24
tədris fəaliyyəti oyadır və müvafiq surətdə müxtəlif pedaqoji nəticələrə aparıb
çıxarır.
Təlim üsullarının şagirdlərin təfəkkür və müstəqilliyi üçün stimul yaratması
xüsusilə vacibdir. Məsələn, şagirdlərin yunan əsatirləri ilə tanış olması
priyomlarından asılı olaraq, bu tanışlıq əyləncəli nağılların oxunmasından ibarət
ola bilər və yaxud Yunanıstan tarixinin dərk edilməsi üçün istifadə oluna bilər.
Materialın başa düşülməsi onun şərh edilməsi priyomlarından çox asılıdır;
müəllim təlim materialını şifahi izah edərkən əyanilikdən istifadə etdikdə daha
yaxşı mənimsənilir. Bu və ya digər təlim metodunun
təsirliliyi öyrənilən
materialdan (obrazlar, faktlar, ümumiləşdirici nəticələr və s.)
təlimin
məqsədlərindən, şagirdlərin hazırlıq dərəcəsindən (inkişafından, maraqlarından,
bacarıqlarından və s.) asılıdır.
Tarix təliminin komponentlərini əks etdirən sxem:
Dostları ilə paylaş: