Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə2/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   339
em tom

© M.Əmirov, Yeni nəşr, 2011 




Ön söz 
Mən yer üzündə müəllimdən yüksək ad 
tanımıram! 
 
 
 
 

 
Heydər Əliyev 
Əziz tələbələr, hörmətli oxucular! 
Cəmiyyətin 5559 illik yazıdan sonrakı tarixində 14513 müharibə qeydə 
alınıb. Tarix elmi xalqların, dövlətlərin, mühparibələrin və ümumilikdə 
cəmiyyətin inkişafını izləyə-izləyə gələn elm sahəsidir. Bu baxımdan 
Azərbaycan da çoxsaylı dövlətlərdən biri kimi tarix boyu cəmiyyətin inkişafı 
prosesində məğlubiyyətlər, qələbələr, tənəzzül və inkişaf proseslərini keçərək bu 
günkü inkişaf etməkdə olan dövlətlər sırasındadır. 
Vətənimiz təxminən 70 il Sovet müstəmləkəsi altında olub. 
Sovetlərin I qurultayı adlandırılmış məclisdə, yaranmış SSRİ-nin 
tərkibində olan Azərbaycan 1922-ci il dekabrın 30-da saat 17.36 dəqiqədə böyük 
təmtəraqla meydana gəlmiş bu imperiya Belarusun Belovejskaya meşəsindəki 
Biskuli sarayında, üç slavyan respubilkası rəhbərlərinin görüşündə, gizli şəraitdə 
1991-ci ilin dekabrın 8-də saat 14.17 dəqiqədə süqut etməsi olmuşdur. Beləliklə, 
Sovet imperiyası 68 il 11 ay 7 gün 21 saat 19 dəqiqədən sonra mövcudluğu sona 
yetirdi. Tarix elmindəki bu qəbildən olan yeniliklərin və maraqlı hadisələrin 
səmərəli təlimi həyati zərurətdən irəli gəlir. Bundan əlavə yeni qəbul edilmiş 
Təhsil Qanunumuzun tələbləri əsasında hazırladığımız dərs vəsaiti sosial 
sifarişin nəticəsinə əsaslanaraq meydana gəlib. 
Peşəkar tarix müəllimləri yaxşı bilirlər ki, onlar neçə il dərs deyirsə-
desinlər, bütün bu müddət ərzində onların özləri də öyrənməkdə davam edirlər. 
Bu baxımdan qədim latın məsəlində deyilir: ―Nə qədər ki, öyrədirik, özümüz də 
öyrənirik‖. Müəllim təkcə tarix elminin inkişafını izləmir, həm də öz fənnini 
tədris etməyi öyrənir. Novator müəllimlər həm başqalarının qabaqcıl 
təcrübələrini mənimsəyirlər, həm də öz fəaliyyətlərindəki rasional təcrübədən 
istifadə edirlər. Təcrübəli tarix müəllimlərində özünü doğrultmuş üsullar 



toplanır. Bunların sayı artdıqca müəllimin də pedaqoji ustalığı və peşəkarlıq 
məharəti yüksəlir.
―Tam orta məktəbdə tarixin fəal/interaktiv təlimi metodikası‖ adlı dərs 
vəsaiti bakalavr, magistr, orta məktəbin tarix müəllimləri, elmi işçilər və 
doktorantura pillələrində təhsil alanlar üçün nəzərdə tutulub. Dərs vəsaitinin 
hazırlanmasında Rusiya və Avropanın mütəxəssislərinin bu sahədə əldə etdikləri 
nəticələrindən və internet resurslarından da istifadə etmişik. Vəsaiti 
hazırlayarkən A.A.Vaginin, F.P.Korovkinin, N.J.Zaporojetsin, Q.M.Donskoyun, 
M.İ.Kruqlyakın, A.A.Yanko-Trinitskayanın, P.S.Leybenqrubun, İ.İ.Merzonun, 
S.A.Yejovanın, 
İ.M.Lebedevanın, 
A.V.Drujkovanın, 
O.E.Lebedevin, 
N.Q.Dayrinin, A.Q.Koloskovun və Azərbaycan Respublikasının tarixçi-metodist 
alimlərinin əsərlərinə istinad etmişik. 
Tarixin təlim metodikası pedaqoji fənn olduğu üçün Ə.A.Ağayevin, 
A.N.Abbasovun, 
Ə.X.Paşayevin, 
F.A.Rüstəmovun, 
N.M.Kazımovun, 
F.Yusifovun, S.Hüseynoğlunun, Z.Veysovanın əsərlərindən faydalanmışıq. 
Ali məktəblərin təhsil planının (tarix fakültələri üçün) tərkib hissəsi 
―Tarixin təlimi metodikası‖ kursudur. Bu kurs gələcək müəllimlərin tarixin 
təlimində yüksək səmərəliliyin təmin olunmasında, yeni cəmiyyətin fəal, əqidəli 
qurucularının tərbiyə və inkişaf etdirilməsi üçün lazımi bacarıq və vərdişlərinin 
qazanılmasında vacib olan müasir metodikanın nəzəri əsasları ilə silahlanmasına 
yönəldilmişdir. Tarixin təlimi kursu tələbənin pedaqogika və psixologiyadan 
qavradığı bilikləri, eləcə də sonradan seminar və laboratoriya məşğələlərində, 
pedaqoji təcrübədə, sərbəst və müstəqil işlərin yerinə yetirilməsində, kurs və 
buraxılış işlərində qazandığı metodiki hazırlığı nəzərə almaqla qurulur. Bütün 
təhsil formaları tarixin təlimi metodikası kursunda alınmış nəzəri biliklərin 
möhkəmləndirilməsinə, dərinləşdirilməsinə və genişləndirilməsinə xidmət edir, 
gələcək müəllimlərin lazımi tədris bacarıq və vərdişlərinə, təlim-təhsil 
fəaliyyətinin təşkilinə yiyələnməsinə yönəldilir. 
Vəsaitdə tarixin təlimi metodikasını elmi-pedaqoji fənn kimi xarakterizə 
edilir, pedaqoji elmlər sistemində onun yeri yetərincə şərh edilir. 



Tarixin təlimi metodikasının mənbələri, pedaqoji-psixoloji və başqa 
elmlərlə əlaqəsi açılır. Tarix təlimi tarixi həqiqətlərin dərk edilməsi prosesi kimi 
məsələlərə aydınlıq gətirilir. 
Dərs vəsaitində tam orta təhsil səviyyəsində tarix təhsilinin inkişafı, tarix 
təhsilinin müasir sistemi işıqlandırılıb. 
Məktəbdə tarix təlimi prosesi şərh edilib. Bu hissədə tarix təliminin 
məzmunu – dərsliklər, dərs vəsaitləri və digər müvafiq ədəbiyyatlar 
səciyyələndirilib. Təlim materialları, tarixi təsəvvürlərin və anlayışların 
formalaşdırılması, tarixi biliklərin verilməsi məsələləri əks etdirilib. Müəllim və 
şagirdlərin təlim fəaliyyətləri səciyyələndirilib. Dərs vəsaitinin birinci hissəsində 
şagirdlərin təlim bacarıqlarına geniş yer verilib. Əyani, şifahi və mətnlə işin 
mahiyyəti, eləcə də tarix dərsi haqqındakı məsələlərə aydınlıq gətirilir. 
Dərs vəsaitində çoxsaylı qabaqcıl tarix müəllimlərimizin fəal/interaktiv 
təlim sahəsində əldə etdikləri nailiyyətlərindən də istifadə etmişik. Bu baxımdan 
Bakıdakı 82 saylı məktəbin qabaqcıl tarix müəllimi Nuriyyə İlyasovanın 
təcrübəsinin xüsusi əhəmiyyət daşıdığını minnətdarlıqla qeyd edirik. 
Dərs vəsaitində fəal/interaktiv təlimin zəruriliyi, müasir təlimin xüsusiyyəti 
və mahiyyəti, anlayışlar, mexanizmlər, fəal dərsin qurulması, öyrədici mühit, 
öyrədici mühitin növləri və təşkili, qiymətləndirmə, fəal/interaktiv təlimin 
üstünlükləri kimi məsələlərə aydınlıq gətirilib. 
Bundan əlavə fəal/interaktiv dərs keçən müəllim nəyi bilməlidir və 
bacarmalıdır məsələlərinə - planlaşdırma, fasilitasiya bacarığına yiyələnməyin 
yollarına, interaktiv dərslərin mərhələlərinə şərh verilib. Vəsaitdə motivasiya
tədqiqatın aparılması, informasiya mübadiləsi, informasiyanın müzakirəsi və 
təşkili, fəal/interaktiv təlimin metod və texnikalarına aid yetərli məlumat var. 
Kitabdakı tarix kabineti, yeni təlim texnologiyaları, tarixin məsafədən 
təlimi, tarix təlimində şagirdlərin mənəvi tərbiyəsi, tarix üzrə sinifdənxaric və 
məktəbdənkənar tədbirlərə geniş yer vermişik. 
Dərs vəsaitində 60 saatlıq mühazirənin materialları tam əhatə olunub. 



Hörmətli oxucu! Dərs vəsaiti ilk dəfədir ki, nəşr edilir, onun müsbət 
cəhətləri ilə yanaşı, qüsurları da olacaq. Güman edirik ki, dərs vəsaiti zaman-
zaman işləndikcə onun çatışmazlıqları üzə çıxacaq. Bizə həmin qüsurlar 
haqqında təkliflərinizi göndərmənizi xahiş edirik. Ulu Tanrı ömür imkanı versə 
gələcəkdə daha təkmil və mükəmməl dərs vəsaiti hazırlamaq arzusu ilə sizinlə 
sağollaşıram. 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə