89
metodları) bütün bu suallara müsbət cavablar tarix təliminin məqsədləri ilə
məzmunu arasında uyğunluq olduqda əldə olunur.
B) Tarixdən təlim materiallarının məzmununun quruluĢu
Cəmiyyətin inkişafının dərk edilməsində əsas rolu tarix elmi oynayır, buna
görə də tarix təliminin məzmununu təşkil edən nəzəri materilalar, tarixi faktlar,
tarixi hadisə və proseslərin, anlayışların xüsusiyyətlərindən çox asılıdır. Ona
görə ki, onların səciyyəvi cəhəti təlimin keyfiyyətinə və şəxsiyyətin
formalaşmasına motiv yaradır.
Tarix təliminin məzmunundakı əsas komponentlərdən
biri də tarixi
anlayışların seçilməsi, yerləşdirilməsidir. Bu anlayışlar bir və ya bir neçə xalqa
və ya ölkəyə və bir neçə ictimai-iqtisadi formasiyaya aid olan anlayışlardır.
Tarix təliminin məzmununda olan ümumi, xüsusi və sosioloji anlayışlar da
mövcuddur ki, bunların da hər biri öz lazımi yerində işlədilir. Tarix dərsliyinin
məzmununda iki növ tarixi fakt olur – sadə və mürəkkəb faktlar. Faktlar –
hadisə və təzahürlərdən yaranır. Onlar bir-biri ilə sıx əlaqədə olur. Dərsliklərə
iki növ faktlar daxil edilir: tək-tək hadisələr – tarixi prosesin pillələri və bir-
birinə oxşar
olub dəfələrlə təkrar olunan, dövr üçün tipik olan faktlar.
Dərsliklərin mətnində hafizədə möhkəmlənməsi zəruri olan əsas və qeyri-əsas
olan tarixi faktlardır daxil edilir. Əsas faktlar tarixi prosesin planını və onun
dövrləşdirilməsi üçün əsas olur. Qeyri-əsas faktlarda tarixi göstərilən faktlarla
xronoloji əsasın zaman münasibətlərinin müəyyən edilməsinə və onların
prosesin əsas dövrləşdirilməsinə daxil edilməsinə xidmət edir.
Tarix
təliminin məzmununda xəritəyə, xronologiyaya və statistikaya
əsaslanan faktlar çoxluq təşkil edir. Belə ki, xronoloji tarixlər şagirdlər
tərəfindən faktların öyrənilən dövrə düzgün aid edilməsi üçün, onların
ardıcıllığını, sinxronluğunu, zəmanəmizdən dövr etibarı ilə uzaqlığını,
təsvir
olunan faktların neçə müddət davam etməsini, tarixi prosesi dövrlərə bölməyi
başa düşmək üçün lazım olan dərəcədə istifadə edilir.
90
Tarix təliminin məzmununa xəritədə tarixi hadisələrin və tarixi faktların
bir-birinə olan məkan münasibətinin lokallaşdırılması üçün lazım olan tarixi-
coğrafi adlar da daxil edilir.
Tarix təliminin məzmununda statistik faktlar - əşyaların
böyüklüyü,
adamların miqdarı, qoşunların sayını təyin edən say göstəriciləri də yetərincə
əks olunur.
Tarix təliminin məzmununda konkret faktlarla ümumiləşdirmələrin
əlaqələndirilməsi xüsusi yer tutur. Konkret faktlar ümumiləşdirildikdə dərsliyin
məzmunu didaktik cəhətdən daha da mükəmməlləşir.
Dostları ilə paylaş: