Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə31/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   339
em tom

DünyagörüĢ
– dünya və onun qanunauyğunluqlarına, təbiət və cəmiyyət 
hadisələrinə, təfəkkürə aid bilik və baxışlar və təsəvvürlər sistemidir. Dünyanın 
dərk edilməsi prosesidlir. 
Bütün elmlər kimi, tarix və pedaqogika da fəlsəfədən ayrılıb. Tarixin 
təlimində tarixi gerçəkliyin dərk edilməsində fəlsəfədən ayrılan tarixi biliklərin 
müstəsna rolu var. Gerçəkliyin ayrı-ayrı cəhətlərinin dərk edilməsinin məlum 
spesifikası mövcuddur və idrakın ümumi qanunları hər bir elmdə özünü müxtəlif 
şəkildə göstərir. 
Cəmiyyətin inkişafının dərk edilməsində əsas rolu tarix elmi oynayır. Elm 
faktların elmi təhlili və sintezinin və tarixinin cəmiyyətin inkişafı haqqında təkcə 
keçmişi izah etməyə deyil, həm də gələcəyi görməyə imkan verən həqiqi elmə 
çevrilməsi yolunu göstərir. Tarix elmində hər şeydən əvvəl, tarixi mənbələr 
aşkara çıxarılır və onlara tənqidi qiymət verilir. Mənbələrin tədqiq edilməsi
onların müqayisə edilməsi əsasında konkret faktlar müəyyən edilir ki, bunlarda 
məkanda cəmləşdirilir və bunlara tarix qoyulur. 
Tarix təliminin məzmununa daxildir – tarix elmindən alınmıĢ faktik 
nəzəri materialları. Nəzəri materiallar və faktlar konkret zamanda və 
məkanda baĢ verən və təkrarlanmayan hadisələridir. 
Tarixi gerçəklik incəsənət tərəfindən əks etdirilir. Belə ki, incəsənət 
əsərləri onların müasiri olan cəmiyyəti bədii obrazlarda təcəssüm etdirərək tarix 
elmi üçün tarixi prosesin bütün rəngarəngiliyi ilə birlikdə tarixi proses haqqında 
ən qiymətli bilik mənbəyindən ibarət olur. İncəsəntdə cəmiyyət həyatının maddi 
cəhəti öz əksini tapmışdır. Məsələn, qədim Misir ustaları tarla işlərini, ev 
təsərrüfatı, emalatxana işlərini məqbərələrin divarlarında təsvir edir və ağacdan 
kəsib düzəldirlər. İncəsənət əsərləri çox zaman insanların müasiri olan dövrünün 
hisslərini, ideologiyasını, estetikasını, etikasını da açıb göstərir. 
Elm ilə incəsənət arasında tarixi gerçəkliyin əks etdirilməsindəki mühüm 
fərqlərin əsası onların öz təbiətində, onların tək-tək halları və ümumi halları əks 
etdirmə üsullarındandır. Bu məsələni A.B.Qulqa belə ifadə edir: «Ümumi, 
mühüm olanın dərk edilməsinə iki yolla gəlmək olar. Nəzəri idrak təsadufi 


88 
halları, tək-tək halları mücərrədləşdirmək, elmi abstraksiyalar hazırlamaq, 
qanunları açıb göstərmək yolu ilə hərəkət edir. Mühüm ümumi faktı dərk 
etməyin digər üsulu daha xarakterik tək-tək faktları tapmaqdan ibarətdir. Bu 
faktlar özünün bütün təkrar edilməzliyi və müstəsnalığı ilə sanki onları törədən 
qanunauyğunluğun bilavasitə ifadəsi olur…Ümumiləşdirilmiş bədii obrazlar 
yaradan incəsənət bu yolla gedir» (A.B.Qulqa. «Tarixi biliklərin xarakteri 
haqqında», «Voprosı filosofii», 1962, № 9, səh. 38). 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə