Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK


VI. Sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə39/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   339
em tom

VI. Sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid 
Şagirdlər informasiya inqilabı və informasiya cəmiyyətinin meydana 
gəlməsini təhlil edirlər. Onlar informasiya cəmiyyətində mülkiyyət, bölgü, 
mübadilə, istehlak, əmək və yaradıcılıq münasibətlərini araşdırırlar. 
Şagirdlər Qərb və Şərq ölkələrində, o cümlədən Türk dünyasında, həmçinin 
Azərbaycanda müasir sosial-iqtisadi proseslərin xüsusiyyətlərini aşkara çıxarır, 
ictimai inkişafda qloballaşmanı təhlil edir və nəticə çıxarırlar. 
Onlar informasiya cəmiyyətində iqtisadiyyatın beynəlmiləlləşməsi – vahid 
informasiya məkanın yaranması, müasir dövrdə inteqrasiya proseslərini təhlil 
edirlər. 
Şagirdlər keçmiş sovet respublikalarında bazar iqtisadiyyatına söykənən 
hüquqi, demokratik quruluşun yaradılması uğrunda mübarizə və insan 
hüquqlarının qorunmasının ön plana keçməsi proseslərini araşdırır və onlardan 
lazım olan nəticələri çıxarırlar. 
Şagirdlər informasiya cəmiyyətində elitar və kütləvi mədəniyyətin yerini 
müəyyənləşdirirlər. 


103 
V-XI siniflərdə tədris olunan tarix dərsliklərinin təhsil-tərbiyə və 
inkişafetdirici vəzifələrinin qısa xarakteristikası, onların arasındakı ardıcıllıq və 
varislik 
Orta məktəbin tarix dərsliklərini səciyyələndirərkən dərslik üçün seçilən 
nəzəri materialın təhsil, tərbiyə və inkişafetdirici xüsusiyyətlərinin səviyyəsi, 
tarixi faktların, anlayışların xarakteri və s. məsələlər diqqət mərkəzində 
olmalıdır. Dərslikdəki materialın tərtib edilməsi və şərh xarakteri, eləcə də hər 
bir kursun strukturu və məzmunu təhlilə cəlb edilməlidir. Təhlilə cəlb edilən 
dərsliklər 2010-2011-ci tədris ilində qüvvədə olan dərsliklərdir. 
Orta məktəbin V sinfində tətbiq edilən ―Azərbaycan tarixinə dair 
hekayələr‖ – «Ata yurdu» dərsliyi tarix təliminin əsas kursları sırasına daxil 
deyil. Bu kurs tarix tədrisinə hazırlıq məqsədi daşıyır. Mahmudlu Y, Xəlilov R, 
Ağayev S. Ata yurdu (5-si sinif üçün dərslik). Bakı, Təhsil, 2010, 320 səhifədən 
və 63 paraqrafdan ibarət olan bu dərsliyə öz xarakterinə görə müxtəlif növdən 
olan material daxildir. 300-400 min il bundan əvvəl mövcud olmuş Azıx 
mağarasından qadının çənə sümüyü tariximizin öz mənbəyini maddi 
mənbələrdən və tarixi etnoqrafiyadan aldığını göstərir. Bu kurs tariximizin bütün 
dövrlərini özündə ehtiva edir. Dərslik həm təhsil, həm də tərbiyəvi baxımdan 
çox böyük əhəmiyyət kəsb edir. Bu dərslik, həm quruluşuna, həm məzmununa, 
həm də metodik tərtibatına görə ən yaxşı dərslikdir. Vətənə, xalqa, dövlətə, 
torpağa məhəbbət dərsliyin əsas ideya xəttini təşkil edir. Kursun məzmunundakı 
mətnlər, şəkillər, illüstrasiyalar, tarixi faktlar, anlayışlar şagirdlərin inkişafına 
motiv yaradır. Dərslikdə qədim Azərbaycan dövlətləri, adət və ənənələrimiz, 
bayramlarımız, şəhərlərimiz, sənətkarlarımız, mədəniyyətimiz və incəsənətimiz 
haqqında materiallar yer alıb. Xalqımızın apardığı ədalətli müharibələr, xalq 
qəhrəmanlarımız və tarixi şəxsiyyətlərimiz haqqında nəzəri materiallar şagirdlər 
tərəfindən həvəslə öyrənilir. Müəlliflər dərslikdə Azərbaycanın qədim, orta 
əsrlər, yeni və müasir dövrlərinin öyrənilməsinə təxmini olaraq hər dövrün 
tarixinin əhatə dairəsinə uyğun şəkildə vaxt ayırıblar. Əlbəttə, bunu proqram da 
belə tələb edir. 


104 
Əliyev V., Yusifov Y., Babayev İ., Cəfərov H., Məmmədova A. 
Azərbaycan tarixi (VI sinif üçün dərslik). Bakı, Aspoliqraf, 2010, 128 səhifədən, 
4 bölmədən, 24 paraqarfdan ibarət dərslik sadə aydın dildə yazılmışdır. 
Dərsdikdəki materiallar Azərbaycanın yarıyaqədərki dövründən eramızın III 
əsrinədək dövrü əhatə edir. Azərbaycan tarixinin bu dövrü ümumdünya tarixinin 
tərkib hissəsi kimi verilib. Dərslikdə ən qədim zamanlarda keçmişin ictimai 
həyatını bütün çoxcəhətliliyi ilə tarixin gedişini isə əvvəlki faktların 
nəticələrindən və sonrakı faktların səbəblərindən ibarət olan faktların ardıcıl 
zənciri kimi açıb göstərən biliklər sistemi var. 
VI sinif üçün Azərbaycan tarixi dərsliyinə iki növ faktlar daxil edilib: tək-
tək hadisələr – tarixi prosesin pillələri və bir-birinə oxşar olub, dəfələrlə təkrar 
olunan, dövr üçün tipik olan faktlar. Axırıncı faktlar, şərti olaraq ictimai həyatın 
hadisələri adlanan faktlar tarixdə xalq kütlələrinin rolunu açıb göstərmək üçün 
xüsusilə vacibdir, bunlar bir qayda olaraq, ümumiləşdirilmiş xarakteristikalar və 
tipik misallar vasitəsi ilə işıqlandırılır. 
Dərslikdə xronoloji tarixlər, tarixi coğrafi materiallar, tarixi obrazlar, tarixi 
anlayışlar yetərli yer tutur. Dərslik tarixi-məntiqi ardıcıllıq prinsipi əsasında 
tərtib edilib. VI sinif üçün Azərbaycan tarixinin strukturu və məzmunu 
aşağıdakı qaydadadır: 
Təlim materialları içərisində Azərbaycan ərazisində ibtidai icma quruluşu, 
ilk tayfa birlikləri və dövlətlər, Azərbaycan Midiya və Əhəməni imperiyalarının 
tərkibində, qədim Azərbaycan dövlətləri bölmələri xüsusi yer tutur. 
Dərslikdə şəkillər, illüstrasiyalar, sual və tapşırıqlar, xronoloji cədvəllər, 
proqram materialları verilib. 
Mahmudlu Y., Yusifov Y., Əliyev R., Qocayev Ə. Azərbaycan tarixi (7-ci 
sinif üçün dərslik). Bakı, Aspoliqraf, 2010, 192 səhifəlik dərslik eramızın III 
əsrindən XI əsrin ortalarınadək dövrü əhatə edir. Dərsliyin ümumi strukturu 3 
bölmədən, 7 fəsildən, 32 paraqarfdan ibarətdir. 
Azərbaycanın erkən orta əsrlər tarixi öz əksini tapıb. Erkən orta əsrlər tarixi 
dərslikdə aşağıdakı qaydada verilib: 


105 
«Azərbaycan Sasani imperiyası tərkibində (III əsr – VII əsrin ortaları)» adlı 
birinci bölmə 6 paraqrafdan ibarətdir.
İkinci bölmə «Azərbaycan xilafətin tərkibində (VII əsrin ortaları – IX əsrin 
ortaları)» 9 paraqarfdan ibarətdir. 
―Xilafətin süqutu və Azərbaycan dövlətçiliyinin dirçəlişi. İqtisadi və 
mədəni tərəqqi (IX əsrin ikinci yarısı – XI əsrin ortaları)‖ adlanan üçüncü bölmə 
17 paraqrafdan ibarətdir. 
Dərslikdəki təlim materialları tarixi-məntiqi ardıcıllıqla şərh edilir. Kursun 
məzmununa iki növ faktlar daxil edilib – tək-tək hadisələr tarixi prosesin 
pillələri və bir-birinə oxşar olub, dəfələrlə təkrar olunan, orta əsrlər üçün tipik 
olan faktlar. Kursun məzmununda xronoloji cədvəllər, tarixi-coğrafi materiallar, 
tarixi obrazlar yetərincə əks edilib. Kursun quruluşunun ən mühüm 
xüsusiyyətlərindən biri də tarixi anlayışlardan istifadə edilməsidir. Bunlar 
feodalizmə aid anlayışlardır. 
Kursun quruluşunda tematiklik materialın şərhinin xronoloji ardıcıllığı bir-
birinə uyğun gəlir. Hər bir dərs tematikdir, məntiqi cəhətdən bütövdür və bir 
qayda olaraq müəyyən nəticələrə və ümumiləşdirmələrə aparıb çıxarır. Tarixin 
məktəb kurslarında geniş şərhi konspekt şərhinə uyğun gəlir. Dərsliyin 
məzmununda şəkillər, illüstrasiyalar, sual və tapşırıqlar proqram materialları 
verilib. 
Mahmudlu Y., Məmmədov S., Piriyev V., Qocayev Ə. Azərbaycan tarixi 
(8-ci sinif üçün dərslik)Bakı, Aspoliqraf, 2010, 272 səhifəlik dərslik XI əsrin 
ortalarından – XVII əsrin birinci yarısınadək dövrü əhatə edir. Dərslik 4 
bölmədən, 11 fəsildən, 34 paraqrafdan ibarətdir. 
Birinci bölmədə «Azərbaycan XI əsrin ortaları – XIII əsrin əvvəllərində» 
dövrü əhatə edir. Bu bölmədə Səlcuqlar, Şirvanşahlar və Azərbaycan intibah 
mədəniyyəti məsələləri işıqlandırılır. 
İkinci bölmədə «Azərbaycan XIII əsr – XV əsrin əvvəllərində»ki tarixi 
hadisə və proseslər – Azərbaycan monqolların hakimiyyəti dövründə, 
Azərbaycanın iqtisadi həyatı məsələləri verilib. 


106 
Üçüncü bölmədə «Azərbaycan XV əsrdə» - Qaraqoyunlu, Ağqoyunlu, 
Azərbaycanda ictimai-iqtisadi həyat və mədəniyyət məsələləri şərh edilib. 
Dördüncü bölmə «Azərbaycan Səfəvi dövləti XVI əsrin birinci yarısında, 
Azərbaycan Səfəvi dövləti XVI əsrin ikinci yarısı – XVII əsrin birinci 
yarısındakı məsələlərə həsr olunub. 
Dərslik nəqletmə, şərh, məlumat üslubunda yazılıb. Mətndəki faktlar 
hadisələr, anlayışlar Azərbaycanın feodalizm dövrünü yetərincə səciyyələndirir. 
Kursun məzmununda şəkillər, illüstrasiyalar, xronoloji cədvəllər, xəritələr, tarixi 
sənədlərdən parçalar verilib. Dərsliyin sonunda 8-ci siniflər üçün Azərbaycan 
tarixi kursu üzrə proqram materialları da öz əksini tapıb». 
Məmmədov S., Vəliyev T., Qocayev Ə. Azərbaycan tarixi (9-cu sinif üçün 
dərslik), Bakı, Asporliqraf, 2010, 256 səhifəlik dərslik XVII əsrin ikinci yarısı – 
XIX əsrin birinci otuzilliyini əhatə edir. Dərslik 2 bölmə, 7 fəsil, 30 paraqrafdan 
ibarətdir. Birinci bölmədə «Azərbaycan XVII əsrin ikinci yarısı – Səfəvilər 
dövlətinin süqutu dövründə» məsələlərinə həsr edilib. Bu bölmədə 
Azərbaycanın XVII əsrin ikinci yarısında, siyasi vəziyyət, iqtisadi həyat, 
şəhərlər, sənətkarlıq və ticarət məsələlərinə aydınlıq gətirilib. I Pyotrun 
Xəzəryanı bölməgələ hərbi yürüşü, Azərbaycan torpaqlarının İran, Rusiya və 
Osmanlı imperiyalarına qatılmaları. Azərbaycanın Nadir şah imperiyasının 
tərkibinə qatılması, maarif, elm, incəsənət. 
Dərsliyin ikinci bölməsi «Azərbaycan xanlıqlar və onun Rusiya ilə İran 
arasında bölüşdürülməsi dövründə» məsələlərinə həsr edilib. Bu bölmədə 
Azərbaycanın cənub və şimal xanlıqları, Azərbaycan torpaqlarının işğalı, 
Azərbaycan torpaqlarının İran və Rusiya arasında bölüşdürülməsi, maarif, 
ədəbiyyat və incəsənətin inkişafı məsələləri verilib. 
Kursun məzmununda şəkillər, illüstrasiyalar, xronoloji cədvəllər, xəritələr, 
sxemlər, sual və tapşırıqlar mövzuların məntiqi quruluşlarına uyğun şəkildə 
verilib. Dərsliyin sonunda 9-cu siniflər üçün proqram materialları da verilib. 
Dərsliyin məzmununda nəzəri materiallar, tarixi faktlar, anlayışlar məntiqi və 
xronoloji ardıcıllıqla verilib. 


107 
Vəliyev T., Əliyev R., Tağıyeva Ş., Qocayev Ə., Əlişova H., Məmmədova 
K. Azərbaycan tarixi (10-cu sinif üçün dərslik), Bakı, Aspoliqraf, 2010, 448 
səhifəlik dərslik. XIX əsrin 30-50-ci illərindən XI əsrin əvvəllərinədək olan 
dövrü əhatə edir. Dərslik 3 bölmə, 16 fəsil, 52 paraqrafdan ibarətdir. Birinci 
bölmə «Azərbaycan XIX əsrin 30-50-ci illərində» məsələlərinə həsr edilib. Bu 
bölmədə Rusiya imperiyasının Şimali Azərbaycanda müstəmləkəçilik siyasəti, 
komendant idarə üsulu, ermənilərin şimali Azərbaycana kütləvi şəkildə 
köçürülməsi, rus və alman məskənlərinin yaradılması, əhalinin sosial tərkibi, 
eləcə də Şimali Azərbaycanda Rusiya imperiyasının iqtisadi siyasəti verilib. 
Dərslikdə proqrama uyğun olaraq Rusiya imperiyasının Şimali 
Azərbaycanda müstəmləkəçilik siyasəti-komendant idarə üsulu, ermənilərin 
kütləvi şəkildə Şimali Azərbaycana köçürülməsi, rus və alman məskənlərinin 
salınması məsələləri işıqlandırılıb. Kursun məzmununda Şimali Azərbaycanda 
müstəmləkəçilik əleyhinə üsyanlara, XIX əsrin 40-cı illərindəki islahatlara
Cənubi Azərbaycan XIX əsrin 30-50-ci illərində və Azərbaycan mədəniyyəti 
məsələlərinə yetərincə yer verilib. 
Dərsliyin ikinci bölməsi «Şimali Azərbaycan XIX əsrin 60-90-cı illərində» 
məsələlərinə həsr edilib. Həmin bölməyə uyğun olaraq XIX əsrin 60-cı illərində 
Azərbaycanda sosial-iqtisadi vəziyyət, burjua islahatları, eləcə də 70-90-cı 
illərdə kənd təsərrüfatı və sənaye, 60-90-cı illərdə kəndli və fəhlə hərəkatı 
məsələləri şərh edilib. Kursun məzmununda Cənubi Azərbaycan XIX əsrin 60-
90-cı illərində sosial-iqtisadi həyat, əhalinin çıxışları işıqlandırılıb. 
Kursun üçüncü bölməsi «Azərbaycan XX əsrin əvvəllərində» məsələlərinə 
həsr edilib. Bölməyə uyğun olaraq Şimali Azərbaycanda sosial-iqtisadi inkişaf, 
milli-demokratik hərəkat, Cənubi Azərbaycan XX əsrin əvvəllərində, 
Azərbaycan Birinci Dünya müharibəsi illərində, Şimali Azərbaycan Rusiyada 
Fevral inqilabı və inqilabdan sonrakı dövrdə və mədəniyyət məsələləri verilib. 
Dərslikdə şəkillərə, illüstrasiyalara, xronoloji cədvəllərə, sual və tapşırıqlara 
yetərincə yer verilib. Dərslikdəki tarixi faktlar, hadisələr, proseslər, tarixi 


108 
qanunauyğunluqlar sadə və aydın şəkildə verilib. Digər dərsliklərdən fərqli 
olaraq bu dərslikdə proqram materiallarının təxmini bölgüsü verilməyib. 
Məmmədov İ.., Qafarov T., Məmmədov X., Tağıyeva Ş., Vəliyev M., 
Məmmədov Ş., Hüseynov A., Qocayev Ə. Azərbaycan tarixi (11-ci sinif üçün 
dərslik). Aspoliqraf, 2010, 256 səhifəlik XX əsrin əvvəllərindən bu 
günlərimizədək dövrü əhatə edir. Dərslik 6 bölmədən, 15 fəsildən, 55 
paraqarfdan ibarətdir. Birinci bölmədə ―Azərbaycan Xalq Cümhuriyyətinin 
yaranması fəaliyyəti və süqutu‖ məsələləri şərh edilib. 
Dərsliyin ikinci bölməsi ―Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı 
məsələlərinə – Təbriz üsyanı, milli hökumətin fəaliyyəti və süqutu‖ verilib. 
Üçüncü bölmədə ―Azərbaycanda sovet rejiminin bərqərar olması, yeni 
rejimə qarşı mübarizə, hərbi kommunizm siyasəti, DQMV-in yaradılması və 
Naxçıvan MSSR-in yaradılması, sənayeləşdirmə, kollektivləşdirmə və mədəni 
quruculuğu‖ şərh edilib. 
Dördüncü bölmə ―Şimali Azərbaycan İkinci Dünya Müharibəsi illərində, 
Cənubi Azərbaycan İkinci Dünya Müharibəsi illərində‖ məsələlərinə həsr edilib. 
Beşinci bölmədə ―Şimali və Cənubi Azərbaycanın İkinci Dünya 
Müharibəsindən sonrakı tarixi‖ konkret faktlarla verilib. 
―Azərbaycan Respublikası‖ adlanan altıncı bölmədə müstəqilliyin bərpa 
olunması, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu və Azərbaycan III 
minilliyin başlanğıcında məsələləri əks etdirilib. H.Əliyevin Azərbaycanın 
dövlətçilik ənənələrinə sadiq qalaraq dövlətimizin möhkəmləndirilməsi 
sahəsindəki fəaliyyəti, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və 
inkişafındakı rolu elmi cəhətdən yetərincə ümumiləşdirilib. 
Dərslikdə şəkillərə, illüstrasiyalara, sual və tapşırıqlara yetərincə yer 
verilib. Dərsliyin dili sadə və aydındır, oxunaqlıdır. Dərsliyin sonunda proqram 
materiallarının təxmini planlaşdırılması da öz əksini tapıb. 
Əliyev V., Babayev İ., Mirzəyev M., Məmmədova A. Qədim dünya tarixi. 
6-cı sinif üçün dərslik. Bakı, Xəzər, 2010, 272 səhifəlik dərslik 3 bölmə, 4 fəsil, 
31 paraqrafdan ibarətdir. 


109 
Birinci bölmədə ―İbtidai icma quruluşunun tarixi‖ – ovçuluğun, əkinçiliyin, 
mədəniyyətin inkişafı verilir. 
İkinci bölmədə qədim dövr, daha doğrusu ―Qədim şərq dövlətlərinin – 
Misirin, Babilistanın, Finikiyanın, Urartunun, İskitlərin, Midiya, İran, Qədim 
türklər, qədim hunlar, Qədim Çin, Qədim Parfiya, Qədim Hindistan‖ 
dövlətlərinin tarixi şərh edilir. 
Üçüncü bölmə – Qədim Yunanıstan və Qədim Romaya həsr edilib. Dərslik 
nağıletmə üslubunda yazılıb. Bu da altıncıların yaş və bilik səviyyəsinə 
uyğundur. Kursun məzmununda çoxsaylı şəkillər, illüstrasiyalar, xronoloji 
cədvəllər, hər bölməni təkrar etmək üçün sual və tapşırıqlar verilib. Dərsliyi orta 
səviyyədən aşağı qiymətləndiririk.
Qədim dünya tarixini tarix elminə giriş kimi qəbul etsək həmin dərsliyin 
hazırlanmasına daha geniş tələblərlə yanaşmalıyıq. Bu baxımdan əvvəllər 
mövcud olmuş F.P.Korovkinin nümunəvi şəkildə hazırladığı dərslikdən çox 
uzaqdır. 
Orta əsrlər tarixi (7-ci sinif üçün dərslik). Bakı. Aspoliqraf, 2010, 168 
səhifəlik dərslik. 3 bölmədən, 10 fəsildən 34 paraqrafdan ibarətdir. Dərslikdəki 
materiallar V-XI – erkən orta əsrləri əhatə edir. Kursun birinci bölməsi feodal 
münasibətlərinin yaranması məsələlərinə həsr edilib. Bu ölkələr sırasına – Çin, 
İran, Qafqaz, türk dövlətləri, Hindistan, Qərbi Avropa, Bizans və Slavyan 
xalqları, feodal dağınıqlığı bölməsində – Çin, Hindistan, türk dövlətləri xüsusi 
yer tutur. Dərslikdə ərəb xilafəti və İslam dininin yayılması, Qərbi Avropada 
feodal dağınıqlığı məsələləri şərh olunub. Kursun məzmunundakı materiallar 
nağıletmə üslubunda yazılıb ki, bu da yeddincilərin yaş, bilik və bacarıqlarına 
uyğundur. 
Dərslikdə şəkillər, illüstrasiyalar, xronoloji cədvəllər, sual və tapşırıqlar 
onun metodik aparatının yetərli olmasını göstərir. Dərsliyin sonunda proqram 
materiallarının bölgüsü də verilib. 
Mahmudlu Y., Qocayev Ə., Xəlilov R., Ağayev S., Qənbərov S., 
Məmmədova Ş., Əlişova H., Xubyarov B. Orta əsrlər tarixi (8-ci sinif üçün 


110 
dərslik). Bakı, Aspoliqraf, 2010, 168 səhifəlik dərslik 3 bölmə, 9 fəsil, 34 
paraqrafdan ibarətdir. Kurs XI-XVII əsrin birinci yarısını klassik feodalizm 
dövrünü əhatə edir. Birinci fəsildə ―Böyük Səlcuq, Atabəylər imperatorluqları 
və Dehli sultanlığının‖, 2-ci fəsildə ―Böyük Monqol imperatorluğu, Hülakü, 
Qaraqoyunlu və Ağqoyunlu impetorluqlarının‖ tarixi verilib. 3-cü fəsildə ―Qızıl 
Orda dövlətinin‖, 4-cü fəsildə ―Qafqaz və Şərqi Avropa xalqlarının tarixi‖ 
verilib. 5-ci fəsildə ―Osmanlı və Teymur imperatorluqlarının‖, 6-cı fəsildə 
―Səlib yürüşləri‖, ―Fransa, İngiltərə, Çexiya, İspaniya, İtaliya dövlətlərinin‖ 
tarixi, 7-ci fəsildə ―Avropa və Amerika xalqlarının‖ tarixi, 8-ci fəsildə 
―Osmanlı, Böyük Monqol imperatorluğu və Çin tarixi‖ əks etdirilib. 9-cu fəsil 
―Dünya xalqlarının mədəniyyəti‖nə həsr edilib. Dərslikdə şəkillər, 
illüstrasiyalar, sual və tapşırıqlar, xronoloji cədvəllər, terminlərin şərhi, eləcə də 
8-ci sinif üzrə orta əsrlər tarixinin proqram materialları verilib. Yeri gəlmişkən 
bu dərsliyi əvvəlki dərsliklərdən fərqləndirən səciyəvi cəhəti aşağıdakılardır: 
- dərslik – XI-XVII əsrin birinci yarısında dünyada baş vermiş ən mühüm 
tarixi fakt və hadisələri özündə əks etdirir; 
- dərslikdə ilk dəfə olaraq türk-islam dünyasının real tarixi geniş və 
hərtərəfli şəkildə öz əksini tapıb; 
- dərslikdə orta əsrlərin son iki dövründə dünyanın siyasi, iqtisadi, sosial və 
mədəni mənzərəsi bütöv bir tam halında verilmişdir; 
- şagirdlər islam intibahı mədəniyyətinin tərkib hissəsi olan türk 
mədəniyyətinin bir çox görkəmli nümayəndələri ilə tanış olurlar. 
Vəliyev T., Süleymanov R., Mehdiyeva N., Mustafazadə T., Əliyev Q., 
Fətəliyev M., Qocayev Ə., Vəliyev M., Hüseynov A. Yeni tarix (9-cu sinif üçün 
dərslik). Bakı: Aspoliqraf, 2010, 128 səhifəlik dərslik XVII əsrin ikinci yarısı – 
XVIII əsri əhatə edir. 
Dərslik üç bölmə, 11 fəsil, 33 paraqarfdan ibarətdir. Yeni tarix adlandırılan 
dövr 1640-cı ildən 1918-ci ilədək olan bir mərhələni əhatə edir. Bu mərhələ 
İngiltərə burjua inqilabı ilə başlayır, Birinci Dünya müharibəsinin yekunları ilə 
başa çatır. Yeni tarix anlayışı – cəmiyyətin inkişafında əvvəlki dövrdən 


111 
tamamilə fərqli olan yeni dəyişikliklərlə bağlıdır. Bu dövrdə Avropa 
sivilizasiyası – maddi, mənəvi, ictimai həyatın müəyyən inkişaf mərhələsi
inkişafı işıqlandırılıb. Bu kurs doqquzunculara elmi baxışlar, fəal yaradıcı 
fəaliyyət əsasında insanın ətraf aləmdən maksimum səmərəli istifadə etməyi 
aşılayır. Bu faktor cəmiyyətin dinamik inkişafının mənbəyidir. Hər bir ağıllı 
insan özünün fəal yaradıcı fəaliyyəti ilə cəmiyyətə fayda verməklə vətəndaşlıq 
borcunu vermiş olar. 
Kursun birinci bölməsini «Qərbi Avropa ölkələri, Rusiya və ABŞ XVII 
əsrin ikinci yarısı – XVIII əsrdə», ikinci bölməsi «Türk dünyası və Qafqaz 
xalqları XVII əsrin ikinci yarısı – XVIII əsrdə», «Şərq xalqları XVII əsrin ikinci 
yprısı – XVIII əsrdə» məsələlərinə həsr edilib. Dərslikdə Şərq xalqlarının 
mədəniyyətinə ayrıca bir fəsil həsr edilib. 
Kursun məzmunundakı faktlar, tarixi hadisələr, proseslər və anlayışlar 
şagirdlərin yaş, bilik və bacarıqlarına uyğun şəkildə verilib. Dərsliyin 
məzmununda şəkillər, illüstrasiyalar, sual və tapşırıqlar, xronoloji cədvəllər, 
sorğu materialları və proqram materiallarının bölgüsü verilib. 
Vəliyev T., Süleymanov R., Mehdiyeva N., Əliyev Q., Fətəliyev M., 
Qurbanov R., Qocayev Ə., Vəliyev M., Hüseynov A. Yeni tarix (10-cu sinif 
üçün dərslik). Bakı: Aspoliqraf, 2010, 144 səhifəlik XIX əsrin 20-ci illərindən – 
XX əsrin əvvəllərinədək olan dövrü əhatə edir. Dərslik 3 bölmə, 10 fəsil, 34 
paraqrafdan ibarətdir. 
Dərsilyin birinci bölməsində ―XIX əsrin 20-ci illərində Avropa ölkələri, 
Rusiya və ABŞ, türk dünyası və Qafqaz xalqları, Asiya dünyası və həmin 
ölkələrin mədəniyyəti‖ məsələləri şərh edilir. İkinci bölməsində ―XX əsrin 
əvvəllərində Avropa ölkələri, Rusiya və ABŞ, Türk dünyası və Qafqaz xalqları, 
Asiya ölkələri və onların mədəniyyəti‖ verilib. Üçüncü bölmə ―Birinci Dünya 
Müharibəsinin başlanması, gedişi və yekunları, türk dünyası, Qafqaz xalqları və 
Asiya ölkələri birinci Dünya Müharibəsi illərində‖ məsələləri işıqlandırılıb. 
Dərslikdə şəkillər, illüstrasiyalar, xəritələr, sual və tapşırıqlar, sorğu 
materialları verilib. Kursun məzmunundakı tarixi faktlar, hadisə və proseslər 


112 
tarixi məntiqi ardıcıllıqla, şagirdlərin yaş, bilik və bacarıqlarına uyğun şəkildə 
verilib. 
Məmmədov İ., Qəndilov S., Qaffarov T., Süleymanova S., Qocayev Ə., 
Vəliyev M.. Ən yeni tarix (11-ci sinif üçün dərslik). Bakı: Aspoliqraf, 2010, 144 
səhifəlik dərslik XX əsrin 20-ci illərindən bu günlərimizədək olan dövrü əhatə 
edir. 3 bölmədən, 12 fəsildən, 34 paraqrafdan ibarət dərslik sadə, aydın, 11-
cilərin başa düşəcəyi tərzdə yazılıb. Kursun birinci bölməsi – ―İki cahan 
müharibəsi arasında‖, İkinci bölmə – ―İkinci Dünya Müharibəsinin başlanması, 
gedişi və yekunlarına‖, üçüncü bölmə – ―Dünya Müharibəsindən sonrakı 
dövrləri əhatə edir‖. Kursun məzmunundakı faktlar, hadisələr, anlayışlar 
şagirdlərin bilik, bacarıq və vərdişlərinə uyğun verilib. Dərslikdə şəkillər, 
illüstrasiyalar, xəritələr, sual və tapşırıqlar dərsliyin metodik aparatını daha da 
zənginləşdirir. 
V-XI siniflərdəki tarix dərsliklərinin analitik təhlili göstərdi ki, ənənəvi 
təlimin tələblərinə uyğun olaraq dərsliklər təlim, tərbiyəvi, inkişafetdirici 
vəzifələri yerinə yetirməyə qadirdirlər. Dərsliklər arasında ardıcıllıq və varislik 
qorunub saxlanılıb. 
Yekun olaraq deyə bilərik ki, proqram və dərslikləri bu günlərimizin 
tələblərinə qismən də olsa məqbul saymaq olar. Dərsliklərdəki müəlliflərin 
böyük əksəriyyəti ilk dəfədir ki, bu vəzifəni yerinə yetirirlər. Müəyyən qüsur və 
çatışmazlığı təbii qəbul etmək lazımdır. Lakin, yaxın gələcək üçün orta 
məktəbin proqramları, dərslikləri, təlim metodikaları həyatımızın tələblərinə 
uyğun olaraq dəyişəcək. Bizcə onu demək kifayətdir ki, mövcud dərsliklərin heç 
biri fəal/interaktiv təlim üçün yaramır. 
Araşdırmalar onu da göstərir ki, dünyanın heç bir ölkəsində xalq mövcud 
təhsil sistemindən razı qalmır. Ona görə ki, ictimai inkişafın tələbi mövcud olan 
təhsil sistemindən irəli gedir. 
Bölməyə yekun vurarkən deyə bilərik ki, tarix dərsliklərinin tərtibi ilə 
əlaqədar analitik təhlili və didaktik qiymətləndirilməsi meyarlarını 


113 
ümumiləşdirmişik. Tarix dərsliklərinin tərtibinə verilən didaktik tələbləri cədvəl 
şəklində belə ümumiləşdirmişik: 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə