Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK


Ġncəsənət - mövcud olmuĢ və yaxud sənətkarın fantaziyası ilə



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə32/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   339
em tom

Ġncəsənət - mövcud olmuĢ və yaxud sənətkarın fantaziyası ilə 
yaradılmıĢ adamları və ayrı-ayrı konkret faktları əks etdirir. 
Elm tarixi proses haqqında biliklər verir, incsənət isə öz spesifik vasitələri 
ilə çox zaman bu bilikləri daha parlaq, daha anlaşıqlı daha emosional şəkildə əks 
etdirir. Elm xadimləri öz tarixi tədqiqatlarının ideyasını kütləviləşdirmək üçün 
incəsənət vasitələrindən istifadə edirlər. 
Tarix təlimində şagirdlər tarixi hadisələrin miqdar, zaman, səbəb-nəticə, 
məkan, tək-tək, xüsusi və ümumi münasibətlərin açılıb göstərilməsi ilə tanış 
olurlar. Onlar faktları anlayışları tarix elmi vasitəsi ilə mənimsəyirlər. Obyektiv 
tarixi əlaqələr və ictimai inkişafdakı qanunauyğunluqlar şagirdlərin elmi 
dünyagörüşünün formalaşmasına mühüm təsir göstərir. 
Tarix təliminin məqsədləri ilə məzmunu arasındakı uyğunluq ilk olaraq 
təhsil və tərbiyənin məzmunu ilə müəyyən olunur. İkincisi, məqsədlər məktəb 
tarix kursunun məzmunundan irəli gəlir və bir-birini tamamlayır. Üçüncüsü, 
şagirdlərin gücünə müvafiqlik o deməkdir ki, məktəblilər irəli sürülən 
məqsədlərə nail ola bilər, həm də bu nailiyyətlər onların zehni inkişafını təmin 
edir. Metodikanın inkişaf səviyyəsi və dərs prosesinin vəsaitlərlə təchiz edilməsi 
nəzərdə tutulur. 
Metodika nə üçün öyrətməli (təlimin məqsədi), nəyi öyrətməli (təlimin 
məzmunu), necə öyrətməli yəni – məktəblərin tədris fəaliyyətini necə təşkil 
etməli və ona necə rəhbərlik etməli (təlimin metod və priyomları və dərs 
vəsaitləri), tarix müəllimlərini necə hazırlamalı (təhsilin məzmunu və təlim 


89 
metodları) bütün bu suallara müsbət cavablar tarix təliminin məqsədləri ilə 
məzmunu arasında uyğunluq olduqda əldə olunur. 
B) Tarixdən təlim materiallarının məzmununun quruluĢu
Cəmiyyətin inkişafının dərk edilməsində əsas rolu tarix elmi oynayır, buna 
görə də tarix təliminin məzmununu təşkil edən nəzəri materilalar, tarixi faktlar, 
tarixi hadisə və proseslərin, anlayışların xüsusiyyətlərindən çox asılıdır. Ona 
görə ki, onların səciyyəvi cəhəti təlimin keyfiyyətinə və şəxsiyyətin 
formalaşmasına motiv yaradır. 
Tarix təliminin məzmunundakı əsas komponentlərdən biri də tarixi 
anlayışların seçilməsi, yerləşdirilməsidir. Bu anlayışlar bir və ya bir neçə xalqa 
və ya ölkəyə və bir neçə ictimai-iqtisadi formasiyaya aid olan anlayışlardır. 
Tarix təliminin məzmununda olan ümumi, xüsusi və sosioloji anlayışlar da 
mövcuddur ki, bunların da hər biri öz lazımi yerində işlədilir. Tarix dərsliyinin 
məzmununda iki növ tarixi fakt olur – sadə və mürəkkəb faktlar. Faktlar – 
hadisə və təzahürlərdən yaranır. Onlar bir-biri ilə sıx əlaqədə olur. Dərsliklərə 
iki növ faktlar daxil edilir: tək-tək hadisələr – tarixi prosesin pillələri və bir-
birinə oxşar olub dəfələrlə təkrar olunan, dövr üçün tipik olan faktlar. 
Dərsliklərin mətnində hafizədə möhkəmlənməsi zəruri olan əsas və qeyri-əsas 
olan tarixi faktlardır daxil edilir. Əsas faktlar tarixi prosesin planını və onun 
dövrləşdirilməsi üçün əsas olur. Qeyri-əsas faktlarda tarixi göstərilən faktlarla 
xronoloji əsasın zaman münasibətlərinin müəyyən edilməsinə və onların 
prosesin əsas dövrləşdirilməsinə daxil edilməsinə xidmət edir. 
Tarix təliminin məzmununda xəritəyə, xronologiyaya və statistikaya 
əsaslanan faktlar çoxluq təşkil edir. Belə ki, xronoloji tarixlər şagirdlər 
tərəfindən faktların öyrənilən dövrə düzgün aid edilməsi üçün, onların 
ardıcıllığını, sinxronluğunu, zəmanəmizdən dövr etibarı ilə uzaqlığını, təsvir 
olunan faktların neçə müddət davam etməsini, tarixi prosesi dövrlərə bölməyi 
başa düşmək üçün lazım olan dərəcədə istifadə edilir. 


90 
Tarix təliminin məzmununa xəritədə tarixi hadisələrin və tarixi faktların 
bir-birinə olan məkan münasibətinin lokallaşdırılması üçün lazım olan tarixi-
coğrafi adlar da daxil edilir. 
Tarix təliminin məzmununda statistik faktlar - əşyaların böyüklüyü
adamların miqdarı, qoşunların sayını təyin edən say göstəriciləri də yetərincə 
əks olunur. 
Tarix təliminin məzmununda konkret faktlarla ümumiləşdirmələrin 
əlaqələndirilməsi xüsusi yer tutur. Konkret faktlar ümumiləşdirildikdə dərsliyin 
məzmunu didaktik cəhətdən daha da mükəmməlləşir. 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə