Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə33/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   339
em tom

Ədəbiyyat 
1. Abbasov A.N. Pedaqogika (müxtəsər konspekt və sxemlər). Bakı.: 
Mütərcim, 2007, 80 səh. 
2. Vagin A.A. Metodika obuçeniya istorii v sredney şkole. M., 1972

3. Dayri N.Q. Obuçerniye
 
istorii v starşix klassax. M., 1966, str. 5-10. 
4. Metodika obuçeniya istorii v sredney şkole /Pod.red.F.R.Korovkina. M., 
1978, s. 1. str. 39-45. 
5. V-VI siniflərdə qədim dünya və orta əsrlər tarixi tədrisi metodikası. 
F.P.Korovkin və N.J.Zaparojetsin redaktəsi ilə müəllimlər üçün vəsait. B., 
Maarif. 1977. 237 səh. 


91 
V BÖLMƏ. MƏKTƏB TARĠX DƏRSLĠYĠ 
... Fəxr edə bilərik ki, bizim millətimiz, 
xalqımız biliklidir, təhsillidir və bu barədə 
dünyanın hər bir ölkəsi ilə rəqabət 
aparmağa, yarışa girməyə hazırdır. 
Heydər Əliyev 
§ 1. Tarix dərsliyi. V-XI siniflərin tarix dərsliklərinin təhsil-tərbiyəvi 
və inkiĢafetdirici vəzifələrinin xarakteristikası – onlar arasında ardıcıllıq və 
varislik 
Dərslik - tədris fənni üzrə biliklərin baĢlıca mənbəyi olub Respublika 
Təhsil Nazirliyi tərəfindən təsdiq olunur. Bu və ya digər fənn və mövzu üzrə 
proqram materialının məzmununu açır, sual və tapĢırıqları, test 
nümunələrini əks etdirir. 
Dərslik – müəllimin istinad etdiyi əsas bilik mənbəyi və əsas tədris 
vasitəsidir. Dərslikdə məktəb proqramı həcmində şagirdlərin yaş və hazırlıq 
səviyyəsinə uyğun olaraq tarix elminin əsasları şərh olunur. Dərsliyin əsas 
məqsədi – fənnə aid olan elmlərin vəhdətini yaratmaq, tarix elminin əsaslarını 
sistemləşdirmək, nəzəriyyə və praktika arasında əlaqəni yaratmaqdır. 
Tarix dərsliyi məlumat daşıyıcısı funksiyasını yerinə yetirir, yəni, dövlət 
proqramını təzahür etdirərək, inkişaf etdirərək təhsilin əsas mahiyyətini və 
məğzini açır. Dərslik sistemləşdirici funksiyanı – yəni hadisə və prosesləri 
məntiqi ardıcıllığını təmin edir və digər mövcud materialları sistemləşdirir. 
Dərslik nəzarətedici funksiyasını da yerinə yetirir, yəni, o öyrənilmiş materialın 
mənimsənilməsinə 
və 
möhkəmləndirilməsinə 
nəzarət 
edir. 
Dərslik 
tərbiyəedicilik funksiyanı da yerinə yetirir. 
Tanınmış tarixçi – metodist A.A.Vagin tarix dərsliklərinin tərtibində 
aşağıda sadalanan tələblərin gözlənilməsini məqsədəuyğun hesab edir: 
1) Tarix dərsliyinin məzmunu elmi cəhətdən qüsursuz olmalıdır. Tarixi 
dövrlər məntiqi-xronoloji ardıcıllıqla verilməlidir; 2) dərslikdəki şərhlər, tarixi 
hadisələrin səciyyələndirilməsi və qiymətləndirilməsi, ümumiləşdirilmiş fikirlər 
və nəticələr həmin yaşda olan şagirdlər üçün anlaşıqlı olmalıdır. Elmi 


92 
məlumatları sadə, aydın, bədii şəkildə şərh etməklə, şagirdlərin lüğətini 
zənginləşdirməli, onların nitqini və tarixi təfəkkürünün inkişafına kömək 
etməlidir; 3) Tarix dərsliyindəki didaktik materialların yerləşdirilməsi, yeni 
anlayışların vaxtında açılıb göstərilməsi ilə dərslik tarixi hadisələrin şagirdlər 
tərəfindən dərk olunması prosesinin düzgün təşkil edilməsini təmin etməlidir; 4)
məzmunun seçilib ayrılması, ən mühüm anlayışların açılıb göstərilməsi, ictimai 
həyatın ən mühüm tərəflərinin öyrənilməsi cəhətdən, həm də problemlərin 
tədriclə artan mürəkkəbliyi və onları öyrənməyin dərinliyi mənasında və nəhayət 
dərsliklərin metodiki cəhətdən şagirdlərin ardıcıl yaş qrupları üçün dərsliklər 
arasında ardıcıllığın olması təmin edilməlidir; 5) tarix dərsliyinin metodik 
aparatı da olmalıdır: 
- tarix dərsliklərində tarix xəritələri (o cümlədən rəngli xəritələr), 
illüstrasiyalar və digər əyani təsvirlər (diaqramlar, sxematik planlar və s.) və 
kiçik arayış materialı, mündəricat, xronoloji cədvəl olmalıdır. 
Metodik ədəbiyyatda tarix dərsliyi – «nağıl edən» dərslik və «yığcam 
məlumat verən dərslik» haqqında məsələ hələ də mübahisəli olaraq qalır. 
«Açıq» dərslik müdafiəçiləri ilə «nağıl edən» dərslik tərəfdarları arasındakı 
mübahisə şagirdlərin yaşı hesaba alınmaqla müxtəlif üsulla həll edilir. V-IX 
siniflərdə nağıl və təsvir daha çox yer verilməlidir. X-XI siniflər üçün 
dərsliklərin məzmununun şərhində nəzəri ünsürlü təhlil, elmi xarakteristika, 
nəticə və ümumiləşdirmələr daha çox olmalıdır. Ancaq hər bir yaş üçün tarix 
dərsliyində müxtəlif metodlarla şərh olunmuş material olmalıdır. Belə olduqda 
məktəbli orada həm canlı nağıl, həm gözəl təsvir, xarakteristikalar tapar. 
Dərsliklərdə hadisələrin yığcam şərhi də, mürəkkəb tarixi hadisələrin izahı da, 
qısa nəticə və ümumiləşdirmələr də olmalıdır. Hazırda məktəblərimiz interaktiv 
təlimə uyğunlaşdırılmış dərslikləri gözləyir. 
Dərs materialı həmin yaşda şagirdlər üçün maraqlı olmalı, biliyə həvəs
oyatmalıdır, dərsdə və evdə ciddi və cəzbedici rolunu iş üçün 
həvəsləndirməlidir. Dərslik düşünməyi öyrətməli, şagirdlərin nitq inkişafına 
kömək etməlidir. 


93 
Tarix dərsliyinin mətni üçün seçilən didaktik materiallar aşağıdakı 
prinsiplər əsasında seçilməlidir: 1) dərslik – proqramın tədris materialının 
seçilməsinə qoyulmuş tələbləri yerinə yetirir. Hər kurs üçün seçilən tədris 
materialı 
cəmiyyətin 
inkişafının 
əsas 
inkişaf 
dinamikasını 
və 
qanunauyğunluğunu açmağa xidmət etməlidir; 2) dərslik üçün seçilən material 
tarixi prosesin əsas tərəflərini və istiqamətlərini özündə ehtiva etdirən faktlara 
əsaslanmalıdır; 3) dərslikdəki tarixi hadisə və proseslər həmin prosesin təzahür 
etdiyi ölkənin tarixi nümunəsində verilməlidir; 4) başqa ölkələrin nümunəsində 
bu prosesin xüsusiyyətləri göstərilməlidir. 
Tarix dərsliklərində həssaslıq (həssas məsələlərə münasibətdə etik normalar 
gözlənilməlidir). Belə ki, dərslikdə irqi etnik, milli, dini, müxtəlif sosial 
qrupların, cinslərin hisslərinə hörmətlə yanaşılmalıdır. Dərslikdə cinslər arasında 
bərabərlik məsələsi, gözlənilməli və onların imkanlarının bərabərliyi ideyası 
təlqin olunmalıdır. Dərslikdəki mətnlər və tapşırıqlar irqi, etnik, milli, dini, 
müxtəlif sosial qrupların, cinslərin arasında qarşılıqlı anlaşmanı inkişaf 
etdirməlidir. Azsaylı xalqların maraqları və potensialları ümummili (Azərbaycan 
Respublikası) və ümumdünya mənafeləri ilə əlaqəli şəkildə verilməlidir. Tarixi 
şəxsiyyətlər səciyyələndirilərkən onların yerli, sosial, milli və ümumbəşəri 
cəhətləri göstərilməlidir. 
Tarix dərsliyi bir sıra komponentlərdən ibarətdir: 1) mətn (əsas, əlavə, 
izahedici), 2) mətndənkənar komponentlər: mənimsəmə aparatının təşkili; 3) 
illüstrativ material, istiqamətləndirmə aparatı. 
Dərsliyin əsas mətni nəzəri və faktiki materialı özündə birləşdirir və təsviri, 
izahedici xarakter daşımalıdır. Əlavə mətn məlumat materialından ibarətdir. 
İzahedici mətn qeydlərdən və şərhlərdən ibarətdir. 
Mətndənkənar komponentlər suallar sistemi və tapşırıqlardan (mənimsəmə 
aparatının təşkili), elmi-idraki illüstrasiyalardan, müxtəlif göstəricilərdən (is-
tiqamətləndirimə aparatı) ibarətdir. Dərsliyin strukturu faktların seçilməsi ilə 
təyin edilir. Dərslik başlıqlara və paraqraflara bölünərkən, paraqrafların 


94 
bütövlüyü, tamlığı, süjetin bitkinliyi nəzərə alınmalı, paraqrafların məzmunu və 
sayı isə dərslərin sayına uyğun gəlməlidir. 
Tarix, şagirdlər qarşısında, tarixi prosesi və onun qanunauyğunluqlarını 
açıqlayaraq, yeniyetmələrdə dünyagörüşünün formalaşması prosesində əsas rol 
oynayır. 
Tarix üzrə tədrisin məzmunun əsas elementi – bilikdir. Biliklər özündə 
insanın sosial təcrübəsini cəmləşdirir və dünyagörüşünün, müasir həyatda 
hadisələrin çətinlik və ziddiyyətlərinin düzgün başa düşülməsi üçün şərait 
yaradır. Tarixi biliklər – ideya – mənəvi tərbiyənin və dünyagörüşünün 
formalaşmasında və tarixi reallıq haqqında anlayışların formalaşdırılmasında 
mühüm rol oynayır.
Tarixi öyrənərkən məktəbliklər hadisələrlə, keçmişin əşyaları ilə, müxtəlif 
dövrlərdə yaşamış və fəaliyyət göstərmiş insanların həyat tərzi ilə tanış olurlar. 
Faktların vaxt baxımından lokallaşdırılması şagirdlərdə xronoloji biliklər, məkan 
baxımından lokallaşdırılması isə – tarixi coğrafi biliklər tələb edir. Hadisələr, 
xronologiya, tarixi coğrafiya konkret faktların köməyi ilə dərk edilir. Məlum 
olduğu kimi tarixi biliklər strukturunun 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə