Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə24/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   339
em tom

 
 
§ 3. Məktəb tarix təhsilinin müasir quruluĢu. Azərbaycan tarixi və 
ümumi tarix kurslarının öyrənilməsi qaydası. Tarixdən müasir məktəb 
proqramlarının məzmunu. Proqramların quruluĢu və əsas tərkib hissələri 
Müasir tarix təhsili gənc nəslin həyata hazırlanmasına və nümunəvi 
vətəndaşın formalaşmasına yönəldilib.


64 
Tam orta təhsilin V-XI siniflərində Azərbaycan tarixi və ümumi tarixə 
tədris ili (bu kitab hazırlanarkən 2010-2011-ci tədris ilində) bir tədris ili ərzində 
595 saat vaxt ayrılıb. Azərbaycan Respublikasının tam orta təhsil tarix təhsilinin 
məzmununu və həcmini aşağıdakı cədvəldə ümumiləşdirmişik: 
Siniflər 
Tarix kursunun adı 
Həftəlik 
saatların 
miqdarı 

Azərbaycan tarixi 
Azərbaycan tarixi üzrə epizodik hekayələr 
– «Ata yurdu» 
2 saat 
VI 
Qədim dövr tarixi (eramızın III əsrinədək) 1 saat 
VII 
Orta əsirlər tarixi (erkən orta əsrlər) 
1 saat 
VIII 
Orta 
əsrlər tarixi (XVII əsrin II 
yarısınadək) 
I yarım il 1 saat, II yarım 
il 2 saat 
IX 
Yeni dövr tarixi 
2 saat 

Yeni dövr tarixi (XX əsrin əvvəllərinədək) 2 saat 
XI 
Ən yeni dövr tarixi (bu günlərimizədək) 
2 saat 
VI 
Ümumi tarix 
Qədim dünya tarixi (ən qədim dövrdən 
b.e. V əsrinədək) 
1 saat 
VII 
Orta əsrlər tarixi (erkən orta əsrlər) 
1 saat 
VIII 
Orta əsrlər tarixi (XV əsrədək) 
1 saat 
IX 
Yeni dövr tarixi (XV-XVIII əsrlər) 
1 saat 

Yeni tarix (XX əsrin əvvəllərinədək) 
1 saat 
XI 
Ən yeni tarix (bu günlərimizədək) 
1 saat 
Tam orta təhsildə Azərbaycan tarixi ilə ümumi tarix kursları məntiqi-
xronoloji ardıcıllıqla öyrədilir. Tarix təlimi dövlət tərəfindən müəyyən edilmiş 
tədris planı əsasında hazırlanmış və təsdiq edilmiş proqramlarla tədris olunur. 
Məktəbdə tarixin tədrisinə ayrılan 595 saatın 204 saatı ümumi tarixə, 391 saatı 


65 
isə Azərbaycan tarixinə ayrılıb. Orta məktəbin bütün tarix dərslikləri 
proqramların tələbləri əsasında hazırlanır. 
Müstəqillik əldə edildikdən sonra respublikamızda təhsilin yenidən 
qurulması, onun dünya standartları səviyyəsinə çatdırılması yolunda çox ciddi 
addımlar atılmışdır. Təhsilə dair direktiv sənədlər, təhsil sisteminin yenidən 
qurulması, fənlər üzrə yeni proqram və dərsliklərin hazırlanması bu qəbildən 
hesab edilməlidir. Tarix üzrə yeni proqram və dərsliklər hazırlandı. İlk növbədə 
ümumtəhsil orta məktəbləri üçün «Azərbaycan tarixi» və «Ümumi tarix» 
proqramlarının tərtibinə daha ciddi diqqət yetirilmişdir. 
Tam orta təhsil səviyyəsi üçün «Azərbaycan tarixi» və «Ümumi tarix» 
proqramları «Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı»nın 
tələblərinə əsaslanaraq tərtib edilmişdir. Yeni tarix proqramları («Azərbaycan 
tarixi»nin 
və 
«Ümumi 
tarix»in) 
qarşısında 
aşağıdakı 
vəzifələri 
müəyyənləşdirilmişdir: 
- dərin və əhatəli biliyə, bacarıq və vərdişlərə, yüksək intellektə, geniş 
dünyagörüşünə malik olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət 
formalaşdırmaq; 
- öz soy-kökünə, milli-mənəvi zəminə əsaslanan, adət-ənənələrinə, şərəfli 
tarixi keçmişinə dərindən yiyələnən və ondan iftixar hissi keçirən, ailəsini
vətənini, millətini sevən və onu daim ucaltmağa çalışan milli vətənpərvərlər 
yetişdirmək; 
- ümumbəşəri dəyərlərə yiyələnən və onları milli-mənəvi zəmin əsasında 
əlaqələndirməyi, ahəngdar inkişaf etdirməyi bacaran, insan haqları və 
azadlıqlarına hörmət edən və onlara daim əməl etməyə, Azərbaycanda hüquqi 
demokatik cəmiyyətin qurulmasına layiqli töhfələr verməyə hazır olan azad və 
demokratik ruhlu vətəndaşlar tərbiyə etmək. 
Proqramlarda 
orta 
məktəbdə 
tarixin 
tədrisi 
aşağıdakı 
kimi 
müəyyənləşdirilir: 
- qədim dövrdən bu günədək bəşəriyyətin keçdiyi tarixi inkişaf haqqında 
biliklərin əsasının şagirdlər tərəfindən mənimsənilməsinə nail olmaq; 


66 
- şagirdlərə tarixi təhlil, müqayisə və ümumiləşdirmə aparmaq bacarıqları 
formalaşdırmaq əsasında hadisə və prosesləri, fakt və qanunauyğunluqları, 
anlayışları mənimsətmək; 
- şagirdlərdə tarixə inam və hörmət hissini formalaşdırmaq, humanizm 
ideyalarına, insan hüquqlarına, demokratik dəyərlərə, milli-mənəvi zəminə 
əsaslanan, öz soy-kökünə, xalqına və millətinə hörmət, vətənpərvərlik və xalqlar 
arasında qarşılıqlı anlaşma kimi yüksək mənəvi-əxlaqi keyfiyyətləri tərbiyə 
etmək; 
- Azərbaycan xalqının və digər xalqların dininə, dilinə, mədəniyyətinə
tarixi inkişafının müxtəlif məqamlarına maraq yaratmaq, öz ölkəmizin və bütün 
bəşəriyyətin mədəniyyətini qorumağa və yaşatmağa çalışmaq hissi aşılamaq; 
- bütövlükdə Azərbaycan tarixi üzrə baza biliklərini müvafiq olaraq yaxın 
və uzaq ölkələrin tarixi ilə əlaqələndirmək bacarığı yaratmaq, şagirdlərdə onun 
yaşadığı region, rayon, şəhər və kəndin tarixinin, vətən tariximizin, eyni 
zamanda dünya tarixinin tərkib hissəsi olması inamını aşılamaq və s. 
Bu proqramlar bəzi cəhətlərinə görə əvvəlkilərdən fərqlənir. 
1. Bu proqramlarda tarixi materialların öyrənilməsində sosial (sinfi) 
münasibət deyil, tarixilik, elmilik və obyektivlik metodologiyasının əsas 
göstərilməsinə ciddi riaət olunmuşdur. 
2. Tarixi gerçəkliyə müvafiq olaraq dövrləşməyə yenidən baxılmışdır. 
Misal olaraq «müasir dövr» məntiqi olaraq «ən yeni dövr» kimi verilmişdir. 
3. Bəşər tarixinin ayrı-ayrı dövrlərinin bölgülər üzrə əvvəllər tətbiq edilmiş 
prinsiplərində dəyişikliklər edilmşidir: VI-VIII siniflərdə Vətən tarixi, Şərq, 
Türk dünyası, Qafqaz xalqları və Qərb ölkələri tarixi, IX-XI siniflərdə isə Vətən 
tarixi, Qərb, Türk dünyası, Qafqaz və Şərq xalqları tarixi tətbiq edilmişdir. Bu 
bölgü tarixi inkişaf prosesinə tamamilə uyğundur: çünki ən qədim dövlətlər, 
sivilizasiyalar Şərqdə meydana gəlmiş, sonrakı mərhələlərdə isə Qərbdə siyasi, 
iqtisadi, sosial və mədəni sahələrdə dünya inkişafına əhəmiyyətli dərəcədə təsir 
etmiş, dəyişikliklər baş vermişdir. 


67 
4. Ümumi tarix proqramlarında əsas diqqət Şərq və Qərb sivilizasiyalarının 
üzvi şəkildə tədris edilməsinə, ümumibəşəri dəyərlərin öyrədilməsi ilə yanaşı 
milli-mənəvi dəyərlərin qabarıq verilməsinə yönəldilmişdir. Belə ki, türk-islam 
amili, türk-islam xalqlarının zəngin, çoxəsrlik tarixi və mədəniyyəti ilə bağlı 
məsələlərin dərindən öyrədilməsi ön plana çəkilmişdir. VII sinifdə orta əsrlər 
tarix kursuna «Uyğur dövləti» və «Avar xanlığı», IX sinifdə yeni tarix kursuna 
«Uyğur dövləti» və «Avar xanlığı», IX sinifdə yeni tarix kursuna «Misir, Suriya 
və İraq Osmanlı imperiyasının tərkibində» və s. mövzular əlavə edilmiş, digər 
mövzularda isə zəruri dəyişikliklər və dəqiqləşmələr aparılmışdır. 
5. Yeni proqramlarda iqtisadi və sosial münasibətlərin, Azərbaycanın və 
dünya xalqlarının mədəniyyətinin inkişafı məsələlərinin öyrənilməsinə daha çox 
vaxt ayrılmışdır. 
6. Son illərin hadisələrinin və tarixi proseslərə verilən yeni qiymətin 
mövcud dərsliklərdə öz əksini tapmadığı nəzərə alınaraq, müəllimə kömək 
etmək, ona istiqamət vermək məqsədilə proqramlarda müvafiq təlim materialları 
genişləndirilmiş şəkildə təqdim olunmuşdur. 
7. X-XI siniflər üzrə Azərbaycan tarixi proqramlarında əhəmiyyətli 
dərəcədə məzmun və struktur dəyişikliyi aparılmışdır. Bu proqramlarda 
xalqımızın milli azadlıq hərəkatı ön plana çəkilmiş, müstəqillik uğrunda 
mübarizəsi, bu mübarizədə ümummilli liderimiz H.Əliyevin tarixi rolu, öz əksini 
tapmışdır. 
8. Əvvəlki proqramlardan fərqli olaraq təqdim olunan proqramların 
«Ümumi tarix» hissəsində də «Kursdaxili, kurslararası və fənlərarası əlaqələr», 
«Mövzu üzrə formalaşdırılan anlayışlar», «Şagirdlərin əsas bacarıqları» 
bölmələri verilmişdir. Bu, tarix proqramlarının tərtibində ilk təcrübədir. 
9. Ümumtəhsil məktəblərinin təmayülünə müvafiq olaraq tarix fənlərinin 
tədrisinə ayrılan saatlar müxtəlif varinatlarda müəyyən olunmuşdur. Fənn 
müəllimləri həm Azərbaycan tarixi, həm də ümumi tarixdən proqram 
materiallarını planlaşdırarkən öz məktəbləri üçün müəyyən edilmiş varinatları və 
ona müvafiq saatların miqdarını hökmən nəzərə almalıdırlar. Belə bir mühüm 


68 
məsələyə diqqət yetirilməlidir ki, hər bir sinif üçün Azərbaycan tarixi və ümumi 
tarixdən proqramlar maksimum tələblər əsasında tərtib olunmalıdır.
10. Proqramlarda hər bir kursun sonunda bölmələr üzrə zəngin elmi-
metodik ədəbiyyatın, habelə sinifdənxaric oxunun siyahısı verilmişdir. İctimai 
fənlərin təhsil sahəsi seçildiyi siniflərdə, xüsusilə X-XI siniflərdə bu 
ədəbiyytadan müəllimlər, habelə onların tövsiyəsi əsasında şagirdlər də istifadə 
edə bilərlər. Proqramların sonuna xəritələrin, sxemlərin, cədvəllərin, 
diaqramların, şəkillərin, audiovizial vasitələrin siyahısı əlavə edilmşidir. 
Müəllim məktəbin maddi-texniki imkanlarından, həmin materialların çap 
olunanlarından, özünün və şagirdlərin bacarığından istifadə etməklə təlimi daha 
səmərəli və məzmunlu təşkil etməyə nail ola bilər. 
Təqdim olunan proqramlarda ən önəmli cəhətlərdən biri bölmələr üzrə 
«Kursdaxili, kurslararası və fənlərarası əlaqələr», «Mövzu üzrə əsas anlayışlar» 
və «Şagirdlərin əsas bacarıqları» başlıqları altında verilən metodiki tövsiyələr 
sistemidir. Onlar fənn müəllimlərinə, hətta şagirdlərə kömək üçün müstəsna 
əhəmiyyəti olan materiallardır. 
«Kursdaxili, kurslararası və fənlərarası əlaqələr» dərsin təlim-tərbiyə və 
inkişafetdirici vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə verilir. Onlar tarixi 
faktlar anlayışı, səbəb-nəticə əlaqələrinin, qanunauyğunluqların mənim-
sənilməsinə, tarixi materialın tərbiyəvi imkanlarının gerçəkləşdirilməsinə, 
mövzunun məzmunu ilə bağlı əsas bacarıq və vərdişlərin formalaşdırılmasına 
xidmət edir. 
Proqramlarda bölmələr üzrə qruplaşdırılan «əsas anlayışlar» hər bir 
müəllimə dərsin anlayışlar dairəsini müəyyən etməyə, onları qruplaşdırmağa və 
yerində tətbiq etməyə imkan verir. Onlardan faktik materialın təhlili və 
qiymətləndirilməsi zamanı istifadə olunur. Təlim materiallarının əsas anlayışlar 
ətrafında cəmləşdirilməsi şagirdlərin tarixə dair biliklərini sistemləşdirməyə 
kömək edir. Buna görə də əsas anlayışların şagirdlər tərəfindən mənimsənilməsi 
təmin olunmalıdır. Bu zaman müəllim unutmamalıdır ki, şagirdin anlamadığı bir 


69 
faktı, məsələni uzun müddət hafizəsində saxlaması və ondan faydalanması 
mümkün deyildir. 
Təcrübə göstərir ki, anlayışların formalaşdırılması üçün müəllim onların 
məzmununu şərh etmək və əlamətlərini sadalamaqla kifayətlənməməli, 
mənimsəmə prosesinin (qavrama, dərketmə, yadda saxlama və tətbiq etmə) 
qanunauyğunluqlarına riayət etməli, şagirdləri zəruri təfəkkür əməliyyatlarının 
icrasına cəlb etməlidir. Bunsuz anlayışların mənimsənilməsi mümkün deyildir. 
Beləliklə, şagirdin bu istiqamətdə qazanacağı uğurların səviyyəsi onun əqli 
qabiliyyətlərinin inkişafından asılıdır. Odur ki, proqram materialları şagirdlərə 
elə çatdırılmalıdır ki, onların hafizə, təfəkkür, təxəyyül və s. psixi fəaliyyət 
formaları əlaqələndirilsin, normal zehni fəaliyyətləri təmin olunsun. Bu isə 
müəllimdən tələb edir ki, hər bir konkret dərsə hazırlaşarkən təlim 
materiallarının məzmununu tələb etdiyi zehni əməliyyatları konkret olaraq 
müəyyənləşdirsin və dərs prosesində bütün şagirdlərin həmin əməliyyatları icra 
etmələrinə nail olsun. 
Bu işin öhdəsindən gəlmək üçün proqram bölmələrinin sonunda verilmiş 
«şagirdlərin əsas bacarıqları» tövsiyyəsindən istifadə edilməlidir. Bunlar dərsin 
əsas məsələlərinin, anlayışlarının mənimsənilməsi üçün tələb olunan zehni 
əməliyyatları müəyyənləşdirməkdə müəllimə istiqamət verə bilər. Bu tövsiyənin 
əsas mənası mövzunun məzmununa müvafiq əlaqələndirmə, müqayisə etmə, 
təhlil etmə, ümumiləşdirmə və nəticə çıxarma üsulları ilə şagirdlərin təfəkkür 
qabiliyyətini üzə çıxarmaq, onlarda bacarıq vərdişləri formalaşdırmaqdır. 
Müəllimin başlıca vəzifəsi hər bir mövzuya müvafiq bacarıqları seçib 
dəqiqləşdirməkdir. Bunsuz müəllimin təlim materiallarının mənimsənilməsinə 
nail olması müşkül olar. 
Şagirdlərin inkişafı, tərbiyəsi, onların fəal ictimai-siyasi həyata 
hazırlanması üçün də bu tövsiyənin müstəsna əhəmiyyəti vardır. Müəllim 
«Bacarıqlar»dakı tövsiyələrdən istifadə edərək şagirdlərdə konkret mövzular 
üzrə proqramda göstərilən vacib problemlər, məsələlər üzrə müstəqil bilik əldə 
etmək, məlumat, məruzə, müsahibə və referat hazırlamaq, icmal və tezislər, 


70 
cədvəllər tərtib etmək, yoldaşları, valideynlər qarşısında çıxış etmək, 
ümumməktəb tədbirlərindən iştirak etmək vərdişləri aşılamalıdır. 
Proqramın sözügedən tövsiyəsi şagirdlərdə proqnozlaşdırmaq vərdişlərinin 
də formalaşdırılmasına kömək etməlidir. 
Fikrimizcə, proqramın strateji məqsədlərindən biri də müəllim şəxsiyyəti
müəllim biliyi və peşəkarlığı, müəllim təşəbbüskarlığı və yaradıcılığının inkişaf 
etdirilməsidir. 
Proqram materiallarını şagirdlərə mənimsətmək, ləyaqətli vətəndaşlar 
yetişdirmək naminə müəllim indi dünya praktikasında yayılmış və özünü 
doğrultmuş yeni təlim metodlarından və texnologiyalarından – diskusiya, debat, 
disput, konfrans, müsabiqə və interaktiv təlim üsullarından, texnikalarından və iş 
formalarından istifadə etməlidir. Bunlar Vətənimizi sevən, qanunlarımıza 
hörmətlə yanaşan, azad və demokratik ruhlu, savadlı və ləyaqətli, təşəbbüskar 
nəslin yetişdirilməsinə kömək edir. 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə