Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK


I. ―Sivilizasiyaya qədərki insanların həyatı‖



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə35/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   339
em tom

I. ―Sivilizasiyaya qədərki insanların həyatı‖.
Şagirdlərə ən qədim insanların həyat ―izləri‖ haqqında bilgilər verilir. 
Afrikada, Asiyada, o cümlədən Azərbaycan ərazisində aşkar edilmiş insan izləri 
haqqında şagirdlər məlumatlandırırlar. Məktəblilərə ən qədim insanın müasir 
insandan fərqli – iri meymuna bənzəməsini, iki ayağı üzərində gəzməsini və 


96 
müasir insanın əcdadı olması mənimsədilməlidir. Ən qədim insanın dizə qədər 
sallanmış əlləri iş üçün kara gəlirdi. O, əlləri ilə sadə işlər görə bilirdi: tutur, 
vurur, sadə işlər görə bilirdi. 
Onların alını alçaq və maili idi. Beyinləri müasir insan beynindən kiçik idi. 
Ən qədim insan hələ danışa bilmirdi, ancaq bəzi qırıq səslər çıxara bilirdi. Bu 
səslərlə o, öz hiddətini və ya qorxusunu ifadə edirdi, köməyə çağırır, təhlükə 
haqqında xəbər verirdi. 
Həmin dövrün tarixi öyrədilərkən şagirdlər Şərqi Afrikadakı arxeoloji 
qazıntıların tarixi nəticələri ilə, əmək alətləri və ən qədim insanların 
məşğuliyyəti ilə bağlı məsələlərlə tanış edilməlidir. 
II. «Qədim sivilizasiyalar».
Şagirdlər xronoloji ardıcıllıqla qədim 
sivilizasiyalarda formalaşan coğrafi mühit, cəmiyyətin sosial – siyasi, iqtisadi 
həyatı, dini təsəvvürləri, mədəni nailiyyətləri, texnologiyanın inkişaf səviyyəsi 
ilə bağlı əldə etdikləri məlumatları müqayisəli təhlil edir və qiymətləndirirlər. 
a) Qədim ġərq sivilizasiyaları.
Şagirdlər sivilizasiyanın ibtidai 
cəmiyyətdən fərqini, inkişaf xüsusiyyətlərini, Misir, Ön Asiya, Hindistan və 
Çində sosial, siyasi, iqtisadi və mədəni həyatda baş verən dəyişiklikləri, dövlətin 
meydana gəlməsini, qədim dinlərin yaranması səbəblərini, qədim Şərq 
sivilizasiyalarının vəhdətini, inkişafı və tənəzzülü səbəblərini aydınlaşdırırlar. 
Burada şagirdlər həmçinin Azərbaycan ərazisində ilk dövlətlərin 
yaranmasını və onların sosial, siyasi, iqtisadi və mədəni həyatını, digər 
sivilizasiyalar ilə əlaqələrini təhlil edirlər. 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə