Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK


Tarixin ayrı-ayrı kurslarının tədrisi məktəbin təhsil-tərbiyə iĢinin bir



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə6/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   339
em tom

Tarixin ayrı-ayrı kurslarının tədrisi məktəbin təhsil-tərbiyə iĢinin bir 
hissəsidir:
əvvəla, bütövlükdə məktəbdə tarix tədrisinin ardıcıl tələblərindən 
biridir. Buna görə də tarixin ayrı-ayrı kurslarının təlimi məqsədlərinə onun 
məktəbdə tarix təhsilində tutduğu yer və müvafiq siniflərin digər tədris fənləri 
ilə onun əlaqələri nöqteyi-nəzərindən baxılır. 
Tarixin təlimi coğrafiyanın, ədəbiyyatın, riyaziyyatın, təbiətşünaslığın, 
təsviri incəsənətin təlimi ilə əlaqədardır. Fənlərarası əlaqələr aşağıdakılardan 
ibarətdir: a) digər fənlərin tədrisində qazanılmış biliklərə, bacarığa və vərdişlərə 
istinad edilməsindən; b) şagirdlərin təfəkkür və nitqinin bütün tədris fənləri üçün 
ümumi olan inkişafından. Məsələn, ana dili və ədəbiyyata dair aparılan analoji 
işi nəzərə almadan şagirdlərdə bacarığın inkişafına dair plan tərtib etmək 
vəzifəsini qarşıya qoymaq olmaz. Şagirdlərin VI sinfə gələrkən gətirdikləri tarixi 
təsəvvürlər və anlayışlar VII və VIII siniflərdə tarixin tədrisi prosesində onlar 
üçün dayaq olur və daha da inkişaf edir. Ona görə də məqsədləri konkret 
müəyyən edərkən şagirdlərin digər tədris fənlərinin təlimi zamanı nə kimi bilik 
və bacarıqlar qazandıqlarını hökmən aydınlaşdırmaq lazımdır. 
Tarixin təlimi nəinki təkcə özü zəngin biliklər verir və məktəblilərin tarixi 
təfəkkürünü inkişaf etdirir, həm də şagirdlərin digər fənlərin təlimindən, kitab və 
qəzet oxumasından, kinoya, teatra və sairə gedişindən əldə etdikləri bilikləri 
sistemləşdirir və ümumiləşdirir, bunlarda işıqlandırılan faktlara və münasibətini 
hazırlamaqda və bildirməkdə məktəblilərə kömək edir. 


12 
Cəmiyyətin yüksək ictimai-iqtisadi formasiyaya qanunauyğun hərəkəti olan 
tarixi proses haqqında anlayışların təşəkkülü və ayrı-ayrı faktların, hər hansı bir 
ölkənin ayrı-ayrı tarixi dövrlərinin öyrənilməsi yolu ilə deyil, tarixin qədim 
dövrlərdən tutmuş bizim günə qədər olan bütün gedişini öyrənmək yolu ilə 
həyata keçirilə bilər. 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə