60
Tədris proqramları quruluşuna görə iki komponentdən ibarətdir: izahat
vərəqi (yaxud giriş) və təhsilin məzmunu. Bəzi pedaqoqlar metodik göstərişləri
üçüncü komponent kimi verirlər. Əslində metodik
göstərişlər də izahat
vərəqində öz əksini tapır.
Tədris proqramları, əsasən iki şəkildə hazırlanır: sistematik (ardıcıl) və
konsentrik. Proqramın sistematiklik prinsipi üzrə tərtibinin mahiyyəti bundan
ibarətdir ki, bu və ya digər fənn elmin sistemini qoruyub saxlamağa xidmət edir,
ayrı-ayrı mövzular özlərindən əvvəlki mövzuları tamamlayır, özlərindən sonrakı
mövzular üçün zəmin yaradır.
Tədris mövzularının konsentrik düzülüşünün mahiyyəti belədir ki, aşağı
siniflərdə, yaxud əvvəlki sinifdə öyrənilən mövzuların yuxarı (sonrakı)
siniflərdə daha əhatəli və dərindən keçilməsi təmin olunur. Məsələn, ibtidai
siniflərdə Azərbaycan dilindən isim barədə yığcam məlumat verilir, V sinifdə
həmin mövzunun üzərində daha geniş dayanılır.
Və yaxud, V sinifdə «Ata
yurdu» fənni tədris olunur. «Ata yurdu» Azərbaycan tarixi kursuna daxil olan bir
fəndir. Bu fənn üzrə VI-XI siniflərdə nəzərdən keçiriləcək mövzuların böyük
əksəriyyətinə yığcam şəkildə ekskurs edilir. Başqa sözlə, V sinifdə qədim
dövrdən bu günümüzə qədər tariximiz qısa şəkildə işıqlandırılır, digər siniflər
Azərbaycan tarixinin yalnız müəyyən dövrünü (lakin hərtərəfli) əhatə edir.
Tədris proqramının quruluşunun konscntrik
üsulunda eyni material
(məsələ) bir neçə dəfə, lakin sadə mürəkkəbliklə, yeni komponentlərlə təhsilin
məzmununun genişləndirilməsi, zənginləşdirilməsi, onlar arasındakı əlaqələrin
və asılılıqların dərindən nəzərdən keçirilməsi ilə şərh olunur.
Proqramda materialın konsentrik yerləşdirilməsi heç də sadəcə təkrarı
nəzərdə tutmur, bu və ya digər məsələlər nəzərdən
keçirilən hadisə və
proseslərin mahiyyətinə daha dərindən nüfuz etməklə genişləndirilmiş əsasda
öyrənilır.
Proqramın konsentrik qaydada hazırlanması məktəblilərin yaş və dərketmə
səviyyəsini hesaba almaqla bağlıdır. Məktəblilərin psixi inkişafının səviyyəsi
belədir ki, bir sıra hallarda elmin qanun və anlayışlarını onlara çatdırmağa imkan
61
olmur. Odur kı, bəzı qanun və anlayışlar barədə əvvəlcə yığcam təsəvvürlər
yaradılır, daha sonra (sonrakı siniflərdə) geniş şəkildə həmin məsələlərin
üzərində dayanılır.
Proqramın tərtibinə aşağıdakı tələblər verilir: 1. Tədris planına
əsasən
hazırlanmalı; 2. Sistematik və ardıcıllığa əməl olunmalı; 3. Proqramda müəllim
üçün müvafiq göstərişlər olmalı; 4. Proqramda elmin mübahisəli məsələləri öz
əksini tapmamalı; 5. Elmin müasir inkişaf səviyyəsinə uyğun gəlməli; 6.
Tərbiyəvi vəzifələr öz həllini tapmalı; 7. Məktəblilərin anlaq səviyyələri, yaş
xüsusiyyətləri diqqət mərkəzində dayanmalı; 8. Nəzəriyyə ilə təcrübənin vəhdəti
təmin edilməli; 9. Fənlər arasında təbii əlaqəyə fikir verilməli; 10.
Proqrama
elmin başlıca müddəaları və anlayışları daxil olunmalıdır və s.
Konkret fənn (məsələn, tarix və s.) üzrə bütün siniflərin proqramı, adətən
bir yerdə, toplu halında nəşr olunur və göstərilir: (Son zamanlar bəzi fənlər üzrə
dərsliklərin (hər bir dərsliyin) axırında həmin sinif üzrə proqramı əks etdirilməsi
təcrübəsindən də istifadə olunur).
Proqramın izahat vərəqi bu fənnin tədris olunduğu bütün siniflər nəzərə
alınmaqla, ümumi yazılır. Burada kursun qarşısında duran məqsəd və vəzifələr,
proqramın özündən əvvəlki proqramdan fərqi, yeniliklər, müəllimlərin diqqət
yetirməli olacaqları
əsas məsələlər, fəndaxili və fənlərarası əlaqələrin
yaradılması, yeni təlim texnologiyalarından istifadəyə, təlimin optimallaşdırıl-
masına, müəllim-şagird münasibətlərinin düzgün qurulmasının zəruriliyinə,
təlimin prinsip və metodlarından səmərəli istifadəyə, şagirdlərin müstəqil
işlərinin təşkilinə məktəblilərin təlim fəaliyyətinin
monitorinqi və qiymətlən-
dirilməsinə və s. dair tövsiyələr öz əksini tapır.
Proqramda təhsilin məzmunu üçün ayrılmış hissədə (hər bir sinif üçün
ayrıca) konkret bölmənin (bəhsin) adı və həmin bölmənin öyrənilməsinə ayrılan
saat, bu bölməyə daxil olan hər bir mövzu öyrənilərkən diqqət yetirilməsi vacib
olan məsələlər (məzmun) ifadə olunur. Diqqət yetirək:
Azərbaycan tarixi fənni üzrə VI sinifdə: «1 bölmə. «Azərbaycan ərazisində
ibtidai icma quruluşu» (6 saat).
62
Mövzu: «Azərbaycan ərazisində ilk insan məskənləri» (1
saat).
(Məzmun):
Azərbaycanın təbii-iqlim şəraiti. İbtidai insanların
heyvanlar aləmindən ayrılması. Ən qədim insanlar. «Bacarıqlı adam». İbtidai
insan dəstələrinin meydana gəlməsi. Onların əmək alətləri və məşğuliyyəti:
yemtoplama və ovçuluq. Azərbaycan ərazisində ən qədim insan izləri: azıx
adamı. Oddan istifadə.
Həmin bölməyə daha dörd mövzu daxildir. Həmin mövzular, onların
tədrisinə ayrılan saatlar və məzmun verildikdən sonra, təkrarın aparılması (1
saat) nəzardə tutulur, kursdaxili, kurslararası va fənlərarası əlaqələrin imkanları
göstərilir. Diqqətəlayiq cəhət həm də burasındadır ki, proqrama hər bir
bölmədən sonra «Formalaşdırılan əsas anlayışlar». «Şagirdlərin əsas bacarıqları»
verilir. Yəni bölməyə aid mövzular öyrənildikdən sonra şagirdlər nələri bilməli,
nələri bacarmalıdırlar.
Dostları ilə paylaş: