Bu gün məktəbə gedən uşaqlar Azərbaycanın
vətəndaşı – yüksək mənada vətəndaş, yüksək
biliyə malik olan vətəndaş, yüksək əxlaqa
malik olan vətəndaş, dövlətçiliyə sadiq olan
vətəndaş, vətənpərvər olan vətəndaş olmalıdır.
Heydər Əliyev
§ 1. Tam orta təhsildə tarix təhsilinin inkiĢafı
SSRİ-nin mövcudluğu dövründə tarix dərslikləri, dərs vəsaitləri elmi-
pedaqoji ədəbiyyatlar 1917-ci ilin Oktyabr çevrilişinin nəticələrini özündə əks
etdirmişdir. II Dünya müharibəsindən sonra isə ideoloji sahədə yeni istiqamət
götürülmüşdür bu istiqamətin əsasında sosializm quruculuğunun üstünlüklərini
təlim və tərbiyə prosesində təbliğ etmək dururdu.
40-cı illərdə SSRİ də yeni tarix dərslikləri buraxıldı. Bütün dərsliklər ağ-
qara illüstrasiyalarla, tarixi xəritələrlə təchiz edilmişdir. Amma, onlarda suallar,
tapşırıqlar və sənədlər yox idi. Onlar hələ də şagirdlərin müstəqil işinin
təşkilində müəllimə az kömək edirdilər. Dərsliklər faktlarla, adlarla, tarixlərlə
dolu idi. Buna baxmayaraq bu dərsliklər müəllimin işini müəyyən dərəcədə
yüngülləşdirdi. 30-40-cı illərdə ölkədə sistematik tarix kursunun tədrisi
istiqamətində xeyli irəliləyiş baş vermişdi. Tarixin tədrisi təcrübəsində çoxlu
metodik material toplandı. Mətbuatda o vaxtın təlim metodikasına dair mühüm
problemləri əks etdirən çoxlu məqalə və monoqrafiyalar nəşr edildi. II dünya
müharibəsinin başlanması ilə bu istiqamətdə aparılan işlər dayandı. Müharibənin
sonuna yaxın Pedaqoji Elmlər Akademiyası yaradıldı. Onun tərkibində «Təlimin
Metodları və Məzmunu İnstitutu» yaradıldı. Məhz bundan sonra xüsusi
metodikalar inkişaf etdi.
50-ci illərin sonunda təhsildə baş verən müsbət dəyişikliklərə (daha
keyiyyətli dərsliklərin, metodik vəsaitlərin hazırlanması, 10 illik təhsil
sisteminin tətbiq edilməsi) baxmayaraq mövcud çatışmazlıqlar yenə də
qalmaqda idi.
30
1965/66-cı tədris ilində icbari orta təhsilə keçid başlandı. O, dövrdə
şagirdlərin tarix hazırlığında mühüm yeri konkret problem ətrafında bilikləri
möhkəmlədən fakültativ kurslar tuturdu. Bu illərdə buraxılan dərsliklər
şagirdlərə bilik verməklə yanaşı həm də onların müstəqil düşüncə və idrak
fəaliyyətini inkişaf etdirirdi. Dərsliklərdə mətnlərlə bərabər həm də sənədlər,
sxemlər, cədvəllər, illüstrasiyalar və müxtəlif məlumat materialları verilirdi.
İcbari orta təhsilin tətbiq edilməsi ilə tarixin təlimi metodikası qarşısında da
yeni problemlər qoyuldu. Və bu məsələlərin həllində tarix elmi başqa elmlərlə
sıx əlaqədə olmalı idi. Təlimin keyfiyyətinin yüksəldilməsi və tarixin tədrisi
metodikasının işlənib hazırlanması tədris prosesini didaktik materiallarla təchiz
etməyə imkan verdi. Tədris şəkilləri dəsti, applikasiyalar, kontur xəritələr,
cədvəllər və sxemlər fonoxrestomatiyalar və s. Orta ümumtəhsil məktəblərində
kabinet təhsil sistemi hərtərəfli tətbiq olunmağa başlandı.
Bununla yanaşı, tarixin tədrisi təcrübəsini öyrənərkən, şagirdlərin təlim və
tərbiyəsində bir sıra problemin olduğu üzə çıxdı. Tarixin təlimi metodiksının ən
təxirəsalınmaz məsələlərindən biri şagirdlərin böyük əksəriyyətində nəzərə
çarpan qavranmış biliklərlə bu bilikləri tətbiq etmək bacarığı arasındakı fərqin
aradan qaldırılmasıdır.
Bəzi ədəbiyyatlarda qeyd edilirdi ki, güya Azərbaycanda Oktyabr
çevrilişinə qədər təhsil sistemi olmayıb. Bu tamamilə yanlış bir fikirdir.
Azərbaycan bu vaxta qədər dünya mədəniyyətinə çoxsaylı alimlər bəxş edib.
Belə yüksək mədəni nailiyyətlər əldə etmiş xalqın çox qədim maarifçilik
ənənələri var idi.
Azərbaycanda Oktyabr çevrilişindən əvvəl neft sənayesinin inkişafı ilə
əlaqədar həyatın bütün sahələrində olduğu kimi, təhsil sahəsində də bir inkişaf
müşahidə edilirdi. Yeni məktəblər, gimnaziya və litseylər açılmışdır. Sənaye
burjuaziyası öz ehtiyaclarını ödəmək üçün azərbaycanlı gəncləri təhsil almaq
üçün dünyanın inkişaf etmiş ölkələrinə göndərirdilər. Milli burjuaziya ölkədə
elmin, mədəniyyətin və maarifin inkişafına kömək edirdi.
31
Xaricdə təhsillə yanaşı (ayrı-ayrı sahibkarlar öz təşəbbüsləri ilə
göndərirdilər) digər iki yolda var idi. Bunlardan biri dini məktəblər
(mollaxanalar və mədrəsələr), ikincisi, çar hökumətinin təşkil etdiyi qəza
məktəbləri idi. Dini məktəblərdə uşaqlara ibtidai savad verilir, onlara əsasən
quranı oxumaq öyrədilirdi. Belə tipli məktəblərdə tarixə aid az məlumat
verilirdi.
Çar hökumətinin təşkil etdiyi qəza məktəblərində isə tarix fənni Rusiya
maarif nazirliyinin təsdiq etdiyi proqramlar əsasında tədris edilirdi. Məlum
olduğu kimi, bu proqramlar din xadimlərinin, çarların, imperatorların və s.
həyatından, hökmranlığından bəhs edirdi. 1869-cu ildə qəbul edilmiş tarix
proqramları 1917-ci ilə kimi qüvvədə olmuşdur.
Rusiya imperiyasının tərkibində yaşayan xalqların tarixinin, o cümlədən
Azərbaycan xalqının tarixinin öyrənilməsinə çar hökuməti tərəfindən fikir
verilmirdi.
Lakin yerlərdə müəllimlər az da olsa ölkəşünaslıq materiallarından istifadə
edirdilər. Belə ki, 1880-cı ildən başlayaraq Qafqaz təlim dairəsi tərəfindən nəşr
edilməyə başlayan, «Qafqaz tayfa və mahallarının təsviri üçün materiallar
məcmuəsi» ətrafında toplanan qabaqcıl müəllimlər Qafqaz xalqlarının tarixi,
mədəniyyəti, etnoqrafiyası, ölkənin təbiəti, təsərrüfatı və s. haqqında zəngin və
qiymətli materiallar toplayaraq, onları ümumiləşdirib həmin məcmüədə
işıqlandırırdılar. Bu, qiymətli materiallardan müasir tədqiqatçılar yeri gəldikcə
indi də istifadə edirlər.
Müsavat hakimiyyəti illərində Azərbaycan məktəblərində əsasən Osmanlı
imperiyası tarixi tədris edilirdi. Bu dövrdə məktəblərdə islamçılıq və türkçülük
məfkurəsi aşılanırdı. «Tarixi-Ənbiya», «Qrun vüsata», «Qrun cədid» və s. bu
kimi kitablar öyrənilirdi.
1920-ci ilin aprel işğalından sonra Azərbaycanda Sovet hakimiyyəti
quruldu.
Bu dövrdə Azərbaycan hökumətinin qaşısında duran başlıca məsələlərdən
biri yeni, sovet məktəbi qurmaq idi.
32
Fəaliyyətə başlayan sovet məktəblərində təlim-tərbiyə və tədris üsulları da
yeniləşdirilir, tədris edilən fənlərin müasir dövrün tələblərinə cavab verə bilməsi
üçün hər cür vasitələrdən istifadə olunurdu. Təhsil ideologiyalaşdırıldı.
Azərbaycanda Sovet hakimiyyətinin ilk günlərindən etibarən elmin digər
sahələrində olduğu kimi tarix elmi, o cümlədən tarixin tədrisi sahəsində də
canlanma özünü göstərməyə başladı. Yeni, sovet məktəblərində marksizm-
leninizm dünyabaxışının tərbiyə edilməsi əsas yer tuturdu.
Şagirdlərdə marksizm-leninizm dünyabaxışının yaradılması vəzifəsinin
yerinə yetirilməsində başlıca yeri tarix fənni və onun tədrisi tuturdu. Bu çox
mühüm və çətin vəzifə idi. Bu hər şeydən əvvəl, onunla izah edilirdi ki, ilk sovet
məktəblərində dərs deyən müəllimlərin demək olar ki, əksəriyyəti köhnə
məktəbin kadrları idi.
Bundan başqa sovet məktəbinin marksizm-leninizm prinsipləri əsasında
hazırlanmış proqram və dərslikləri də yox idi. Odur ki, sovet məktəbində tarix
tədrisini yenidən qurmaq böyük çətinliklərlə qarşılaşırdı. Maarif komissarlığı
məktəblər üçün tarixdən yeni proqramlar hazırlanmasına daha ciddi fikir verirdi.
Bu da onunla izah edilirdi ki, sosializm qurucuları olan yeni nəslin tərbiyə edilib
yetişdirilməsində məktəb tarix təhsilinin əhəmiyyəti böyük idi.
1920-ci ilin yayında respublikanın şəhərlərində keçirilən müəllimlərin
konfrans və qurultaylarında, həmin ilin sentbyar ayında Bakıda keçirilən maarif
və sosialist mədəniyyəti işçilərinin I Ümumazərbaycan qurultayında əsas vəzifə
ziyalıları sovet hakimiyyəti və yeni sovet mədəniyyəti ətrafına cəlb etməkdən
ibarət idi.
Əgər cəbr, həndəsə, kimya, fizika və s. bu kimi fənlərdən proqram və
dərsliklərin hazırlanmasında inqilabdan əvvəlki məktəblərin bəzi müsbət iş
təcrübəsindən istifadə olunurdusa, ictimai fənlərin tədrisini tamamilə yenidən
qurmaq lazım gəlirdi.
Respublikamızın maarif orqanları bu sahədə RSFSR maarif komissarlığının
iş təcrübəsindən istifadə edərək, 1920-ci ilin payızında birinci və ikinci dərəcəli
məktəblər üçün ilk tədris planları nəşr etdi. Birinci dərəcəli və ikinci dərəcəli
33
məktəblər üçün ilk tədris planları hazırlandı. Birinci dərəcəli məktəbin tədris
planına «Mədəniyət tarixi» və «Ölkəşünaslıq» kimi fənlər daxil edilmişdi və I-
IV qruplarda tədris olunurdu.
1921-ci ildə RSFSR məktəbləri üçün nəşr olunmuş ictimaiyyat proqramı
əsasında Azərbaycan XMK I və II dərəcəli məktəblərdən ötrü yeni proqram
hazırladı. Bu proqramlar 1923-cü ildə çapdan çıxdı. İlk sovet məktəblərinin
proqramına ictimaiyyat fənnin daxil edilməsi o zaman müxtəlif ictimai elmlərin
– iqtisadiyyat, hüquq və tarix elmlərinin tədrisi nəzərdə tutulurdu. Tədris planına
əsasən ictimaiyyata I dərəcəli məktəblərin IV-V qruplarında həftədə 2-3 saat, II
dərəcəli məktəblərin I, II və III qruplarında 3, IV qruplarında isə 4 saat vaxt
verilirdi. I dərəcəli məktəbin IV qrupunun proqramı üç bölmədən ibarət idi: 1.
Təsərrüfat. Texnika və mədəniyyət. 2. Maddi mədəniyyətin inkişafı, 3.
Cəmiyyət və mənəvi mədəniyyət, V qrupun proqramı isə iki bölmədən ibarət idi:
1. Bəşəriyyətin keçmiş dövründən mənzərələr. 2. Rusiya və Azərbaycanda XIX
və XX əsrlərdə ictimai həyat.
II dərəcəli məktəb proqramı iki hissədən ibarət idi: 1. Cəmiyyətin tarixi
təkamülü. 2. Cəmiyyətin tarixi təkamülünün materializm nöqteyi-nəzərindən
izahı və sovet Konstitusiyası. Təbiidir ki, o dövr üçün bu hadisə məktəblilərinin
həyatında böyük elmi-pedaqoji dəyişiklik idi. 1923-cü il proqramları fənlərin
məzmununu
müəyyənləşdirməklə bərabər, ictimai elmlərin tədrisində
müəllimlərə lazımi pedaqoji istiqamət və göstərişlər verirdi. 1923-cü ildə
buraxılmış proqramlar Azərbaycan SSR MK-nın elmi şurası tərəfindən
işlənilmiş və komissarlığın kollegiyası tərəfindən təsdiq edilmişdi.
Qeyd etmək lazımdır ki, bu proqramların müsbət cəhətlərindən biri yerli
materialın öyrənilməsinə əhəmiyyət verilməsi idi. Məsələn, proqramda
Azərbaycanın XIX-XX əsrlər ictimai həyatından məlumat verilməsi tələb
olunurdu. Proqrama «Azərbaycanda təhkimçilik münasibəti, kənddə mülkədar
və ruhanilərin hakimiyyəti», «Bakı neft mədənlərində fəhlələr və kapitalistlər»,
«Azərbaycanda Sovet hakimiyyətinin qurulması» və s. bu kimi mövzular daxil
edilmişdi.
34
Əvvəlki illərin proqramları kimi 1923-cü ilin proqramı da stabil deyildi,
müəllimə proqramda (yerli şəraitdən asılı olaraq) müəyyən dəyişikliklər etməyə
icazə verilirdi. Bunu da qeyd etmək lazımdır ki, 1920-1923-cü illər
proqramlarında bir sıra nöqsanlara yol verilmişdi; birincisi, proqramlar
həddindən
artıq
yüklənmişdi.
Odur
ki,
müəllimlər
proqramların
yüngülləşdirilməsini tələb edirdilər. İkincisi, Vətənimizin tarixinin xronoloji
ardıcıllıqla öyrənilməsinə imkan vermirdi.
Bu dövrün çətinliklərindən biri dərs kitablarının olmaması idi. Azərbaycan
Maarif Komissarlığı başqa fənlərlə yanaşı tarix və ictimaiyyatdan da
Azərbaycan dilində dərsliklər yaradılmasına xüsusi fikir verirdi. Bu çətinliyi
tezliklə aradan qaldırmaq üçün Azərbaycan Maarif Komissarlığı RSFSR
məktəblərində istifadə olunan dərsliklərin Azərbaycan dilinə tərcümə olunub
nəşr edilməsi işini xeyli sürətləndirdi. Bu məqsədlə Maarif Komissarlığı məktəb
şöbəsi yanında ayrıca Komissiya yaratmışdı. İlk dərsliklər nəşr olunmağa
başladı. Buna misal olaraq D.M.Şərifovun 1922 və 1924-cü illərdə nəşr olunmuş
«Əski mədəniyyət tarixi» dərsliklərini göstərmək olar. D.Şərifovun kitabı, həm
rus və həm də Azərbaycan dilində, prof. L.Kudryavsevskinin «Qədimdə insanlar
necə yaşayırdılar?» adlı kitabı Azərbaycan dilində nəşr edilmişdi.
1925-ci ildə nəşr edilmiş ictimaiyyat proqramı demək olar ki, 1923-cü ilin
proqramı əsasında tərtib edilmişdi. Bu proqramda təlim materialları fənlər üzrə
deyil, müxtəlif «komplekslər» üzrə qurulmuşdu. Proqram materialları üç
bölmənin – təbiyyət, zəhmət və ictimaiyyatın kompleksli öyrənilməsini irəli
sürürdü. Məsələn, I dərəcəli məktəbin V qrupunda «Kənd təsərrüfatı haqqında»
mövzusunu keçən təbiət müəllimi əkinçilik, heyvandarlıq, bağçılıq haqqında da
məlumat verir və bu sahələrə dair bir sıra ekskursiyalar təşkil edirdi, fizika
dərslərində müəllim kənd təsərrüfatı alətləri, onların quruluşu və s. haqqında
məlumat verir, coğrafiya dərslərində isə həmin kəndin və ya rayonun coğrafi
vəziyyəti və təbii şəraiti ilə əlaqədar olaraq əməyin təşkili öyrədilirdi. Tarix
müəllimi isə ictimaiyyat dərslərində kənd təsərrüfatının ictimai-iqtisadi
vəziyyətinin təhlilini verir və bundan əlavə, müləlim təhkimçilik hüququnun
35
bərqərar olması, XVIII əsrin ikinci yarısında kəndlilərin təhkimçilik hüququna
qarşı mübarizəsi, 1861-ci il kəndli islahatı, sənayedə və kənd təsərrüfatında
kapitalizmin inkişafı, 1905-1907-ci illərdə kəndli hərəkatı və nəhayət «Böyük
Oktyabr inqilabı kəndlilərə nə verdi» kimi proqram materiallarını öyrədirdi. VI
qrupda fabrik-zavod mövzusu tədris edilirdi, burada keçilən bütün fənlər həmin
mövzunun öyrənilməsinə xidmət edirdi. Bu üsulla müxtəlif fənlərin təlim
materialları arasında güya təbii əlaqə yaratmaq nəzərdə tutulurdu. Elə buna görə
də bu cür tərtib edilmiş proqramlara «kompleks təlim proqramları» deyilirdi. Bu
cür proqramların mənfi cəhətləri təbii ki, çox idi. Belə ki, «kompleks» metodu
həm fənlər, həm də biliklər sistemini pozur, tarixin tədrisində məntiqi-xronoloji
və əlaqəsizlik yaradırdı. Lakin bütün bu nöqsanlara baxmayaraq, Sovet
hakimiyyətinin ilk illərində buraxılan dərsliklər irəliyə doğru böyük addım idi,
şagirdlər çevrilişdən əvvəlki dərsliklərdə olduğu kimi, knyazların, çarların, din
xadimlərinin tarixini deyil, zəhmətkeş xalq kütlələrinin yaradıcılıq fəaliyyətini
öyrənirdilər. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra məktəblərdə
tarix-ictimaiyyat fənləri şagirdləri vətənə məhəbbət ruhunda, zalımlara və
istismarçı siniflərə nifrət ruhunda, proletar beynəlçiləlçiliyi, xalqlar dostluğu
ruhunda tərbiyə edirdi.
Proqram və metodik axtarışlarda olan səhvlərə baxmayaraq, 1920-1925-ci
illərdə tarix-ictimaiyyat fənləri üzrə təlim-tərbiyənin məzmunu durmadan
yaxşılaşdırılırdı.
1926-1927-ci dərs ilindən etibarən respublikamızda I-II dərəcəli məktəbləri
birləşdirən doqquzillik məktəblər yaranmağa başladı. Azərbaycan Xalq Maarif
Komissarlığı tərəfindən 1926-cı ildə qəbul edilmiş yeni tədris planına I dərəcəli
məktəbin IV-V qruplarında həftədə 3 saat, II dərəcəli məktəbin I, II, III
qruplarında həftədə 4 saat, IV qrupunda isə həftədə 3 saat ictimaiyyat dərsləri
daxil edilmişdi. Bu proqramın nisbətən yaxşı cəhəti ondan ibarət idi ki, məktəbli
«Bizim ölkə» adlı bölmədə öz yaşadığı respublika haqqında az-çox məlumat
alırdı. Belə ki, qrupun ikinci bölməsinin proqramına «Respublikanın
iqtisadiyyatı» (neft, pambıqçılıq, bağçılıq, ipəkçilik, üzümçülük)», «Sovet
36
quruluşu» Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi», «Azərbaycan SSR
XKS» , «Zaqafqaziya Federasiyası», «Azərbaycan çarizm zamanında», «1917-
1918-ci illərdə Azərbaycanda Sovet hakimiyyəti», «Azərbaycanda Sovet
hakimiyyətinin qurulması», «Sovet hakimiyyəti bizə nə verdi?» və s. materiallar
daxil idi. Bu proqramın başlıca nöqsanı onda tarixi materialların xronoloji
ardıcıllıqla verilməməsində idi.
Mövzuların proqramda düzülməsi ardıcıl deyildi. Odur ki, vahid tarixi
proses hissələrə, parçalara bölünürdü. Qeyd etmək lazımdır ki, bir sıra qabaqcıl
müəllimlər belə «kompleks» metodlu proqramın əleyhinə çıxış edirlər.
1929-cu ildə Azərbaycan Maarif Komissarlığı I-II dərəcəli vahid zəhmət
məktəbləri üçün yeni proqram işləyib buraxdı. Bu proqrama sosializm
quruculuğu və sinfi mübarizəyə, Kommunist Partiyası və Sovet dövlətinin
siyasətinə aid materiallar daxil edilmişdi. Yeni proqramda tarix materialı bir
qədər artırılmışdı.
Azərbaycan Maarif Komissarlığı Azərbaycan məktəbləri üçün ictimaiyyat
və tarixə aid nəşr etdirdiyi vəsait və dərsliklərə Azərbaycan xalqının
qəhrəmanlıq tarixindən xeyli material daxil edilirdi. Bunlardan «Dördüncü il»
kitabını, 1931-ci ildə O.Kazımzadənin yazdığı «Gənc zərbəçi», (I və II kitab) və
s. kitabları göstərmək olar. Qeyd etmək lazımdır ki, bu vaxt nəşr edilən bir sıra
jurnallar «Maarif və mədəniyyət» (1923), «Putğ şkolı» (1924), xüsusən «Maarif
işçisi» (1925) məktəblərdə təlim-tərbiyə işinin, həmçinin tarix-ictimaiyyat
fənninin tədrisini yaxşılaşdırmaq sahəsində xeyli faydalı material verirdilər. Bu
jurnallarda «Pedaqoji hazırlıq və ictimaiyyatın prinsipləri», «Məktəb
ictimaiyyatının təsnifatı», «Zəhmət məktəblərində ictimaiyyat kursunun
məzmunu və quruluşu haqqında məsələyə dair» və s. məqalələr nəşr edilirdi.
1929-cu ildən başlayaraq «kompleks layihə» proqramlarına keçilir.
«Kompleks layihə» proqramına əsasən hər bir qrup üçün ildə 7-8 kompleks
mövzu götürülürdü. Məsələn, «Bizim şəhər», «Kənddə payız», «Bizim kənd» və
s. kimi mövzuların hər biri üç bölməyə ayrılırdı ki, bu bölmələr də təbiət, əmək
və cəmiyyət nöqteyi-nəzərindən öyrədilirdi. Bütün fənlərin «kompleks layihə»
37
metodu ilə öyrədilməsi bu və ya digər fənnin şagirdlər tərəfindən
mənimsənilməsi işini xeyli ağırlaşdırırdı.
1931-ci ilə qədərki dövrdə məktəblərdə tarixin tədrisi vəziyyətini belə
yekunlaşdırmaq olar: bu müddətdə dərsliklər ümumiyyətlə ləğv edilir, onları
müxtəlif tipli «ictimaiyyatdan iş kitabları» əvəz edir. Dərs təlimin təşkilat
forması olmaqda öz əhəmiyyətini get-gedə itirməyə başlayırdı.
Bu dövrdəki «laborator üsulu» ilə aparılan dərs və təlim işində müəllimin
rolu əsasən inkar edilirdi. Bu metodun tərəfdarları təlim-təhsil prosesinin
əleyhinə çıxaraq sinif əvəzinə «briqada», dərs əvəzinə laboratoriya məşğələsini
təklif edirdilər.
Ölkəmizdəki inkişaf məktəblərimizdə təlim-tərbiyə işlərinin keyfiyyətini
yaxşılaşdırmağı tələb edirdi. ÜİK (b) P MK-nın «İbtidai və orta məktəb
haqqında» 5 sentyabr 1931-ci il tarixli qərarında məktəblilərin təlim-tərbiyəsi
sahəsində yol verilən nöqsanlar əsaslı surətdə tənqid edildi və məktəb işinin
keyfiyyətini yaxşılaşdırmaq yolları göstərildi. Sovet məktəbinin əsas vəzifələri
müəyyənləşdirildi.
Mərkəzi Komitənin böyük tarixi əhəmiyyətə malik olan qərarından sonra
ayrı-ayrı fənlər üzrə proqramlar yaradılmağa başlandı. Bu qərarın tarix fənni
tədrisinin inkişafında böyük rolu oldu. Qərarda deyilirdi: «Müttəfiq
respublikaların xalq maarif komissarlıqlarına təklif edilsin ki, proqramların
marksistcəsinə işlənməsini dərhal təşkil etsinlər və bu proqramlarda
sistemləşdirilmiş biliklərin (ana dili, riyaziyyat, fizika, kimya, coğrafiya, tarix)
dürüst müəyyən edilmiş həcmini təmin etsinlər ki, 1932-ci il yanvarın birindən
etibarən yenidən baxılmış həmin proqramlar üzrə dərs verilsin». Bu qərara
müvafiq olaraq Azərbaycan Maarif Komissarlığı 1931-1932-ci dərs ilinin ikinci
yarısı üçün ayrı-ayrı fənlər üzrə yeni proqramlar hazırladı.
ÜİK (b)P Mərkəzi Komitəsinin «İbtidai və orta məktəbdə tədris proqramları
və rejimi haqqında» 25 avqust 1932-ci il tarixli qərarında Mərkəzi Komitə tələb
edirdi ki, ictimaiyyat, dil və ədəbiyyat, coğrafiya proqramlarında tarixilik
ünsürləri xeyli gücləndirilsin, bu fənlərin əsas bölgüləri və mövzuları lazımi
38
faktik materiala, tarixə dair ekskursiyalarla və müqayisələrlə göstərilsin. Qərarda
deyilirdi ki, «İctimaiyyat, ədəbiyyat, dillər, coğrafiya və tarix tədris proqramına
SSRİ xalqlarının milli mədəniyyətinə, onların ədəbiyyatına, incəsənətinə, tarixi
inkşaflarına aid biliklər və eləcə də SSRİ ölkəşünaslığı ünsürlərini (təbii
xüsusiyyətlər, sənaye, kənd təsərrüfatı, ictimai-iqtisadi inkişaf və s.)» daxil
etmək zəruri hesab edilsin». Mərkəzi Komitə yeni tədris planları və
proqramlarının yaradılmasını lazım bildiyi kimi, yeni dərsliklərin yaradılması
məsələsinə də böyük əhəmiyyət verirdi.
Buna görə də Mərkəzi Komitə «İbtidai və orta məktəb üçün dərs kitabları
haqqında» 12 fevral 1933-cu ildə qərar qəbul etdi. Həmin qərara müvafiq olaraq
Azərbaycan K (b) P Mərkəzi Komitəsi 20 may 1933-cü ildə xüsusi qərar qəbul
etdi. Azərbaycan partiya təşkilatının bu qərarına əsasən tarix proqramları və bir
sıra dərsliklər Azərbaycan dilində nəşr edildi. Bu tədbirlər əhəmiyyətli olsa da,
yeni proqram və dərsliklərdə mülki tarix öz yerini tuta bilməmişdi. Məktəbdə
tarixin tədrisini əsaslı surətdə yaxşılaşdırmaq üçün partiya və hökumət yeni
qərar qəbul etməli oldu. Bu, SSRİ XKS və ÜİK (b) P Mərkəzi Komitəsinin
«SSRİ məktəblərində mülki tarixin tədrisi haqqında» 15 may 1934-ci il tarixli
qərarı idi. Bu qərar məktəb tarix təhsilinin inkişafında yeni dövr açdı. Qərarda
məktəbdə tarix dərsinin keçilməsinin qənaətbəxş olmadığı, dərsliklər və dərsin
verilməsi mücərrəd, sxematik xarakter daşıdığı qeyd olunurdu. Qərar «Mülki
tarix dərslərini canlı və maraqlandırıcı şəkildə keçmək, ən mühüm hadisə və
faktları onların xronoloji ardıcıllığı ilə şərh etmək, tarixi şəxsiyyətlərin
xarakteristikasını vermək» və s. məsələləri tarix müəllimlərinin əsas vəzifəsi
hesab edirdi. Qərarda deyilirdi: «Ancaq belə bir tarix kursu tarix materialının
şagirdlər üçün lazım olan asanlığını, əyaniliyini və konkretliyini təmin edə bilər;
şagirdləri tarixi marksistcəsinə anlamağa yanaşdıran tarixi hadisələrin düzgün
təhlil edilməsi və düzgün ümumiləşdirilməsi ancaq bu əsasda mümküdür…».
SSRİ XKS və ÜİK (b) P Mərkəzi Komitəsi 1935-ci il iyun ayı üçün tarix
proqramları və tarixdən (qədim dünya tarixi, orta əsrlər tarixi, yeni tarix, SSRİ
39
tarixi, asılı ölkələrin və müstəmləkə ölkələrinin yeni tarixi) dərs kitabları
hazırlamağı tapşırdılar.
ÜİK (b)P MK-nın «İbtidai və natamam orta məktəbdə ümumi tarixin və
SSRİ tarixinin ibtidai kursunun keçilməsi haqqında» 9 iyun 1934-cü il tarixli
qərarında III-IV siniflərdə SSRİ tarixinin qısa kursu, V-VI siniflərdə qədim
dünya tarixi, VI-VII siniflərdə orta əsrlər tarixi keçilməsi müəyyən edildi.
Azərbaycan SSR Xalq Maarif Komissarlığı 1934-cü ildə partiya və
hökumətin qərarlarına müvafiq olaraq ibtidai, yeddiillik və orta məktəblərimizdə
tarix fənninin tədrisinə xüsusi fikir verdi. Azərbaycan SSR məktəbləri tarixdən
dərs kitabları ilə təmin edildi. A.Şestakovun redaktorluğu ilə III-IV siniflər üçün
«SSRİ tarixinin qısa kursu» dərsliyi 1937-ci ildə Azərbaycan dilinə tərcümə
edilərək çapdan buraxıldı. Bunun ardınca 1940-cı ildə professor A.V.Mişulinin
redaktorluğu ilə V-VI siniflər üçün «Qədim dünya tarixi», professor
E.A.Kosminskinin VI-VII siniflər üçün «Orta əsrlər tarixi», VIII siniflər üçün
A.V.Yefimovun «Yeni tarix», IX sinif üçün V.M.Xvostovun redaktorluğu ilə
«Yeni tarix», VII-X siniflər üçün professor A.M.Pankratovanın redaktorluğu ilə
3 hissədən ibarət «SSRİ tarixi» dərslikləri çapdan çıxdı və 1941-ci ildə
Azərbaycan dilinə tərcümə edildi.
Sov. İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin «Məktəblərdə
tarixin tədrisində bəzi dəyişikliklər edilməsi haqqında» 1959-cu il 8 oktyabr
tarixli qərarı Sovet məktəblərində tarixin tədrisini daha da yaxşılaşdırmaq
məqsədi daşıyırdı. Qərarda deyilirdi: «Məktəblərdə tarixin öyrənilməsi üçün
aşağıdakı qayda müəyyən edilsin:
IV sinifdə – SSRİ tarixindən epizodik hekayələr;
V sinifdə – qədim dünya tarixinin elementar kursu;
VI sinifdə – orta əsrlər tarixinin elementar kursu;
VII-VIII siniflərdə – Sovet dövlətinin ictimai və dövlət quruluşu haqqında
ən mühüm məlumat verməklə SSRİ tarixinin elementar kursu;
IX-XI siniflərdə – SSRİ tarixinin sistematik kursu, xarici ölkələrin yeni və
ən yeni tarixinin sistematik kursu». Sonra göstərilirdi: «Müttəfiq respublikaların
40
Kommunist partiyaları MK-larına və Nazirlər Sovetlərinə tapşırılsın ki,
məktəblərdə müttəfiq respubilkanın tarixini öyrənmək məsələsini nəzərdən
keçirib həll etsinlər». Bu göstərişə əsasən Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Soveti «Azərbaycan SSR
məktəblərində tarixin tədrisində bəzi dəyişikliklər edilməsi haqqında» 1959-cu il
5 noyabr tarixli qərarı qəbul etdilər. IV-VIII siniflərdə Azərbaycan tarixinin
öyrənilməsi müəyyən edildi. Bu qərara əsasən Azərbaycanın tarix alimləri ilk
dərs vəsaiti və dərsliklər yaratdılar. 1960-cı ildə orta məktəb üçün «Azərbaycan
tarixi» adlı dərs vəsaiti çapdan çıxdı. İlk dərs vəsaitinin yazılmasında və redaktə
edilməsində görkəmli Azərbaycan tarixçiləri Ə.S.Sumbatzadə, Z.İ.İbrihamov,
İ.A.Hüseynov, Ə.N.Quliyev və Y.A.Tokorjevski iştirak etmişdilər.
Ə.Quliyev və E.Məmmədovun «Azərbaycan tarixi» (7-8-ci siniflər)
kitabının çıxması məktəbliləri Azərbaycan tarixi üzrə dərslik və dərs vəsaiti ilə
təmin etmək sahəsində böyük əhəmiyyətə malik idi. Həmin tarixi qərarlar
əsasında SSRİ tarixi və onun tərkibində Azərbaycan tarixi üzrə proqram və
dərsliklər yaranır və tarix üzrə bir sıra metodik vəsaitlər və məqalələr dərc
olunurdu. Azərbaycan tarixinin tədrisi metodikası üzrə elmi-tədqiqat işləri
genişləndirilirdi.
Azərbaycan tarixinin daha dərindən öyrənilməsi Sov. İKP və SSRİ Nazirlər
Sovetinin «Məktəblərdə tarixin tədrisi qaydalarında dəyişiklik edilməsi
haqqında» 1965-ci il 14 may tarixli qərarının böyük əhəmiyyəti oldu. Qərar
SSRİ tarixinin tərkibində Azərbaycan tarixinin öyrənilməsi imkanını
genişləndirdi. Bu qərar on illik orta məktəb bazasında konsentrizmin (1959-
1965-ci illər) ləğvinə, məktəb tarix kursunun ardıcıl və əsaslı öyrənilməsinə
imkan yaratdı.
Azərbaycan tarixindən dərsliklərin yaranmasına diqqət artırılır. Azərbaycan
tarixi üzrə 7-8 siniflər üçün yeni dərslik (müəllifi Ə.N.Quliyev, redaktorları
Ş.C.Məmmədbəyli və İ.V.Struqunovdur), 1972-ci ildə IX sinif üçün (müəllifləri
Ə.Quliyev, E.Məmmədov, redaktorları Ş.Məmmədbəyli və İ.V.Striqunovdur)
1975-ci ildə çapdan çıxdı.
41
X sinif üçün «Azərbaycan tarixi» dərsliyi 1979-cü ildə çapdan çıxdı
(müəllifləri E.İ.Məmmədov, K.N.Rəhimov, redaktoru prof. İ.B.Berxindir).
Orta məktələrdə tarixin təhsilinin inkişafı prosesinin öyrənilməsini bu
inkişafın altı mərhələdən ibarət olduğunu göstərdi. Həmin mərhələləri aşağıdakı
şəkildə ümumiləşdirdik:
1. Oktyabr çevrilişinə qədərki mərhələ
2. 1920-1934-cü illərdə Azərbaycan SSR orta məktəblərində tarix təhsili
3. 1934-1959-cü illərdə məktəb tarix təhsili sahəsində qazanılmış uğurlar
4. 1959-1965-ci illərdə məktəb tarix təhsili sahəsindəki dəyişikliklər.
Azərbaycan tarixinin tədrisi məsələləri.
5. 1965-1984-cü illərdə məktəb tarix təhsilinin təkmilləşdirilməsi
istiqamətində həyata keçirilən tədbirlər.
6. 1984-1991-ci illərdə məktəb tarix təhsilinin təkmilləşdirilməsi
istiqamətində həyata keçirilən tədbirlər.
7. 1991-1999-cu ildə olan dövr – proqram və dərsliklərin müstəqilliyimizin
və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində təkmilləşdirilməsi və
yeniləşdirilməsi.
8. 1999-cu ildə prezident H.Əliyevin verdiyi fərmanı ilə «Azərbaycan
Respublikasının təhsil sahəsində İslahat Proqramı»nın təsdiqindən bu
günlərədək həyata keçirilən tədbirlər. Bu mərhələyə orta ümumtəhsil
məktəblərində tarix təhsilinin müasir sistemi daxildir.
Dostları ilə paylaş: |