Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK


Metodik ədəbiyyatda vəzifəyə belə tərif verilir: ―Vəzifə məqsədin



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə9/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   339
em tom

Metodik ədəbiyyatda vəzifəyə belə tərif verilir: ―Vəzifə məqsədin 
yerinə yetirilməsi üçün və görüləcək konkret iĢlərin planlaĢdırılması, 
məqsəd və nəticə arasında atılan addımlar, həyata keçirilməsi vacib olan 
iĢlər və mərhələlərdir‖. 
1) Şagirdlər tarixi öyrənərkən tarixi inkişafın ardıcıl mərhələlərində 
bütövlükdə tarixi prosesi və ictimai həyatın müxtəlif cəhətlərini xarakterizə edən 
ən mühüm konkret tarixi faktları möhkəm surətdə mənimsəməlidirlər 
Şagirdlərin yaddaşını əsas tarixi faktlar biliyi ilə zənginləndirmək və 
təkmilləşdirmək məktəbdə tarix təliminin ən mühüm vəzifələrindən biridir; 
2) Tarixi faktların öyrənilməsi şagirdlərdə konkret tarixi təsəvvürlər sistemi 
(yəni keçmişin obrazlarını və mənzələrini öyrənmək sistemini) yaratmağı 
nəzərdə tutur. Bu təsəvvürlər tarixi keçmişin əsas hadisələrini əks etdirməlidir; 
3) Ən mühüm tarixi anlayışların şagirdlər tərəfindən mənimsənilməsi, 
ictimai inkişaf qanunlarının onların başa düşmələri, tarixin elmi surətdə 


15 
qavranılması, tarixi prosesdə xalq kütlələrinin və görkəmli xadimlərin rolunun 
öz yaşlarına uyğun mənimsədilməsi; 
4) Şagirdlərin tarixə dair biliklərini tətbiq etmək bacarığına yiyələnmələri
yeni tarix materialını öyrənərkən, ictimai işlərdə, həyatda bu biliklərdən istifadə 
etmələri, keçmiş dövrün və müasir həyatın hadisələrindən baş çıxarmağı 
formalaşdırmaqla onların inkişafına nail olmaq; 
5) tarix materialı üzərində müstəqil işləmək bacarığının və vərdişlərinin, 
mətnlə (dərslik, tarixi sənəd, elmi-bədii kitab, qəzet mətnləri işləmək), xəritə və 
şəkillər üzərində işləmək bacarığı, plan, konspekt, tezis tutmaq, mühazirəni 
yazmaq, tarix materialını əlaqəli və əsaslı surətdə şərh etmək, ictimai-tarixi 
mövzüda məlumatlar vermək, məruzələr etmək bacarıqlarını formalaşdırmaq və 
s. 
Tarixin tədrisi təhsil vəzifələri ilə yanaşı, tərbiyəvi vəzifələri də həyata 
keçirir, bunların ən mühümləri aşağıdakılardır:
1. Ermənistanla müharibə şəraitində olduğumuza görə tarixin tədrisində 
şagirdlərdə hərbi vətənpərvərliyi formalaşdırmaqla torpaqlarımızı hər an 
işğaldan azad etməyə hazır olmağı tərbiyə etmək; 
2. Şagirdləri vətənə, xalqa, sədaqətlə xidmət etməyi, əxlaq qaydalarına 
hörmət, hüquq qaydalarına riayət ruhunda tərbiyə etmək
3. Tarix təhsilinin tərbiyəedicilik imkanlarından istifadə etməklə 
şagirdlərdə yüksək mənəvi keyfiyyətlərin və dərin elmi dünyagörüşün 
formalaşmasına nail olmaq; 
4. İctimai həyat hadisələrinə obyektiv münasibət, tarixi prosesi dialektik 
inkişafda görmək, siyasi hadisələrə analitik təhlil baxımından yanaşmağı tərbiyə 
etmək, estetik tərbiyəsini inkişaf etdirmək; 
5. Tarixi təliminin təhsil, tərbiyə və inkişafetdirici məqsədlərinə uyğun 
olaraq şagird şəxsiyyətinin hərtərəfli inkişafına nail olmaq vəzifələrini yerinə 
yetirmək. 


16 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə