Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK


Tarixin təlimi metodikası baĢqa elmlərlə əlaqəsini sxem Ģəklində belə



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə12/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   339
em tom

Tarixin təlimi metodikası baĢqa elmlərlə əlaqəsini sxem Ģəklində belə 
ümumiləĢdirmiĢik: 
 
 
 
 
Fəlsəfə 
Psixologiya 
Genetika 
Sosiologiya 
Məntiq 
Tarixin tədrisi 
metodikasının 
başqa eləmlərlə 
əlaqəsi 
Etika 
Antropologiya 
Erqonomika 
Estetika 
Ədəbiyyat 
Etnoqrafiya 
Gigiyena 
Arxeologiya 
Demoqrafiya 
Fiziologiya 
Hüquq 
Tarix 
Coğrafiya 
Tarixin təlimi metodikasının başqa elmlərlə əlaqəsi
İnsan və cəmiyyət 


21 
Tarix təliminin komponentləri.
Tarixin təlimi daim inkişafda və bir-birinə 
qarşılıqlı təsir etməkdə olan bir sıra komponentlərdən ibarətdir. 
Tarixin təliminin səmərəliliyinin şərtlərindən biri onun məqsədlərinin dəqiq 
sürutdə müəyyən edilməsindən ibarətdir. Yetişməkdə olan nəslin mənəvi 
tərbiyəsinin ümumi vəzifələri tarixin təlimi prosesinə ancaq ümumi istiqamət 
verə bilər, lakin təlimə pedaqoji cəhətdən məqsəd aydınlığı vermək üçün bunlar 
konkret surətdə müəyyən edilməlidir. Təlim prosesində həm bir neçə dərsi 
irəlicədən nəzərdə tutan nisbətən uzaq məqsədlər (məsələn, şagirdlərdə 
bütövlükdə ictimai-iqtisadi formasiya haqqında anlayışların təşəkkülü), həm də 
daha xüsusi məqsədlər (yaxın dərs üçün və yaxud hətta onun bir hissəsi üçün) 
nəzərdə tutulur. Təhsil məqsədləri ilə yanaşı şagirdlərin inkişafı, onlarda 
bacarıqların, hisslər tərbiyəsinin və s. təşəkkülü vəzifələri də qoyulur. 
Təlimin məqsədləri prosesinin fəal amili olması üçün onların tərifi də 
ixtiyari deyil, elmi tərif olmalıdır. Bu tərif təlimin ümumi vəzifələrindən irəli 
gəlir, lakin təlimin bütün şərtlərini – şagirdlərin inkişafını, onların bilik və 
bacarıqlarını, dərs prosesinin avadanlığını, fənnin tədrisinə verilən saatların 
miqdarını və sairəni nəzərə alır. Təlim məqsədlərinin tərifinin elmiliyi tələb edir 
ki, onlar real olsun, yəni obyektiv surətdə mövcud olan şəraitdə əldə edilməsi 
mümkün olsun, lakin eyni zamanda yalnız müəllimin və şagirdlərin müəyyən 
səyi nəticəsində əldə edilsin və şagirdlərin inkişafını təmin etsin. Təlimin 
gedişində onun məqsədləri onun nəticələrinin əldə edilməsi ilə bilavasitə 
əlaqədə daim inkişaf edir. Bir məqsəd əldə edildikdən yeni, daһa mürəkkəb 
məqsədlər irəli gəlir ki, bu da təlimdə bir yerdə donub qalmağa imkan vermir. 
Məqsədlər təlimin ümumi vəzifələrinə nə qədər tam cavab versə, onlar nə qədər 
konkret qoyulsa, müəllim və şagirdlər tərəfindən nə qədər dərin düşünülsə, 
fənnin təlimi məzmunca daһa ideyalı metodlarına görə isə daһa aydın məqsədli 
və çevik olar. 
Tarixin təliminə qiymət verilməsinin elmi meyarı əldə edilən nəticələrdən 
şagirdlərin qazandıqları bilik, bacarıq və vərdişlərin keyfiyyəti və һəcmindən, 


22 
möhkəm əqidənin tərbiyə edilməsindən, əxlaqi keyfiyyətlərin tərbiyəsindən, 
maraqların oyanmasından, şagirdlərin ümumi - inkişafından və s.-dən ibarətdir.
Tarixin təlimində yalnız onun qarşısında duran vəzifələrin һəllinə kömək 
edən cəһət yaxşıdır. 
Təlimin təhsil-tərbiyə nəticələri daim inkişaf etməkdə olan proses və yaxud 
dəqiq desək, təlim prosesinin komponentidir: şagirdlərin bilikləri tamamlanır, 
mənalanır, əqidəyə çevrilir, bacarıqlar təşşəkül edir, şagirdlərin müstəqilliyi 
artır. 
Məktəblilərin təliminin gedişi onların materialı qavraması, onların fikri 
fəaliyyəti, emosiyası, təxəyyülü, yadda saxlaması və təlimin nəticələrinin 
hərəkətində, işığa һəssas lentdə olduğu kimi əks
 
olunur. Təlimin nəticə etibarı 
ilə səmarəliliyinin öyrənilməsi məktəblilərin təlim fəaliyyətinin, elə buradan da 
ona təsir edən amillərin – təlimin məzmun və üsullarının təhlili və 
qiymətləndirilməsi üçün meyar verir. 
Tədrisdə olan səhvlərin ən çoxu belə bir müddəadan irəli gəlir ki, sanki 
şagird hər şeyi müəllimin söylədiyi və göstərdiyi kimi və yaxud kitabda şərh 
edildiyi kimi mənimsəyir. Əgər һəqiqətdə də belə olsaydı, o zaman metodikanın 
vəzifələri yalnız tədris üçün material seçməklə məһdudlaşardı və һəmin 
materialın şagirdlərə һansı vasitələrlə çatdırılmasının һeç bir fərqi olmazdı. 
Lakin şagirdin başı sandınqça deyil ki, ona һazır bilik, bacarıq va əqidə yığmaq 
mümkün olsun. Biliklər, xüsusi ilə əqidələr, bacarıqlar və һisslər һazır şəkildə 
verilmir, müəyyən informasiyanın qavranılması vö onun şagirdlərin şüurunda 
yenidən işlənib һazırlanması əsasında təşəkkül tapır. Görkəmli psixoloq 
S.L.Rubinşteyn belə bir səһv təsəvvürdən çəkindirməyə çalışır ki, «sanki 
pedaqoqun təsiri bilavasitə şagirdin təffəkür fəaliyyətini nəzərə almayaraq, onun 
başında şagirdin bir növ malı olan şeyi doğurur. Biliklərin mənimsənilməsinin 
arxasında isə təfəkkür prosesi durur...‖. 
Mənimsənilən materialın һəcmi, mənimsəmənin möһkəmliyi və dərinliyi, 
tərbiyəvi təsirinin gücü nəticə etibarı ilə təlim prosesində şagirdlərin tədris 
fəaliyyətinin xarakterindən və intensivliyindən: təəssüratının parlaqlığı və 


23 
emosionallığından, şagirdlərin tarixin faktları mənimsəməsindən, fikri fəallığın 
faydalılığından, əvvəllər mənimsənilmiş biliklərin aktuallaşdırılmasından 
asılıdır. Məktəbli təlim prosesində passiv dinləyici və tamaşaçı deyil, prosesin 
fəal iştirakçısı olduqda onların tədris fəaliyyətinin faydalılığı geniş surətdə artır.
Ətraf aləmin digər proseslərinin insan tərəfindən dərk edilməsi kimi, tarixin 
də məktəblilər tərəfindən mənimsənilməsi idrak nəzəriyyəsinin ümumi qanunları 
üzrə gedir. Bununla belə şagirdlər tərəfindən təlim materialının dərk edilməsi 
prosesinin öz müһüm spesifik xüsusiyyətləri vardır. Ümumi idrak qanunları 
müxtəlif elmlərin, məsələn, riyaziyyatın və tarixin öyrənilməsi müxtəlif şəkildə 
meydana çıxır; onlardan һər birinin dərk edilməsinin öz spesifikası vardır. Yaşlı 
adamların dərrakəsi ilə müqayisədə uşaq dərrakəsinin öz xüsusiyyətləri vardır, 
həm də uşaqlar nə qədər kiçik olsa, bu xüsusiyyətlər daha artıq hiss olunur. 
Nəһayət, şagirdlər tərəfindən tarixin dərk edilməsi, elmi idrakdan fərqli olaraq, 
artıq elmin nail olduğu biliklərin və elm tərəfindən işlənib һazırlanmış 
metodların mənimsənilməsindən ibarətdir. 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə