Ədəbiyyat
1. Abbasov A.N. Pedaqogika (müxtəsər konspekt və sxemlər). Bakı.:
Mütərcim, 2007, 80 səh.
2. Vagin A.A. Metodika obuçeniya istorii v sredney şkole. M., 1972
.
3. Dayri N.Q. Obuçerniye
istorii v starşix klassax. M., 1966, str. 5-10.
4. Metodika obuçeniya istorii v sredney şkole /Pod.red.F.R.Korovkina. M.,
1978, s. 1. str. 39-45.
5. V-VI siniflərdə qədim dünya və orta əsrlər tarixi tədrisi metodikası.
F.P.Korovkin və N.J.Zaparojetsin redaktəsi ilə müəllimlər üçün vəsait. B.,
Maarif. 1977. 237 səh.
91
V BÖLMƏ. MƏKTƏB TARĠX DƏRSLĠYĠ
... Fəxr edə bilərik ki, bizim millətimiz,
xalqımız biliklidir, təhsillidir və bu barədə
dünyanın hər bir ölkəsi ilə rəqabət
aparmağa, yarışa girməyə hazırdır.
Heydər Əliyev
§ 1. Tarix dərsliyi. V-XI siniflərin tarix dərsliklərinin təhsil-tərbiyəvi
və inkiĢafetdirici vəzifələrinin xarakteristikası – onlar arasında ardıcıllıq və
varislik
Dərslik - tədris fənni üzrə biliklərin baĢlıca mənbəyi olub Respublika
Təhsil Nazirliyi tərəfindən təsdiq olunur. Bu və ya digər fənn və mövzu üzrə
proqram materialının məzmununu açır, sual və tapĢırıqları, test
nümunələrini əks etdirir.
Dərslik – müəllimin istinad etdiyi əsas bilik mənbəyi və əsas tədris
vasitəsidir. Dərslikdə məktəb proqramı həcmində şagirdlərin yaş və hazırlıq
səviyyəsinə uyğun olaraq tarix elminin əsasları şərh olunur. Dərsliyin əsas
məqsədi – fənnə aid olan elmlərin vəhdətini yaratmaq, tarix elminin əsaslarını
sistemləşdirmək, nəzəriyyə və praktika arasında əlaqəni yaratmaqdır.
Tarix dərsliyi məlumat daşıyıcısı funksiyasını yerinə yetirir, yəni, dövlət
proqramını təzahür etdirərək, inkişaf etdirərək təhsilin əsas mahiyyətini və
məğzini açır. Dərslik sistemləşdirici funksiyanı – yəni hadisə və prosesləri
məntiqi ardıcıllığını təmin edir və digər mövcud materialları sistemləşdirir.
Dərslik nəzarətedici funksiyasını da yerinə yetirir, yəni, o öyrənilmiş materialın
mənimsənilməsinə
və
möhkəmləndirilməsinə
nəzarət
edir.
Dərslik
tərbiyəedicilik funksiyanı da yerinə yetirir.
Tanınmış tarixçi – metodist A.A.Vagin tarix dərsliklərinin tərtibində
aşağıda sadalanan tələblərin gözlənilməsini məqsədəuyğun hesab edir:
1) Tarix dərsliyinin məzmunu elmi cəhətdən qüsursuz olmalıdır. Tarixi
dövrlər məntiqi-xronoloji ardıcıllıqla verilməlidir; 2) dərslikdəki şərhlər, tarixi
hadisələrin səciyyələndirilməsi və qiymətləndirilməsi, ümumiləşdirilmiş fikirlər
və nəticələr həmin yaşda olan şagirdlər üçün anlaşıqlı olmalıdır. Elmi
92
məlumatları sadə, aydın, bədii şəkildə şərh etməklə, şagirdlərin lüğətini
zənginləşdirməli, onların nitqini və tarixi təfəkkürünün inkişafına kömək
etməlidir; 3) Tarix dərsliyindəki didaktik materialların yerləşdirilməsi, yeni
anlayışların vaxtında açılıb göstərilməsi ilə dərslik tarixi hadisələrin şagirdlər
tərəfindən dərk olunması prosesinin düzgün təşkil edilməsini təmin etməlidir; 4)
məzmunun seçilib ayrılması, ən mühüm anlayışların açılıb göstərilməsi, ictimai
həyatın ən mühüm tərəflərinin öyrənilməsi cəhətdən, həm də problemlərin
tədriclə artan mürəkkəbliyi və onları öyrənməyin dərinliyi mənasında və nəhayət
dərsliklərin metodiki cəhətdən şagirdlərin ardıcıl yaş qrupları üçün dərsliklər
arasında ardıcıllığın olması təmin edilməlidir; 5) tarix dərsliyinin metodik
aparatı da olmalıdır:
- tarix dərsliklərində tarix xəritələri (o cümlədən rəngli xəritələr),
illüstrasiyalar və digər əyani təsvirlər (diaqramlar, sxematik planlar və s.) və
kiçik arayış materialı, mündəricat, xronoloji cədvəl olmalıdır.
Metodik ədəbiyyatda tarix dərsliyi – «nağıl edən» dərslik və «yığcam
məlumat verən dərslik» haqqında məsələ hələ də mübahisəli olaraq qalır.
«Açıq» dərslik müdafiəçiləri ilə «nağıl edən» dərslik tərəfdarları arasındakı
mübahisə şagirdlərin yaşı hesaba alınmaqla müxtəlif üsulla həll edilir. V-IX
siniflərdə nağıl və təsvir daha çox yer verilməlidir. X-XI siniflər üçün
dərsliklərin məzmununun şərhində nəzəri ünsürlü təhlil, elmi xarakteristika,
nəticə və ümumiləşdirmələr daha çox olmalıdır. Ancaq hər bir yaş üçün tarix
dərsliyində müxtəlif metodlarla şərh olunmuş material olmalıdır. Belə olduqda
məktəbli orada həm canlı nağıl, həm gözəl təsvir, xarakteristikalar tapar.
Dərsliklərdə hadisələrin yığcam şərhi də, mürəkkəb tarixi hadisələrin izahı da,
qısa nəticə və ümumiləşdirmələr də olmalıdır. Hazırda məktəblərimiz interaktiv
təlimə uyğunlaşdırılmış dərslikləri gözləyir.
Dərs materialı həmin yaşda şagirdlər üçün maraqlı olmalı, biliyə həvəs
oyatmalıdır, dərsdə və evdə ciddi və cəzbedici rolunu iş üçün
həvəsləndirməlidir. Dərslik düşünməyi öyrətməli, şagirdlərin nitq inkişafına
kömək etməlidir.
93
Tarix dərsliyinin mətni üçün seçilən didaktik materiallar aşağıdakı
prinsiplər əsasında seçilməlidir: 1) dərslik – proqramın tədris materialının
seçilməsinə qoyulmuş tələbləri yerinə yetirir. Hər kurs üçün seçilən tədris
materialı
cəmiyyətin
inkişafının
əsas
inkişaf
dinamikasını
və
qanunauyğunluğunu açmağa xidmət etməlidir; 2) dərslik üçün seçilən material
tarixi prosesin əsas tərəflərini və istiqamətlərini özündə ehtiva etdirən faktlara
əsaslanmalıdır; 3) dərslikdəki tarixi hadisə və proseslər həmin prosesin təzahür
etdiyi ölkənin tarixi nümunəsində verilməlidir; 4) başqa ölkələrin nümunəsində
bu prosesin xüsusiyyətləri göstərilməlidir.
Tarix dərsliklərində həssaslıq (həssas məsələlərə münasibətdə etik normalar
gözlənilməlidir). Belə ki, dərslikdə irqi etnik, milli, dini, müxtəlif sosial
qrupların, cinslərin hisslərinə hörmətlə yanaşılmalıdır. Dərslikdə cinslər arasında
bərabərlik məsələsi, gözlənilməli və onların imkanlarının bərabərliyi ideyası
təlqin olunmalıdır. Dərslikdəki mətnlər və tapşırıqlar irqi, etnik, milli, dini,
müxtəlif sosial qrupların, cinslərin arasında qarşılıqlı anlaşmanı inkişaf
etdirməlidir. Azsaylı xalqların maraqları və potensialları ümummili (Azərbaycan
Respublikası) və ümumdünya mənafeləri ilə əlaqəli şəkildə verilməlidir. Tarixi
şəxsiyyətlər səciyyələndirilərkən onların yerli, sosial, milli və ümumbəşəri
cəhətləri göstərilməlidir.
Tarix dərsliyi bir sıra komponentlərdən ibarətdir: 1) mətn (əsas, əlavə,
izahedici), 2) mətndənkənar komponentlər: mənimsəmə aparatının təşkili; 3)
illüstrativ material, istiqamətləndirmə aparatı.
Dərsliyin əsas mətni nəzəri və faktiki materialı özündə birləşdirir və təsviri,
izahedici xarakter daşımalıdır. Əlavə mətn məlumat materialından ibarətdir.
İzahedici mətn qeydlərdən və şərhlərdən ibarətdir.
Mətndənkənar komponentlər suallar sistemi və tapşırıqlardan (mənimsəmə
aparatının təşkili), elmi-idraki illüstrasiyalardan, müxtəlif göstəricilərdən (is-
tiqamətləndirimə aparatı) ibarətdir. Dərsliyin strukturu faktların seçilməsi ilə
təyin edilir. Dərslik başlıqlara və paraqraflara bölünərkən, paraqrafların
94
bütövlüyü, tamlığı, süjetin bitkinliyi nəzərə alınmalı, paraqrafların məzmunu və
sayı isə dərslərin sayına uyğun gəlməlidir.
Tarix, şagirdlər qarşısında, tarixi prosesi və onun qanunauyğunluqlarını
açıqlayaraq, yeniyetmələrdə dünyagörüşünün formalaşması prosesində əsas rol
oynayır.
Tarix üzrə tədrisin məzmunun əsas elementi – bilikdir. Biliklər özündə
insanın sosial təcrübəsini cəmləşdirir və dünyagörüşünün, müasir həyatda
hadisələrin çətinlik və ziddiyyətlərinin düzgün başa düşülməsi üçün şərait
yaradır. Tarixi biliklər – ideya – mənəvi tərbiyənin və dünyagörüşünün
formalaşmasında və tarixi reallıq haqqında anlayışların formalaşdırılmasında
mühüm rol oynayır.
Tarixi öyrənərkən məktəbliklər hadisələrlə, keçmişin əşyaları ilə, müxtəlif
dövrlərdə yaşamış və fəaliyyət göstərmiş insanların həyat tərzi ilə tanış olurlar.
Faktların vaxt baxımından lokallaşdırılması şagirdlərdə xronoloji biliklər, məkan
baxımından lokallaşdırılması isə – tarixi coğrafi biliklər tələb edir. Hadisələr,
xronologiya, tarixi coğrafiya konkret faktların köməyi ilə dərk edilir. Məlum
olduğu kimi tarixi biliklər strukturunun
Dostları ilə paylaş: |