63
ya digər fənlər (fənlərarası əlaqələr) üzrə material vaxtilə əldə olunan biliklərin bu
və ya digər dərəcədə təkrar olunmasına imkan verməlidir.
Dərslik şagirdə düşünməyi, öyrənməyi,
müstəqil fikir yürütməyi
öyrətməlidir. Bunun üçün dərsliyə ikinci dərəcəli, lüzumsuz və əhəmiyyətsiz
materiallar gətirilməməli, dərslik və dərs vəsaitləri yığcam, lakonik olmalı,
materiallar yüksək
səviyyədə ümumiləşdirilmiş, eyni zamanda konkret
olmalıdır. Dərsliklər faktik materialın zəruri və əlverişli həcmini özündə
birləşdirməlidir. Materiallar, məktəblilərin
yaş səviyyələrini, maraqlarını, psixi
proseslərinin xüsusiyyətlərini nəzərə almalı, eyni zamanda elmin başlıca
müddəalarını əks etdirməlidir. Dərslikdə tədris materialının sistemli şərhi idrak
metodları ilə vəhdətdə həyata keçirilməli, kütləvilik, cəlbedicilik, problematiklik
diqqət mərkəzində dayanmalıdır. Nəticədə dərslik məktəblilərdə biliklərə və
dərketməyə maraq oyada, onlarda özünütəhsilə tələbatı stimullaşdıra bilər.
Dərsliyin
sturkturu belədir ki, o, əsas komponent kimi mətni və köməkçi
komponentləri əhatə edir. Bütün mətnlər mətn-təsvirə, mətn-nəqletməyə, mətn-
düşünmüyə bölünür. Belə komponentlərə daxildir: təşkilat aparatı və
mənimsəmə (sual və tapşırıqlar, yaddaşlar, yaxud təlimatı materiallar, cədvəllər
və şrift ayırmaları, üllüstrativ materiallara və tapşırıqlara şərhlər, qeydlər,
əlavələr, sərlövhələr, göstərişlər).
Dərsliyə əlavə kimi müxtəlif dərs vəsaitləri - müntəxəbatlar,
metodik
göstərış və tövsiyələr, lüğətlər, məlumatlar, tapşırıq
və məsələlər tarix və
coğrafiya xəritələri, lal xəritələr və fonomüntəxəbat, sinifdənxaric oxu üçün
materiallar və s. verə bilərlər.
Dostları ilə paylaş: