Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə5/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   339
em tom

Metodika aĢağıdakı əsas praktiki 
suallara elmi cəhətdən əsaslandırılmıĢ cavablar verməlidir: nə üçün 


10 
öyrətməli (təlimin məqsədi)?; nəyi öyrətməli (təlimin məzmunu)?; necə 
öyrətməli?; yəni məktəblinin tədris fəaliyyətini necə təĢkil etməli və ona 
necə rəhbərlik etməli (tədrisin metod və priyomları və dərs vəsaitləri)?; 
tarix müəllimlərini necə hazırlamaları (təhsilin məzmunu və təlimin 
metodikası);
Axırıncı sual tarix tədrisinin məktəb prosesinin öyrənilməsindən 
qismən kənara çıxır. Bu suala elmi cəhətdən əsaslanırılmış cavab məktəbdə 
tarixin təliminin və ali məktəblərdə müəllim kadrlarının hazırlanması əsnasında 
verilə bilər; bu kitabda biz həmin məsələni nəzərdən keçiməyəcəyik. 
Məqsəd dedikdə
- baĢlıca səylərin yönəldiyi nəticəyə çatmaq istəyi
yaxud hər hansı fəaliyyətin son nəticəsinin təsəvvürə gətirilməsidir. 
Tarix təlimi məqsədlərinin işlənib hazırlanmasında dörd əsas tələb nəzərə 
alınmalıdır: 
1. Əvvəla, məqsədlər yetiĢməkdə olan nəsillərin təhsili, mənəvi tərbiyəsi 
və inkiĢafı nöqteyi-nəzərindən çox mühüm olmalıdır.
Vətənpərvərlik və elmi 
dünyagörüşünün təşəkkülü, şagirdlərin təfəkkürünün, idrak fəallığının, 
müstəqilliyinin və maraqlarının inkişafı. 
İkincisi, məqsədlər məktəb tarix kursunun məzmunundan irəli gəlməlidir. 
Tarixin təlimi qarşısında həmin kursun məzmununa cavab verməyən məqsədlər 
qoymaq nəinki faydasızdır, həm də zərərlidir, çünki bu təlimin başlıca 
məsələlərinin həllinə mane ola bilər. 
Üçüncüsü, məqsəd şagirdlərin gücünə müvafiq olmalıdır. Şagirdlərin 
gücünə müvafiqlik o deməkdir ki, məktəblilər irəli sürülən məqsədlərə nail ola 
bilər, həm də bu nailiyyət onların zehni inkişafını təmin edər. Tələbat müəyyən 
edilərkən təkcə şagirdlərin idrak qabiliyyəti və tarixin təliminə ayrılmış vaxt 
nəzərdə tutulmur, həm də metodikanın inkişaf səviyyəsi və dərs prosesinin 
vəsaitlərlə təchiz edilməsi nəzərdə tutulur. Hazırda respublika məktəblərinin 
ixtiyarında tarixə dair müxtəlif, rəngarəng təlim vəsaitləri vardır, metodika 
təlimin olduqca təsirli, faydalı priyomlarını işləyib hazırlamışdır, müəllimin elmi 
və metodiki hazırlığı artmışdır. Hal-hazırda respublika məktəblərində təlimin 
nəticələrinə daha çox tələblər irəli sürülə bilər. Metodikanın və təlim 


11 
avadanlığının daha da inkişaf etməsi şagirdlərin inkişaf səviyyəsi və 
müəllimlərin hazırlığının artması ilə əlaqədar olaraq tarixin təliminə olan 
konkret tələblər daha da artıb. 
Dördüncüsü, müxtəlif inkişafa və qabiliyyətə malik olan məktəblilərin 
təliminin konkret məqsədlərini fərdiləşdirmək lazımdır. Dərslərdə fərdiləşdirmə 
geridə qalan məktəblilərin təfəkkür və nitqinin inkişafına intensiv surətdə 
istiqamət verməkdə və tarixə xüsusi maraq göstərən istedadlı məktəblilərin 
tələbatını təmin etməkdə özünü göstərə bilər. Tarixə dair sinifdənkənar iş 
təlimin fərdiləşdirilməsi üçün daha geniş imkanlar açır. 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə