97
Şagirdlər qədim dünya sivilizasiyalarının ən mühüm dəyərlərini
(demokratiya, respublika,
vətəndaş, birgə yaşayış qaydaları ümumbəşəri əxlaq,
ümumbəşəri mədəniyyət və s.), dünya mədəniyyətinin inkişafında rolunu
qiymətləndirirlər.
III. Orta əsr sivilizasiyaları.
Şagirdlər orta
əsrlərin bəşər cəmiyyəti
inkişafının xüsusi mərhələsi olduğunu, feodal münasibətlərinin meydana
gəlməsi və inkişafının
əsas xüsusiyyətlərini, feodal dağınqlığının səbəb və
nəticələrini, ayrı-ayrı ölkələrdə bu prosesin özünəməxsusluğunu, islam, xristian
və digər dinlərdəki ümumbəşəri dəyərləri təhlil edir, nəticələr çıxarır və onları
əsaslandıra bilirlər. Bu məqsədlə aşağıdakı bölgə və
dövlətlərin tarixini təhlil
edirlər:
1. Azərbaycan
2. İran və Qafqaz
3. Türk dünyası
4. Çin
5. Hindistan
6. Ərəb xilafəti
7. Monqol imperiyası
8. Qərbi Avropa, Bizans və slavyan xalqları
9. Mərkəzi Amerika və And sivilizasiyası.
Şagirdlər Azərbaycan əhalisinin məşğuliyyəti, sosial tərkibi, məişəti,
etiqadları, mədəni nailiyyətləri barədə elmi ictimaiyyətin
qəbul etdiyi son
araşdırmalara əsaslanan materialları təhlil edirlər. Bundan əlavə şagirdlər
Azərbaycanda mövcud olan dövlətlərin yaranması, inkişafı, tənəzzülü
səbəblərini, qonşularla münasibətlərini, idarəetmə üsullarını, görkəmli şəxslərin
həyatını müqayisəli şəkildə araşdırmağı, onları qiymətləndirməyi bacarırlar.
Şagirdlər aydınlaşdırırlar ki, Azərbaycan Şərqlə Qərbi
birləşdirən körpü rolu
oynamış, müxtəlif dinlərin təsirinə məruz qalmış, dünyadakı mədəniyyətlərin
nailiyyətlərindən bəhrələnmişdir. Şagirdlər bu nəticəyə gəlirlər ki, həmin dövrdə
98
Şimali və Cənubi Azərbaycan arasında münasibətlər davamlı xarakter almış və
Azərbaycan xalqının formalaşması prosesi başa çatmışdır.
Dostları ilə paylaş: