Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə14/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   339
em tom

 
 
 
Tarixin təlimi metodikasının tədqiqat metodları. 
Tarix elminin 
öyrənilməsi məsələləri onun pedaqoji elmlər, sistemində tutduğu yerindən və 
onun tərkibindən irəli gəlir. Şagirdlərdə tarixi təfəkkürün inkişafı məsələləri, 
onlarda idrak müstəqilliyinin inkişafı müəyyən metod və vasitələrin tətbiqini 
tələb edir. 
Tarix kursunda cəmiyyətin istehsal, sosial-siyasi və mənəvi təcrübəsi 
yığcam şəkildə verilmişdir. Tədris metodikasının aktual məsələlərindən biri də 
orta məktəb tarix kursunun ideya siyasi potensialının üzə çıxarılması, tarix 
dərslərində tərbiyə işinin daha səmərəli qurulması yollarının və vasitələrinin 
müəyyən edilməsidir. 
Tarix təliminin komponentləri 
Təlimin 
məqsədləri 
Təlimin 
məzmunu 
Təlimin 
üsulları 
Tarix təliminin 
təhsil tərbiyə 
nəticələri 


25 
Əsas məsələlərdən biri də tarixin tədrisi zamanı vacib tərbiyə, təhsil və 
inkişaf məqsədlərinin müvəffəqiyyətli həlli üçün metodiki şəraitin seçilməsidir. 
Tarixin tədrisi metodikası yeni materialın qavranılması və şagirdlərdə mövcud 
olan biliklərin ən yüksək səviyyədə istifadə olunması üçün yollar axtarır və 
buradan da biliklərin aktuallaşdırılması, kurslar və fənlərarası əlaqələrin təmin 
olunması problemi ortaya çıxır. 
Metodika məktəb təcrübəsinin öyrənilməsi əsasında qurulur, bu təcrübədən 
ümumiləşdirmə üçün material, irəli sürülmüş hipotezlərin yoxlanılması və 
aprobasiyası üçün yollar tapır. 
Metodiki tədqiqatlar 2 əsas yolla aparılır: 
Müşahidə və eksperiment yolu ilə 
Birinci halda
 
tədqiqatçı öyrətmə prosesinə müdaxilə etmədən tarix tədris 
praktikasından nəaliyyətlər və çatışmazlıqlar haqqında bilik əldə edir. Tədris 
praktikasının analizi aşağıdakıları özündə birləşdirir: 
1) Pedaqoji mətbuatda işıqlandırılmış təcrübənin öyrənilməsi; 
2) Özündə tədrisin nəticələrini əks etdirən sənədlərin öyrənilməsi: 
(müəllimlərin mühazirə və məlumatlarının, şagirdlərin yazılı işlərinin dərs 
müzakirələrinin protokollarının, anket və s.); 
3) Dərs prosesinin bilavasitə müşahidəsi (dərslərdə təlim, tərbiyə və 
məzmun məqsədlərin qiymətləndirilməsi və s.). 
Tarixin tədrisinin pedaqoji praktikasının analizi metodiki tədqiqat üçün 
material verir. Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi xüsusi əhəmiyyət kəsb 
edir. 
İkinci halda eksperiment təcrübə ondan ibarətdir ki, eksperiment aparan 
məqsədəuyğun və bilərəkdən tədris prosesinə müdaxilə edir və qarşıya 
qoyulmuş tədqiqat obyektinə uyğun olaraq tədris prosesini dəyişdirir, onun 
məzmununa, vasitələrinə və təlim metodlarına yeni elementlər əlavə edir. 
Tədris prosesinin hər hansı komponentini dəyişdirərkən onun ümumi 
qanunauyğunluqlarına riayət etmək lazımdır. 
Eksperimentin növləri: 


26 
1) Təcrübə dərsləri. Məsələn, Azərbaycan Respublikasının Konstitusiyası, 
insan və cəmiyyət kurslarının giriş dərsləri. Bəzi məktəblərdə eksperiment 
dərslikləri də daxil edilir; 
2) Eksperimental dərslər
3) Eksperimental məşğələlər (məktəbdən kənar bir qrup şagirdlə). 
Esperiment (lat: eksperimentu – sınaq, təcrübə, sübut) elmi (pedaqoji-
metodik) ideyanın, iş metodunun, yaxud priyomunun səmərəliliyini 
aydınlaşdırmaq üçün xüsusi təşkil olunmuş yoxlamadır. Tədqiqatçı 
eksperimentin gedişi zamanı sadəcə hadisələrin passiv müşahidəçisi olmayıb 
onların təbii gedişinə məqsədəuyğun, planlı və şüurlu surətdə müdaxilə edərək, 
buna öyrənilən pedaqoji prosesə ya bilavasitə təsir etməklə, yaxud proseslərin 
baş verdiyi real şəraiti dəyişməklə nail olur. 
Pedaqoji eksperimentin aşağıdakı formaları var: 
1. Müəyyənedici eksperiment – eksperiment üçün şəraitin yaradılması; 2. 
Öyrədici – eksperimentin tətbiqi prosesini özündə əks etdirir. 3. Yoxlayıcı 
eksperiment – tədqiqatın gedişinin nəticələrini riyazi hesablamalarla özündə 
ehtiva edir. 
Eksperiment necə qurulur? Məsələnin nəzəri cəhətdən öyrənilməsi, praktiki
müşahidə və şəxsi tədqiqat təcrübəsi əsasında tədqiqatçı işlək hipoteza irəli 
sürür. Bu hipotezi həyata keçirmək və təhsil praktikasında yoxlamaq üçün 
şərtlər irəli sürülür. Müəllimin yaradıcı işi elmi eksperimentə yaxındır. Məşhur 
pedaqoq Suxomlinski haqlı olaraq ―pedaqoji işin elmi tədqiqata yaxın 
olduğunu‖ qeyd edir. Buna baxmayaraq elmi eksperimentin müəllimin yaradıcı 
axtarışından fərqi odur ki, müəllim praktiki məsələləri həll edir və onun 
nəticələri ancaq onun müəllimlik fəaliyyətinə aid olur. Amma çox vaxt 
müəllimin işi onu maraqlandıran elmi eksperiment səviyyəsinə qədər genişlənir. 
Elmi eksperimentdə bir çox hallarda təhsil prosesinin qanunauyğunluqları tədqiq 
olunur. Alınmış nəticələr, bu eksperimentin necə təşkil olunduğunu yoxlamaq 
üçün elmi sənədləşdirmə şəklində tərtib olunur. 


27 
Tarixin təlim metodikasının elmi əsasları tarixi proseslərin məğzini, bu 
metodikanın pedaqogika və psixologiyanın və başqa elmlərin müasir 
səviyyəsinə uyğunluğunu əks etdirir. 
Tarixin təlim metodikası pedaqoji elmlərə aiddir, ona görə ki: 1. 
Metodikanın öyrəndiyi predmet tarixin tədrisinin pedaqoji prosesidir; 2) 
öyrənmənin məqsədi pedaqojidir. Dərin dünyagörüşünün formalaşdırılmasıdır; 
3) Tədqiq olunan qanunauyğunluqlar pedaqojidir. 4) Tədqiqat metodları 
pedaqojidir – müşahidələr, eksperimentlər; 5) Nəticələrin göstəriciləri 
pedaqojidır – təhsil, tərbiyə, inkişaf və təlimdəki nəticələr. 
Baxmayaraq ki, tarixin tədrisi metodikası başqa elmlərlə sıx bağlıdır və
onlara söykənir, onun öz tədqiqat sahəsi var və bu sahə başqalarından fərqlənir. 
Orta məktəbdə tarixin tədrisi elminin nəzəri və praktiki əsasları, təhsil prosesinin 
özü xüsusi bir elmin predmetini təlimi metodikasını təşkil edir və bu 
metodikanın öz məsələləri, tədqiqat metodları və spesifik qanunauyğunluqları 
vardır. 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə