Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə11/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   339
em tom

Tarixin
tədrisi 
metodikası
elminin
mənbələri 
Arxeologiya 
Antropologiya 
Hüquq 


18 
Tarixin təlimi metodikasının baĢqa elmlərlə əlaqəsi 
Tarixin təlimi metodikası elmi – metodiki tədqiqat məsələlərinin həllinə 
ümumi yanaşmaqdır. Tarixin təlimi prosesinin öyrənilməsi yaxın elmlərə istinad 
edir və hər şeydən əvvəl tarixə, pedaqogikaya və psixologiyaya söykənir. 
Orta məktəblərdə tarixin tədrisinin forma, metod və təhcizatı yollarının 
öyrənilməsi tarix elminin öyrənilməsindən fərqlidir. Lakin istifadə olunan
―tədqiqat metodları‖ yuxarı siniflərdə tarixin tədrisində imkan verir ki, şagirdləri 
alimlərin laboratoriyasına cəlb etmək mümkün olsun. Şagirdlər müəllimlərin 
rəhbərliyi altında bu qanun və hadisələrin baş vermə səbəblərini dərk etsinlər. 
Əgər tarix elminin inkişafı, tarixə bir tədris fənni kimi təsir edirsə pedaqoji elm 
isə tarixi biliklərin həcm və obstraksiya səviyyəsini müəyyən edir. Ona görə də 
tarix elminin tədrisində müvəffəqiyyətə nail olmaq üçün aparılan metodiki 
tədqiqatlarda, problemlərin həllində Nəyi və necə öyrətməli? məsələsinin 
həllində və tədris praktikasında pedaqogikanın nailiyyətini nəzərə almaq 
lazımdır. Tarixin təlimi metodikası psixologiya ilə sıx bağlıdır. Psixologiya 
kursundan məlumdur ki, şagirdlərin idrak fəallığının təşkili məqsədi ilə üçün 
müəllim adətən başlanğıc kimi konkret faktlardan istifadə edir, onları xırdalayır, 
hər hansı bir məsələnin izahında bu xırdaçılıqdan istifadə edir. Bu induktiv 
metoddur. Bununla yanaşı, müasir psixologiya təsdiq edir ki, şagirdlər çox 
məlumatı təkcə məktəbdən deyil, kənar informasiya mənbələrindən də alırlar və 
bununla da başa düşmək, qavramaq qabiliyyətinə məktəbdən kənarda nail 
olurlar. Deməli, idrak fəaliyyətinin təşkili deduktiv metodla da gedə bilər. Yəni 
şagirdlər əvvəlcə nəzəri məlumatla tanış olurlar, sonra isə konkret faktları 
öyrənirlər. Şagirdlər yuxarı siniflərə qalxdıqca deduktiv metod daha çox səmərə 
verir. Psixoloji tədqiqatlara istinad edərək orta məktəb üçün tarix tədrisi 
proqramlarında struktur dəyişiklikləri edilmişdir. Bununla yanaşı psixologiyanın 
verdiyi məlumatlar şagirdlərin (hissiyyat və) düşüncə qabiliyyətinin inkişaf 
etməsini tələb edir. 


19 
Bu və ya başqa təlim metodunu seçərkən, didaktik məsələləri həll edərkən 
tarixin tədrisi metodikası şagirdlərin yaş səviyyəsini və fərdi imkanlarını nəzərə 
alır. Müasir mərhələdə tarixin tədrisində şagirdlərin idrak fəaliyyətinin 
genişləndirilməsi üçün aparılan metodiki tədqiqatlardan misallara baxaq. 
Müəllimlərin qabaqcıl təcrübəsinə əsaslanaraq ―Orta məktəblərin yuxarı 
siniflərində tarixin tədrisi (şagirdlərin idrak fəallığı və təhsilin səmərəliliyi)‖ adlı 
N.Q.Dayri tərəfindən yazılmış metodik məqalə ortaya çıxdı. Ardınca İ.Y.Lerner 
―Tarixin tədrisi prosesində şagirdlərin idrak fəallığının inkişaf etdirilməsi‖ əsəri 
və bu kimi başqa tədqiqatlar ortaya çıxdı. Müasir mərhələdə pedaqogika 
elminin, psixologiyanın və tarixin təlimi metodikasına dair tədqiqatların 
nəticələrinə əsaslanaraq demək olar ki, şagirdlərin müstəqilliyi, elmi biliklərin 
sistemli şəkildə verilməsi əsasında formalaşır. 


20 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə