96
müasir insanın əcdadı olması mənimsədilməlidir. Ən qədim insanın dizə qədər
sallanmış əlləri iş üçün kara gəlirdi. O, əlləri ilə sadə işlər görə bilirdi: tutur,
vurur, sadə işlər görə bilirdi.
Onların alını alçaq və maili idi. Beyinləri müasir insan beynindən kiçik idi.
Ən qədim insan hələ danışa bilmirdi, ancaq bəzi qırıq səslər çıxara bilirdi. Bu
səslərlə o, öz hiddətini
və ya qorxusunu ifadə edirdi, köməyə çağırır, təhlükə
haqqında xəbər verirdi.
Həmin dövrün tarixi öyrədilərkən şagirdlər Şərqi Afrikadakı arxeoloji
qazıntıların
tarixi nəticələri ilə, əmək alətləri və ən qədim insanların
məşğuliyyəti ilə bağlı məsələlərlə tanış edilməlidir.
II. «Qədim sivilizasiyalar».
Şagirdlər xronoloji ardıcıllıqla qədim
sivilizasiyalarda formalaşan coğrafi mühit, cəmiyyətin sosial – siyasi,
iqtisadi
həyatı, dini təsəvvürləri, mədəni nailiyyətləri, texnologiyanın
inkişaf səviyyəsi
ilə bağlı əldə etdikləri məlumatları müqayisəli təhlil edir və qiymətləndirirlər.
a) Qədim ġərq sivilizasiyaları.
Şagirdlər sivilizasiyanın ibtidai
cəmiyyətdən fərqini, inkişaf xüsusiyyətlərini, Misir,
Ön Asiya, Hindistan və
Çində sosial, siyasi, iqtisadi və mədəni həyatda baş verən dəyişiklikləri, dövlətin
meydana gəlməsini, qədim dinlərin yaranması
səbəblərini, qədim Şərq
sivilizasiyalarının vəhdətini, inkişafı və tənəzzülü səbəblərini aydınlaşdırırlar.
Burada şagirdlər həmçinin Azərbaycan ərazisində ilk dövlətlərin
yaranmasını və onların sosial, siyasi, iqtisadi və mədəni həyatını,
digər
sivilizasiyalar ilə əlaqələrini təhlil edirlər.
Dostları ilə paylaş: