Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK


Məktəblilərin tarix təhsilinin əsasını zaman və məkanda toplanmıĢ



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə7/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   339
em tom

Məktəblilərin tarix təhsilinin əsasını zaman və məkanda toplanmıĢ 
tarixi faktları bilmək təĢkil edir.
Tarixin təliminə olan başlıca tələblərindən 
biri də səthiliyin olmaması və faktların mənimsənilməsidir. 
Faktlar təhlil və ümumiləşdirmələr üçün çıxış materialıdır. Tarixi faktların 
mənimsənilməsinin nə qədər təlim-tərbiyəvi əhəmiyyəti olsa da, yenə də faktları 
bilmək şagirdlər tərəfindən tarixin dərk edilməsinin yalnız birinci pilləsidir. Hələ 
V.Q.Belinski yazmışdır ki, ―ideyasız faktlar baş və yaddaş üçün zir-zibildir‖. 
Tarixi tədris etməyin daha yüksək pilləsi tarixi faktlar arasındakı mühüm əlaqə 
və münasibətlər haqqında biliklərin mənimsənilməsi və tətbiq edilməsindən
şagirdlərdə tarixi prosesin onlara müyəssər olan dərinliklə təşəkkül 
etdirilməsindən ibarətdir. 
VI-VII siniflərdə tarixin təlimi şagirdləri qədim dünya və orta əsrlər 
tarixindəki bir sıra qanunauyğunluqların elementar şəkildə başa düşülməsinə 
gətirib çıxarır və onlarda tarixi inkişafın qanunauyğunluqlarının ibtidai şəkildə 
anlaşılmasının əsasını qoyur; Şagirdlərdə tarixi hadisələr arasındakı bir sıra 
səbəb-nəticə əlaqələrinin sabitliyi və zərurəti anlayışı əmələ gəlir. Məktəblilər 
mənimsəyirlər ki, həmcins hadisələr həmcins səbəblərdən irəli gəlir, məsələn, 
adamlar zalımlara və məzlumlara bölündükdə hökmən dövlət yaranır, sinfi 
mübarizə siniflərin mövcudluğunun zəruri nəticəsidir. 
Tarixin təliminin ən mühüm məqsədlərindən biri Ģagirdlərdə tarixə 
dair biliyi ümumiləĢdirən və sistemləĢdirən tarixi anlayıĢlar sisteminin 
təĢəkkülündən ibarətdir.
Bu sistemin əsasını ibtidai-icma, quldarlıq və 
feodalizm, kapitalizm ictimai-iqtisadi formasiyaları haqqında anlayışlar təşkil 
edir.


13 
Qədim dünya və orta əsrlərə dair tarixi biliklər qavrayışını emosionallığı 
şagirdlərdə faktlara qarşı şəxsi münasibət aşılanması, şagirdlərin tarixin sevimli 
qəһrəmanlarının taleyi ilə yaşaması, һəyəcanlanması, əməyə məһəbbət və 
һörmət, igidlik, vətənpərvərlik hissləri, insanın əxlaqi xassələrinin tərbiyəsi 
kimi, təlimin ən müһüm tərbiyəvi vəzifələrinin həlli üçün zəruri şərtlərdən 
biridir. Tarixin təlimi şagirdlərə incəsənət əsərlərindən baş çıxarmaq üçün 
elementar bacarıqlar verir, yüz və min illər bundan əvvəl yaradılmış görkəmli 
incəsənət abidələrindəki gözəlliyi görməyi öyrədir. 
Tarixi bilikləri mənimsəməyin emosionallığı biliklərin möһkəmliyi, tarixə 
marağın artması üçün və tarixi faktları təһlil edərkən və ümumiləşdirərkən 
şagirdlərin 
fəallıq 
göstərməsi 
üçün 
böyük 
əһəmiyyəti 
vardır. 
Məlumdur ki, insan təəssüratı olmadan insanların һəqiqət axtarması һalı 
olmamış, yoxdur və ola da bilməz. 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə