Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə48/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   114

T D R t Z M  
/  Beynəlxalq  turizmdə  və  xarici  ticarətdə  əmək  bölgüsü  belə  yaranmış- 
dıı^i, turistlərin gəlməsində, yəni beynəlxalq turizmin ixracında aparıcı yerləri 
sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələr  tutur.  Bu  cəhətdən  ölkələr  iki 
kateqoriyaya  bölünürlər:  turist  göndərən  və  turist  qəbul  edən  ölkələr.  Turist 
göndərən ölkələrə iqtisadi potensialı yüksək olan ölkələr aiddir. Bu ölkələrdə 
adam başına düşən gəlir çox yüksəkdir. Bu ölkələrdə xaricə gedən turistlərin 
sayı da çox olur. Ümumiyyətlə, bu ölkələrdə əhalinin 10 %-i xaricə səyahət 
edir. İnkişaf etmiş bu ölkələr nəinki turist göndərir, eyni zamanda, qəbul da 
edirlər. Belə ölkələrə Almaniya, Fransa. İngiltərə, Avstriya. İtaliya, ABŞ və s. 
aiddir. 
Qəbul edən ölkələrə Yunanıstan, Kipr, Türkiyə, İspaniya, Portuqaliya və 
s. ölkələr aiddir. Bu ölkələr iqtisadi cəhətdən orta vəziyyətdədirlər və özləri də 
turist göndərirlər. / 

ƏDƏBİYYAT 
1.
 
Ахмедов А.И., Гаджиев Э.М., Заманов З.А. Международный 
туризм. Баку, «Сада» - 2000. 
2.
 
Еганлы С.Т., Гаджиев Э.М. Международный туризм и развитие 
туризма в Азербайджанской Республике. «Полиг-рафия», 2003. 
3.
 
Квартальнов В.А., Романов А.А. Международный туризм: политика 
развития. М. Советский спорт, 1998. 
4.
 
Зорин И.В., Квартальнов В.А. Энциклопедия туризма. «Фин. и 
Стат.», М., 2003. 
5.
 
Сенин В.С. Организация международного туризма. «Фин. и Стат.», 
М., 2000. 
1 3 1  


YEGANLI S.T.. HACIYEV E. M. 
DÖRDÜNCÜ HİSSƏ 
TURİZMİN MARKETİNQİ 
XVI FƏSİL
 
16.1.
 
TURİZMDƏ MARKETİNQİN MƏQSƏDİ VƏ ƏSAS ANLAYIŞLARI 
/. 
Marketinq - iqtisadi bir proses kimi
 
«Marketinq»  sözü  ingilis  sözündəki  market  (bazar)  sözündən  əmələ 
gəlmişdir və onun mənası bazar fəaliyyəti, daha döğrusu bazar fəaliyyətinin 
öyrənilməsi  deməkdir.  Lakin  bu  anlayış  «marketinq»  sözünün  mahiyyətini 
bütövlüklə  açmır,  çünki  «marketinq»  sözü  özü-özlüyündə  daha  geniş  məna 
daşıyır və iqtisadi anlayış kimi daha çox sahəlidir. 
Hər şeydən əvvəl «marketinq» - iqtisadi bir prosesdir. Bu prosesi aydın 
təsəvvür  etmək  üçün  «marketinq»  sözünün  mənasını  hərtərəfli  izah  etməyə 
ehtiyac  duyulur.  «Marketinq»  iqtisadi  proses  kimi  istehsal  olunan  məhsulu 
istehsalçıdan alıcıya istiqamətləndirən fəaliyyətdir. Bu baxımdan «marketinq» 
istehsalçı  ilə  istehlakçı  arasında  təmas  yaradır,  bununla  da.  xidmətlərin  və 
malların satışını asanlaşdırır və əks əlaqə yaradır, bu isə alıcılara lazım olan 
malların istehsalına kömək edir. 
«Marketinq»in  iqtisadi  mahiyyətini  dərk  etməkdən  ötrü  sosializm 
sistemində mövcud olan istehsal prinsipini yada salmaq kifayətdir. Aısıbarlar 
mallarla  doludur,  alan  yoxdur.  İstehsal  qabaqcılları  isə  həmin  malları  200% 
normadan artıq intuziazmla buraxırlar. Onlar nəinki yüksək əmək haqqı alır, 
hətta orden və medallarla da təltif olunurlar. Mağaza və bazarlarda isə əhaliyə 
lazım  olan  mallar  çatışmır.  Hər  yerdə,  hər sahədə  defısit-  dir:  ərzaq  malları 
çatışmır, paltar modadan düşmüşdür, mebel keyfiyyətsizdir. Piştaxta altından 
bir-bir xarici mallan çıxardıb satırdılar. Gənc nəsil bunu görməyib və ola bilsin 
ki,  lazımi  dərəcədə  qiymətləndirə  bilməsin.  İstehsalla  alıcılar  arasında  əks 
əlaqələrin  olmaması  sosialist  planlı  iqtisadi  sistemin  məğlub  olmasının  əsas 
səbəblərindən biridir.* 
«Marketinq»in əsas prinsipi isə - «... tələbatı tapın və ancaq alıcıya lazım 
olan  malları  və  xidmətləri  istehsal  edin  və  tələbatı  ödəyin».  Deməli, 
«marketinq»  bazarın  potensial  tərəfləri  arasındakı  (satıcılar  və  alıcılar) 
münasibətləri  təkcə  mallar  və  xidmətlər  mübadiləsi  ilə  deyil,  eyni  zamanda 
informasiya  mübadiləsi  ilə  də  tənzimləyir.  Məhsulun  istehsalçıları  artdıqca. 
marketinqə  olan  tələbat  da  bir  o  qədər  artır.  Bu  şəkildə  qurulan  bazar 
münasibətləri rəqabətli bazar iqtisadiyyatı adlanır. 
" Bel."' 
varadaıı bazar \ o azad bazar mrınasib.'>ll,'>ridir. 
132 


TIT R 1 Z M 
Güclü inkişaf etmiş bazar münasibətləri marketinqin səmərəli fəaliyyəti 
üçün  zəmin  yaradır,  bu  isə  istehsal  ilə  istehlak  arasında  sıx  əlaqələrin 
yaranmasını təmin edir. 
İstehsalat sahəsində yaradılmış marketinq, turizm sahəsində uzun zaman 
öz  yerini  tapa  bilmirdi.  Lakin  turizm  sahəsində  tələb  və  təklillərin  artması, 
rəqabətin kəskinləşməsi və nəhayət, turizm bazarının formalaşması turizmdə 
marketinqin  yaranmasına  səbəb  oldu.  Eyni  zamanda,  göstərilən  xidmətlərin 
növündən asılı olaraq turizmin özünə məxsus satış formaları var. 
Özünün bu xüsusiyyətlərinə görə turizmdə «marketinq» yeni bir xətt üzrə 
inkişaf etmiş və təhsil sahəsində öyrənilməsinə böyük ehtiyac olan vacib bir 
kursa  çevrilmişdir.  Bazar  iqtisadiyyatında  turizmin  marketinqini  etibarlı  bir 
vasitə  kimi  istifadə  etmək  üçün  turist  müəssisələrinin  rəhbərləri  və 
mütəxəssisləri  marketinqin  metodologiyasını  və  konkret  şəraitdə  yaradıcı 
şəkildə mənimsəməlidirlər^iEyni zamanda qeyd etmək lazımdır ki, öyrənilən 
bu  fənn  turizm  sahəsində  ortaya  çıxa  bilən  bütün  suallara  cavab  vermək 
iqtidarında deyil. Bu onunla izah olunur ki, turizm fəaliyyəti çox mürəkkəb və 
dinamikdir. Ona çoxlu təsir göstərən daxili və xarici faktorlar var. Bu faktorlar 
özləri çox dəyişkəndirlər. «Marketinq» isə turizm sahəsində məqsədə çatmaq 
üçün təhlükəsiz yolla-rı axtarır. Eyni zamanda «marketinq» yaradıcı prosesdir, 
onun bütün elementlərini qabaqcadan müəyyən etmək olmur. 
' / 
2. Turizmdə marketinqin məqsədi və əsas anlayışları 
Turizm öz xüsusiyyətlərinə görə başqa təsərrüfat fəaliyyətlərindən prinsip 
etibarı  ilə  fərqlənmir.  Ona  görə  də,  marketinqin  əsas  müddəaları  bütövlüklə 
turizmə tətbiq oluna bilər. Eyni zamanda, turizm öz spesifik xüsusiyyətlərinə 
görə  xidmətlərin  və  malların  [onların  nisbəti  (75:25)  %-  dir]  satılmasında 
fərqlənir.  Adi  malların  istehsalında  marketinq  anlayışı  konkret  xarakter  və 
məzmun  daşıyır.  Turizmdə  isə  bu  anlayış  fərqli  olaraq  başqa  xarakter 
daşıyır|Turizmdə  marketinq  turist  xidmətlərinin  və  mallarının  istehsalı  və 
satışı^ nəticələnir. Turist məhsulu turistə göstərilən və qiyməti turist tərəfindən 
ödənilən müxtəlif xidmət növləridir.) Bura mehmanxana. nəqliyyat, transfer, 
ekskursiya, əyləncə, qidalanma və s. xidmət növləri aiddir. 
Turist məhsuluna iki cür yanaşmaq olar. Dar çərçivədə - məsələn, konkret 
xidmət çərçivəsində, yəni mehmanxana və ya ayrıca nəqliyyat xidməti. Bir də 
geniş çərçivədə. Geniş mənada turist məhsuluna kompleks şəklində yanaşırlar. 
Xidmətlərin turistə kompleks şəklində göstərilməsinə 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə