Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK


b) Avropanın ən qədim sivilizasiyaları



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə36/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   339
em tom

b) Avropanın ən qədim sivilizasiyaları.
Şagirdlər Krit – Miken, yunan və 
ellinizm mədəniyyətini, bunların sosial, siyasi və iqtisadi həyatla əlaqəsini, 
dövlətlərarası münasibətləri araşdıra bilirlər. 
Şagirdlər Qədim Romanın sosial, siyasi, iqtisadi və mədəni həyatını, onun 
digər dövlətlərlə münasibətlərini, respublikanın yaranması və süqutunun 
səbəblərini, imperiya ilə əlaqədar faktları təhlil etmək əsasında köhnə 
cəmiyyətin tənəzzülü və yeni cəmiyyətin yaranması ilə bağlı nəticələr çıxarırlar. 


97 
Şagirdlər qədim dünya sivilizasiyalarının ən mühüm dəyərlərini 
(demokratiya, respublika, vətəndaş, birgə yaşayış qaydaları ümumbəşəri əxlaq, 
ümumbəşəri mədəniyyət və s.), dünya mədəniyyətinin inkişafında rolunu 
qiymətləndirirlər. 
III. Orta əsr sivilizasiyaları.
Şagirdlər orta əsrlərin bəşər cəmiyyəti 
inkişafının xüsusi mərhələsi olduğunu, feodal münasibətlərinin meydana 
gəlməsi və inkişafının əsas xüsusiyyətlərini, feodal dağınqlığının səbəb və 
nəticələrini, ayrı-ayrı ölkələrdə bu prosesin özünəməxsusluğunu, islam, xristian 
və digər dinlərdəki ümumbəşəri dəyərləri təhlil edir, nəticələr çıxarır və onları 
əsaslandıra bilirlər. Bu məqsədlə aşağıdakı bölgə və dövlətlərin tarixini təhlil 
edirlər: 
1. Azərbaycan 
2. İran və Qafqaz 
3. Türk dünyası 
4. Çin 
5. Hindistan 
6. Ərəb xilafəti 
7. Monqol imperiyası 
8. Qərbi Avropa, Bizans və slavyan xalqları 
9. Mərkəzi Amerika və And sivilizasiyası. 
Şagirdlər Azərbaycan əhalisinin məşğuliyyəti, sosial tərkibi, məişəti, 
etiqadları, mədəni nailiyyətləri barədə elmi ictimaiyyətin qəbul etdiyi son 
araşdırmalara əsaslanan materialları təhlil edirlər. Bundan əlavə şagirdlər 
Azərbaycanda mövcud olan dövlətlərin yaranması, inkişafı, tənəzzülü 
səbəblərini, qonşularla münasibətlərini, idarəetmə üsullarını, görkəmli şəxslərin 
həyatını müqayisəli şəkildə araşdırmağı, onları qiymətləndirməyi bacarırlar. 
Şagirdlər aydınlaşdırırlar ki, Azərbaycan Şərqlə Qərbi birləşdirən körpü rolu 
oynamış, müxtəlif dinlərin təsirinə məruz qalmış, dünyadakı mədəniyyətlərin 
nailiyyətlərindən bəhrələnmişdir. Şagirdlər bu nəticəyə gəlirlər ki, həmin dövrdə 


98 
Şimali və Cənubi Azərbaycan arasında münasibətlər davamlı xarakter almış və 
Azərbaycan xalqının formalaşması prosesi başa çatmışdır. 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə