§ 3. Məktəb tarix təhsilinin müasir quruluĢu. Azərbaycan tarixi və
ümumi tarix kurslarının öyrənilməsi qaydası. Tarixdən müasir məktəb
proqramlarının məzmunu. Proqramların quruluĢu və əsas tərkib hissələri
Müasir tarix təhsili gənc nəslin həyata hazırlanmasına və nümunəvi
vətəndaşın formalaşmasına yönəldilib.
64
Tam orta təhsilin V-XI siniflərində Azərbaycan tarixi və ümumi tarixə
tədris ili (bu kitab hazırlanarkən 2010-2011-ci tədris ilində) bir tədris ili ərzində
595 saat vaxt ayrılıb. Azərbaycan Respublikasının tam orta təhsil tarix təhsilinin
məzmununu və həcmini aşağıdakı cədvəldə ümumiləşdirmişik:
Siniflər
Tarix kursunun adı
Həftəlik
saatların
miqdarı
V
Azərbaycan tarixi
Azərbaycan tarixi üzrə epizodik hekayələr
– «Ata yurdu»
2 saat
VI
Qədim dövr tarixi (eramızın III əsrinədək) 1 saat
VII
Orta əsirlər tarixi (erkən orta əsrlər)
1 saat
VIII
Orta
əsrlər tarixi (XVII əsrin II
yarısınadək)
I yarım il 1 saat, II yarım
il 2 saat
IX
Yeni dövr tarixi
2 saat
X
Yeni dövr tarixi (XX əsrin əvvəllərinədək) 2 saat
XI
Ən yeni dövr tarixi (bu günlərimizədək)
2 saat
VI
Ümumi tarix
Qədim dünya tarixi (ən qədim dövrdən
b.e. V əsrinədək)
1 saat
VII
Orta əsrlər tarixi (erkən orta əsrlər)
1 saat
VIII
Orta əsrlər tarixi (XV əsrədək)
1 saat
IX
Yeni dövr tarixi (XV-XVIII əsrlər)
1 saat
X
Yeni tarix (XX əsrin əvvəllərinədək)
1 saat
XI
Ən yeni tarix (bu günlərimizədək)
1 saat
Tam orta təhsildə Azərbaycan tarixi ilə ümumi tarix kursları məntiqi-
xronoloji ardıcıllıqla öyrədilir. Tarix təlimi dövlət tərəfindən müəyyən edilmiş
tədris planı əsasında hazırlanmış və təsdiq edilmiş proqramlarla tədris olunur.
Məktəbdə tarixin tədrisinə ayrılan 595 saatın 204 saatı ümumi tarixə, 391 saatı
65
isə Azərbaycan tarixinə ayrılıb. Orta məktəbin bütün tarix dərslikləri
proqramların tələbləri əsasında hazırlanır.
Müstəqillik əldə edildikdən sonra respublikamızda təhsilin yenidən
qurulması, onun dünya standartları səviyyəsinə çatdırılması yolunda çox ciddi
addımlar atılmışdır. Təhsilə dair direktiv sənədlər, təhsil sisteminin yenidən
qurulması, fənlər üzrə yeni proqram və dərsliklərin hazırlanması bu qəbildən
hesab edilməlidir. Tarix üzrə yeni proqram və dərsliklər hazırlandı. İlk növbədə
ümumtəhsil orta məktəbləri üçün «Azərbaycan tarixi» və «Ümumi tarix»
proqramlarının tərtibinə daha ciddi diqqət yetirilmişdir.
Tam orta təhsil səviyyəsi üçün «Azərbaycan tarixi» və «Ümumi tarix»
proqramları «Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı»nın
tələblərinə əsaslanaraq tərtib edilmişdir. Yeni tarix proqramları («Azərbaycan
tarixi»nin
və
«Ümumi
tarix»in)
qarşısında
aşağıdakı
vəzifələri
müəyyənləşdirilmişdir:
- dərin və əhatəli biliyə, bacarıq və vərdişlərə, yüksək intellektə, geniş
dünyagörüşünə malik olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət
formalaşdırmaq;
- öz soy-kökünə, milli-mənəvi zəminə əsaslanan, adət-ənənələrinə, şərəfli
tarixi keçmişinə dərindən yiyələnən və ondan iftixar hissi keçirən, ailəsini,
vətənini, millətini sevən və onu daim ucaltmağa çalışan milli vətənpərvərlər
yetişdirmək;
- ümumbəşəri dəyərlərə yiyələnən və onları milli-mənəvi zəmin əsasında
əlaqələndirməyi, ahəngdar inkişaf etdirməyi bacaran, insan haqları və
azadlıqlarına hörmət edən və onlara daim əməl etməyə, Azərbaycanda hüquqi
demokatik cəmiyyətin qurulmasına layiqli töhfələr verməyə hazır olan azad və
demokratik ruhlu vətəndaşlar tərbiyə etmək.
Proqramlarda
orta
məktəbdə
tarixin
tədrisi
aşağıdakı
kimi
müəyyənləşdirilir:
- qədim dövrdən bu günədək bəşəriyyətin keçdiyi tarixi inkişaf haqqında
biliklərin əsasının şagirdlər tərəfindən mənimsənilməsinə nail olmaq;
66
- şagirdlərə tarixi təhlil, müqayisə və ümumiləşdirmə aparmaq bacarıqları
formalaşdırmaq əsasında hadisə və prosesləri, fakt və qanunauyğunluqları,
anlayışları mənimsətmək;
- şagirdlərdə tarixə inam və hörmət hissini formalaşdırmaq, humanizm
ideyalarına, insan hüquqlarına, demokratik dəyərlərə, milli-mənəvi zəminə
əsaslanan, öz soy-kökünə, xalqına və millətinə hörmət, vətənpərvərlik və xalqlar
arasında qarşılıqlı anlaşma kimi yüksək mənəvi-əxlaqi keyfiyyətləri tərbiyə
etmək;
- Azərbaycan xalqının və digər xalqların dininə, dilinə, mədəniyyətinə,
tarixi inkişafının müxtəlif məqamlarına maraq yaratmaq, öz ölkəmizin və bütün
bəşəriyyətin mədəniyyətini qorumağa və yaşatmağa çalışmaq hissi aşılamaq;
- bütövlükdə Azərbaycan tarixi üzrə baza biliklərini müvafiq olaraq yaxın
və uzaq ölkələrin tarixi ilə əlaqələndirmək bacarığı yaratmaq, şagirdlərdə onun
yaşadığı region, rayon, şəhər və kəndin tarixinin, vətən tariximizin, eyni
zamanda dünya tarixinin tərkib hissəsi olması inamını aşılamaq və s.
Bu proqramlar bəzi cəhətlərinə görə əvvəlkilərdən fərqlənir.
1. Bu proqramlarda tarixi materialların öyrənilməsində sosial (sinfi)
münasibət deyil, tarixilik, elmilik və obyektivlik metodologiyasının əsas
göstərilməsinə ciddi riaət olunmuşdur.
2. Tarixi gerçəkliyə müvafiq olaraq dövrləşməyə yenidən baxılmışdır.
Misal olaraq «müasir dövr» məntiqi olaraq «ən yeni dövr» kimi verilmişdir.
3. Bəşər tarixinin ayrı-ayrı dövrlərinin bölgülər üzrə əvvəllər tətbiq edilmiş
prinsiplərində dəyişikliklər edilmşidir: VI-VIII siniflərdə Vətən tarixi, Şərq,
Türk dünyası, Qafqaz xalqları və Qərb ölkələri tarixi, IX-XI siniflərdə isə Vətən
tarixi, Qərb, Türk dünyası, Qafqaz və Şərq xalqları tarixi tətbiq edilmişdir. Bu
bölgü tarixi inkişaf prosesinə tamamilə uyğundur: çünki ən qədim dövlətlər,
sivilizasiyalar Şərqdə meydana gəlmiş, sonrakı mərhələlərdə isə Qərbdə siyasi,
iqtisadi, sosial və mədəni sahələrdə dünya inkişafına əhəmiyyətli dərəcədə təsir
etmiş, dəyişikliklər baş vermişdir.
67
4. Ümumi tarix proqramlarında əsas diqqət Şərq və Qərb sivilizasiyalarının
üzvi şəkildə tədris edilməsinə, ümumibəşəri dəyərlərin öyrədilməsi ilə yanaşı
milli-mənəvi dəyərlərin qabarıq verilməsinə yönəldilmişdir. Belə ki, türk-islam
amili, türk-islam xalqlarının zəngin, çoxəsrlik tarixi və mədəniyyəti ilə bağlı
məsələlərin dərindən öyrədilməsi ön plana çəkilmişdir. VII sinifdə orta əsrlər
tarix kursuna «Uyğur dövləti» və «Avar xanlığı», IX sinifdə yeni tarix kursuna
«Uyğur dövləti» və «Avar xanlığı», IX sinifdə yeni tarix kursuna «Misir, Suriya
və İraq Osmanlı imperiyasının tərkibində» və s. mövzular əlavə edilmiş, digər
mövzularda isə zəruri dəyişikliklər və dəqiqləşmələr aparılmışdır.
5. Yeni proqramlarda iqtisadi və sosial münasibətlərin, Azərbaycanın və
dünya xalqlarının mədəniyyətinin inkişafı məsələlərinin öyrənilməsinə daha çox
vaxt ayrılmışdır.
6. Son illərin hadisələrinin və tarixi proseslərə verilən yeni qiymətin
mövcud dərsliklərdə öz əksini tapmadığı nəzərə alınaraq, müəllimə kömək
etmək, ona istiqamət vermək məqsədilə proqramlarda müvafiq təlim materialları
genişləndirilmiş şəkildə təqdim olunmuşdur.
7. X-XI siniflər üzrə Azərbaycan tarixi proqramlarında əhəmiyyətli
dərəcədə məzmun və struktur dəyişikliyi aparılmışdır. Bu proqramlarda
xalqımızın milli azadlıq hərəkatı ön plana çəkilmiş, müstəqillik uğrunda
mübarizəsi, bu mübarizədə ümummilli liderimiz H.Əliyevin tarixi rolu, öz əksini
tapmışdır.
8. Əvvəlki proqramlardan fərqli olaraq təqdim olunan proqramların
«Ümumi tarix» hissəsində də «Kursdaxili, kurslararası və fənlərarası əlaqələr»,
«Mövzu üzrə formalaşdırılan anlayışlar», «Şagirdlərin əsas bacarıqları»
bölmələri verilmişdir. Bu, tarix proqramlarının tərtibində ilk təcrübədir.
9. Ümumtəhsil məktəblərinin təmayülünə müvafiq olaraq tarix fənlərinin
tədrisinə ayrılan saatlar müxtəlif varinatlarda müəyyən olunmuşdur. Fənn
müəllimləri həm Azərbaycan tarixi, həm də ümumi tarixdən proqram
materiallarını planlaşdırarkən öz məktəbləri üçün müəyyən edilmiş varinatları və
ona müvafiq saatların miqdarını hökmən nəzərə almalıdırlar. Belə bir mühüm
68
məsələyə diqqət yetirilməlidir ki, hər bir sinif üçün Azərbaycan tarixi və ümumi
tarixdən proqramlar maksimum tələblər əsasında tərtib olunmalıdır.
10. Proqramlarda hər bir kursun sonunda bölmələr üzrə zəngin elmi-
metodik ədəbiyyatın, habelə sinifdənxaric oxunun siyahısı verilmişdir. İctimai
fənlərin təhsil sahəsi seçildiyi siniflərdə, xüsusilə X-XI siniflərdə bu
ədəbiyytadan müəllimlər, habelə onların tövsiyəsi əsasında şagirdlər də istifadə
edə bilərlər. Proqramların sonuna xəritələrin, sxemlərin, cədvəllərin,
diaqramların, şəkillərin, audiovizial vasitələrin siyahısı əlavə edilmşidir.
Müəllim məktəbin maddi-texniki imkanlarından, həmin materialların çap
olunanlarından, özünün və şagirdlərin bacarığından istifadə etməklə təlimi daha
səmərəli və məzmunlu təşkil etməyə nail ola bilər.
Təqdim olunan proqramlarda ən önəmli cəhətlərdən biri bölmələr üzrə
«Kursdaxili, kurslararası və fənlərarası əlaqələr», «Mövzu üzrə əsas anlayışlar»
və «Şagirdlərin əsas bacarıqları» başlıqları altında verilən metodiki tövsiyələr
sistemidir. Onlar fənn müəllimlərinə, hətta şagirdlərə kömək üçün müstəsna
əhəmiyyəti olan materiallardır.
«Kursdaxili, kurslararası və fənlərarası əlaqələr» dərsin təlim-tərbiyə və
inkişafetdirici vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə verilir. Onlar tarixi
faktlar anlayışı, səbəb-nəticə əlaqələrinin, qanunauyğunluqların mənim-
sənilməsinə, tarixi materialın tərbiyəvi imkanlarının gerçəkləşdirilməsinə,
mövzunun məzmunu ilə bağlı əsas bacarıq və vərdişlərin formalaşdırılmasına
xidmət edir.
Proqramlarda bölmələr üzrə qruplaşdırılan «əsas anlayışlar» hər bir
müəllimə dərsin anlayışlar dairəsini müəyyən etməyə, onları qruplaşdırmağa və
yerində tətbiq etməyə imkan verir. Onlardan faktik materialın təhlili və
qiymətləndirilməsi zamanı istifadə olunur. Təlim materiallarının əsas anlayışlar
ətrafında cəmləşdirilməsi şagirdlərin tarixə dair biliklərini sistemləşdirməyə
kömək edir. Buna görə də əsas anlayışların şagirdlər tərəfindən mənimsənilməsi
təmin olunmalıdır. Bu zaman müəllim unutmamalıdır ki, şagirdin anlamadığı bir
69
faktı, məsələni uzun müddət hafizəsində saxlaması və ondan faydalanması
mümkün deyildir.
Təcrübə göstərir ki, anlayışların formalaşdırılması üçün müəllim onların
məzmununu şərh etmək və əlamətlərini sadalamaqla kifayətlənməməli,
mənimsəmə prosesinin (qavrama, dərketmə, yadda saxlama və tətbiq etmə)
qanunauyğunluqlarına riayət etməli, şagirdləri zəruri təfəkkür əməliyyatlarının
icrasına cəlb etməlidir. Bunsuz anlayışların mənimsənilməsi mümkün deyildir.
Beləliklə, şagirdin bu istiqamətdə qazanacağı uğurların səviyyəsi onun əqli
qabiliyyətlərinin inkişafından asılıdır. Odur ki, proqram materialları şagirdlərə
elə çatdırılmalıdır ki, onların hafizə, təfəkkür, təxəyyül və s. psixi fəaliyyət
formaları əlaqələndirilsin, normal zehni fəaliyyətləri təmin olunsun. Bu isə
müəllimdən tələb edir ki, hər bir konkret dərsə hazırlaşarkən təlim
materiallarının məzmununu tələb etdiyi zehni əməliyyatları konkret olaraq
müəyyənləşdirsin və dərs prosesində bütün şagirdlərin həmin əməliyyatları icra
etmələrinə nail olsun.
Bu işin öhdəsindən gəlmək üçün proqram bölmələrinin sonunda verilmiş
«şagirdlərin əsas bacarıqları» tövsiyyəsindən istifadə edilməlidir. Bunlar dərsin
əsas məsələlərinin, anlayışlarının mənimsənilməsi üçün tələb olunan zehni
əməliyyatları müəyyənləşdirməkdə müəllimə istiqamət verə bilər. Bu tövsiyənin
əsas mənası mövzunun məzmununa müvafiq əlaqələndirmə, müqayisə etmə,
təhlil etmə, ümumiləşdirmə və nəticə çıxarma üsulları ilə şagirdlərin təfəkkür
qabiliyyətini üzə çıxarmaq, onlarda bacarıq vərdişləri formalaşdırmaqdır.
Müəllimin başlıca vəzifəsi hər bir mövzuya müvafiq bacarıqları seçib
dəqiqləşdirməkdir. Bunsuz müəllimin təlim materiallarının mənimsənilməsinə
nail olması müşkül olar.
Şagirdlərin inkişafı, tərbiyəsi, onların fəal ictimai-siyasi həyata
hazırlanması üçün də bu tövsiyənin müstəsna əhəmiyyəti vardır. Müəllim
«Bacarıqlar»dakı tövsiyələrdən istifadə edərək şagirdlərdə konkret mövzular
üzrə proqramda göstərilən vacib problemlər, məsələlər üzrə müstəqil bilik əldə
etmək, məlumat, məruzə, müsahibə və referat hazırlamaq, icmal və tezislər,
70
cədvəllər tərtib etmək, yoldaşları, valideynlər qarşısında çıxış etmək,
ümumməktəb tədbirlərindən iştirak etmək vərdişləri aşılamalıdır.
Proqramın sözügedən tövsiyəsi şagirdlərdə proqnozlaşdırmaq vərdişlərinin
də formalaşdırılmasına kömək etməlidir.
Fikrimizcə, proqramın strateji məqsədlərindən biri də müəllim şəxsiyyəti,
müəllim biliyi və peşəkarlığı, müəllim təşəbbüskarlığı və yaradıcılığının inkişaf
etdirilməsidir.
Proqram materiallarını şagirdlərə mənimsətmək, ləyaqətli vətəndaşlar
yetişdirmək naminə müəllim indi dünya praktikasında yayılmış və özünü
doğrultmuş yeni təlim metodlarından və texnologiyalarından – diskusiya, debat,
disput, konfrans, müsabiqə və interaktiv təlim üsullarından, texnikalarından və iş
formalarından istifadə etməlidir. Bunlar Vətənimizi sevən, qanunlarımıza
hörmətlə yanaşan, azad və demokratik ruhlu, savadlı və ləyaqətli, təşəbbüskar
nəslin yetişdirilməsinə kömək edir.
Dostları ilə paylaş: |