəqabət aparırlar. Onların bir
çoxunda eyni turist sən'ətləri - dəniz, günəş, bol yeyinti məhsulları və
meyvə-tərəvəzləri vardır. Bu ölkələrdə valyuta əldə etmək üçün turizmin
əhəmiyyəti gündən-günə artır. Məsələn, Meksikada xarici turistlərə göstərilən
xidmətlərdən alınan gəlir, ölkə ixracının 50 %-ni təşkil edir. Meksika hökuməti
beynəlxalq turizmə vacib gəlir mənbəyi kimi yanaşır və onun inkişafına xüsusi
fikir verir. Neftin ixracından alınan gəliri turizmin infrastrukturuna yönəldir.
Öz müstəqilliyini saxlamaqdan ötrü bu ölkələr
14.3 bəndini haxırluyurkən В.Л. Кваргаамюи. Л./\ Романов «Мс/К.чупаролпыГ| г\рпчм;
поаптика pa
tBiırııa»
kitabından istifadə olunmuşudur.
1 1 7
YECANLI S.T.. HACIYEV E, M.
xarici kompaniyaların fəaliyyətini öz ölkələrində turizm sahəsində
məhdudlaşdırırlar. Xarici kompaniyalara və firmalara müəssisə aksiyalarının
ancaq 19 %-nə sahib olmağa icazə verirlər.
Braziliyada beynəlxalq turizm, kofedən sonra ikinci gəlir mənbəyidir.
Balaca bir ölkə olan (Azərbaycandan da balaca) Panama ildə 0,5 milyona
qədər xarici turist qəbul edir.
Lakin turist sərvətlərinin olması Avropa ölkələri ilə rəqabət aparmaq
üçün kafi deyildir. Turizmin infrastrukturunu yaratmaq lazımdır. Buna
inkişafda olan ölkələrin gücü çatmır. Bundan ötrü, onlar inkişaf etmiş ölkələrə
müraciət etməyə məcbur olurlar.
Bir qayda olaraq, turist kompaniyaları xarici şirkətlər tərəfindən ek-
zotikası və turist sərvətləri ilə zəngin ölkələrdə yaradılır. Yaradılan bu
kompaniyaların müasir texnologiya ilə təmin olunması xarici şirkətlərin
hesabına olur. Yerli hakimiyyət, rəqabət aparan başqa ölkələrdən geridə
qalmamaq üçün (ona görə ki. başqa ölkələrdə də həmin turist sərvətləri - dəniz,
günəş, tropik bitkilər və s. var) xarici kompaniyalara ucuz torpaq sahəsi ayırır,
onları vergilərdən azad edir və yol salınmasını öz üzərinə götürürlər.
İndoneziya, Filippin, Pakistan. Şri-Lanka və bir sıra başqa inkişafda olan
ölkələr vergi güzəştlərindən başqa xarici kompaniyaları ölkəyə gətirilən
avadanlıqlardan, maşın və mexanizmlərdən vergiləri ləğ\' edirlər. Xarici
kompaniyalar yüksək gəlirlə işləyir və 5 il müddətində qoyduğu kapitalı
çıxardır və əlavə gəlir də götürürlər. Zəif inkişaf etmiş ölkələr isə ölkədə turist
bazarının infrastrukturunu yaratmaqdan ötrü zayom və kreditlərdən istifadə
etməyə məcbur olurlar.
Yerli hökumət orqanları xarici kompaniyaların yaratdığı turist
mərkəzlərinin idarə olunmasını, təchizatını və gəlir götürməsini xarici
kompaniyaların sərəncamına verməyə razılıq verirlər, ona görə ki, onların
lazım olan nə texnologiyası və nə də təcrübəli kadrları yoxdur.
Seneqalda, məsələn, beş beynəlxalq şəbəkə bütün ölkənin mehmanxa-
nalannı öz əlinə keçirtmişdir. Belə vəziyyət Konqoda. Suriyada, Syera-Li-
onda və bir çox başqa ölkələrdə də əmələ gəlmişdir. Bu ölkələrdə milli
mehmanxana şəbəkəsi yoxdur. Nəhəng mehmanxana kompleksləri beynəlxalq
monopolist «Frantel». «Meridian», «Şeraton». «Novatel» birləşmələrinə
məxsusdur. Bəzi ölkələrdə milli mehmanxana şəbəkəsi olsa da. onların yerləri
beynəlxalq mehmanxana fondunda çox azdır. Məsələn. Filippində milli
mehmanxana fondu bir neçə dəfə «Xolidey unnz». «interkontinental».
«Şeraton»-dan azdır.
18
T U R İ Z M
Turlann satışı bir qayda olaraq, xarici operatorlann əlində cəmlənir. Bu
səbəbdən turist səfərlərinin qiymətləri turist qəbul edən ölkə tərəfindən nəzarət
olunmurlar. Bu ölkələrin turist sərvətləri kapital qoyan firmalar tərəfindən
amansızcasına istismar olunur. Bu ölkələrin bəziləri (Filippin, İndoneziya və
b.) xarici şirkətlərə qazancların və turist müəssisələrindən əldə olunan
gəlirlərin ölkədən çıxanimasına heç bir məhdudiyyət qoymurlar.
Avropadan və Amerikadan Afrika ölkələrinə turist səfərlərinin qiyməti
olduqca yüksək olduğu bir halda, qəbul edən ölkəyə bu məbləğin azacıq bir
hissəsi düşür. Avropadan səfərə çıxan turist səfərin (turun) haqqını öz
ölkəsində ödəyir və bir az özü ilə cib xərci götürür. O. balaca cib xərci qəbul
edən ölkənin valyuta mənbəyidir.
Turizmin bu yolla inkişafı belə bir sxemlə gerçəkləşir: turizmin inkişafı
yerli iqtisadiyyatdan yan keçir, ona görə ki. onun ölkə iqtisadiyyatı ilə heç bir
əlaqəsi olmur. Xarici kapital qoyuluşundan alınan gəlir bütövlüklə xaricə gedir.
Turist sərvətlərinin sahibi olan (inkişafda olan) ölkə beynəlxalq turizmdən əldə
olunan gəlirin kiçik bir hissəsinə sahib olur. Ölkənin iqtisadiyyatı turizmdən
bəhrələnmir.
Bir tərəfdən biz deyirik ki. turizm - iqtisadi inkişafın vacib
komponentidir. Lakin yuxarıda baxdığımız halda, inkişafda olan ölkənin
iqtisadiyyatı turizmin inkişafından bəhrələnmir. Belə bir sual ortaya çıxır -
turizmin hansı inkişaf modelini qəbul etmək lazımdır ki, turizmə qoyulan
xarici kapital ölkə iqtisadiy}'atının inkişafına səbəb olsun? O model belə
olmalıdır:
■
yaradılan turist mərkəzində yerli işçi qüvvəsi iştirak etməlidir;
■
turist kompleksinin inşasında və avadanlıqla təmin olunmasmda yerli
materiallardan və avadanlıqdan istifadə etmək lazımdır;
■qonaqların qidalanması üçün yerli kənd təsərrüfatı məhsullanndan istifadə
etməli;
■
turist kompleksi xarici şirkətlərlə birgə turist müəssisəsi əsasında
yaradılmalı və xarici firmanın payı 49 %-dən çox olmamalıdır.
Turizmin iqtisadiyyata müsbət təsir göstərməsi üçün gərək turist
müəssisələri yerli kadrlardan və resurslardan maksimum istifadə etsinlər. Əgər
kapitalın böyük hissəsi xarici şirkətin əlində qalırsa, ölkə iqtisadiyyatı bu
kapitaldan asılı vəziyyətə düşür. Uzun müddət turist .sərvətlərinin xarici
şirkətlər tərəfindən istiiadə olunması bu sərvətlərin tükənməsinə səbəb ola
bilər. Elə bir hal yarana bilər ki. xarici bazarlarda bu turist məhsuluna artıq
tələbat olmasın. Milli iqtisadiyyatın xarici turizmdən bu cür asılılığı inkişafda
olan ölkə üçün böyük təhlükə yaradır. Turi.st mərkəzi xarici kapitalın hesabına
tikiləndə və ölkə iqti.sadiyyatı ilə heç bir əlaqəsi olmayan
Dostları ilə paylaş: |