Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK


Tarixin təlimi metodikasının predmetinə - orta məktəbdə tarix



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə4/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   339
em tom

Tarixin təlimi metodikasının predmetinə - orta məktəbdə tarix 
təliminin metodları, vasitələri, yolları və üsulları daxildir.
Orta məktəbdə tarixin təlimi çətin, çoxsahəli və ziddiyyətli pedaqoji 
sahədir. Bu tarixin tədrisi prosesində meydana çıxan qanun, qanunauyğunluqlar, 
şagirdlərin təhsili, tərbiyəsi və inkişafı arasındakı əlaqələri öyrənməklə ortaya 
çıxır. Metodika şagirdlərin öyrənmə şəraitini araşdırır. Təhsilin məqsədi isə 
təlimin məzmununu müəyyən edir. Təhsilin məqsədinə və məzmununa uyğun 
olaraq təlimin səmərəli yolu müəyyən edilir. Təlimin səmərəliliyi seçilmiş 
metod və məzmunla müəyyən olunur. 
Elmin predmeti dedikdə, onun öz obyektindən ayırd etdiyi, seçdiyi 
cəhətlərə hansı baxımdan, hansı nəzəri və ya praktik aspektlərdən 
yanaĢması nəzərdə tutulur. 
Metodika təlim prosesində tədris fənni olaraq tarixə tətbiq edilən və buna 
əsasən də o, təlim proseslərinin komponentləri arasındakı qanunauyğun əlaqə və 
münasibətləri daha konkret şəkildə aşkara çıxaran, bunun əsasında da təhsilin 
məqsədini, məzmununu, bilik və bacarıqların formalaşdırılmasına olan 
tələbatları müəyyən edir. 
Beləliklə tarixin təlimi metodikasına
tarixin təlimi metodikasının 
qanunauyğunluqlarından istifadə etmək məqsədi ilə fənnin təlimi prosesini 
öyrənən pedaqogika elminin bir sahəsi kimi tərif vermək olar. 
Metodika tarixin təlimi prosesinin komponentləri arasındakı çoxcəhətli 
əlaqələri tədqiq edir; məsələn, təlimin məqsədləri (nəzərdə tutulan nəticələr) – 
təlimin məzmunu (materialın seçilməsi) – tədris (müəllimin fəaliyyəti və dərs 
vəsaitlərinin metodiki quruluşu) – məktəblinin tədris fəaliyyəti (qavrayış, 
təfəkkürü, yadda saxlaması) – təlimin həqiqi nəticələri (məktəblinin təhsili, 
tərbiyəsi və inkişafı) arasındakı əlaqələri tədqiq edir. Metodikadakı tədqiqat 
obyektiv surətdə mövcud olan əlaqələrin aşkara çıxarılmasını, tarixin təlimi 
prosesinin təkmilləşdirilməsindən ötrü onların nəzəri izahını və praktiki 
tətbiqinin təyin edilməsini nəzərdə tutur. 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə