116
Alimlərin tədqiqatlarına görə, hər hansı bir əyani vasitəni göstərərkən onu
sözlə müşayiət edəndə ("söz"- "əyanilik") qavrama daha yaxşı olur. Görmə
kanalı ilə qavrayanda eyni zamanda çoxlu detallar qavranılır, söz isə əsas olanı
başa düşməyə, anlamağa kömək edir.
Təsəvvürlər yalnız bilavasitə seyretmə əsasında deyil, əvvəlki təsəvvürlər
əsasında da yarana bilər. Hadisəni sözlə təsvir
edəndə təxəyyül böyük rol
oynayır. Duyğu, qavrayış, təsəvvür hissi idrakin tərkib hissələridir. Onlar idrakın
ilkin formalarıdır.
Fizioloqlar qavrayışı reflektor prosesi kimi izah edirlər. Qıcıqlandırıcı
reseptora təsir edir. Bu zaman xarici enerji, yəni təsir sinir prosesinə çevrilir.
Sinir impulsları beyin qabığının nahiyələrinə daxil olur. Burada analizatorlar
hadisənin ayrı-ayrı xassələrinin ayrılmasını, başa düşülməsini (dərk olunmasını)
təmin edir. Sonra isə həmin xassələrin tam obraza
çevrilməsi üçün sintez baş
verir.
İdrak prosesində seyretmə şagirdin yeni materialı passiv qavraması demək
deyil. Şagirdin yeni materialla ilk tanışlığı həmişə təsirlidir: şagird həm qulaq
asır, həm müəllimin tapşırığını yerinə yetirir, həm yazır,
həm şəkil çəkir, həm
müəllimin suallarına cavab verir, özü də sual verir və s. Bu zaman müəllimin
sözü həm bilik mənbəyi, həm də şagirdləri bir sıra idraki hərəkətlərə sövq edən
vasitə kimi çıxış edir. Amma hissi idrak mərhələsi
ancaq görünən hadisələrin
dərk olunmasını təmin edir. Hadisələrin mahiyyəti, onlar arasında əlaqə,
qanunauyğunluqlar bu mərhələdə hələ açılmır.
Dostları ilə paylaş: