Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə41/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   339
em tom

1.Yeni biliklərin verilməsi.
Təlim prosesinin əsas mərhələləri tədris 
materialını mənimsəmə prosesinin strukturunu əks
etdirir. Maddi aləmin insan 
tərəfindən dərk olunması prosesi canlı seyrdən başlanır. Təlimdə şagirdlərin 
idrak fəaliyyəti də şübhəsiz bundan başlayır. 
Seyretmə geniş mənada ilk
tanışlıq, hissi seyretmə kimi başa düşülür, yəni 
insan bütün (və ya müxtəlif) hiss orqanlarının köməyi ilə ətraf aləmin əşya və 
hadisələri ilə təmasda olur. Bu prosesdə həm eşitmə, həm görmə, həm lamisə, 
həm iybilmə, həm dadbilmə orqanları və digər analizatorlar iştirak edir. 
İnformasiya nəzəriyyəsinə əsasən bu proses müxtəlif əlaqə kanalları vasitəsilə 
informasiya alma prosesidir. Görmə kanalı ən çox informasiya buraxma (qəbul 
etmə) imkanına malikdir. Eşitmə kanalının imkanı isə bundan xeyli azdır. 
Tədqiqatlarla müəyyən olunmuşdur ki, insan ətraf aləm haqqında aldıgı bütün 
məlumatların 90 faizini görmə, 9 faizini eşitmə kanalının və ancaq 1 faizini 
digər orqanların köməyi ilə alır. 


116 
Alimlərin tədqiqatlarına görə, hər hansı bir əyani vasitəni göstərərkən onu 
sözlə müşayiət edəndə ("söz"- "əyanilik") qavrama daha yaxşı olur. Görmə 
kanalı ilə qavrayanda eyni zamanda çoxlu detallar qavranılır, söz isə əsas olanı 
başa düşməyə, anlamağa kömək edir.
Təsəvvürlər yalnız bilavasitə seyretmə əsasında deyil, əvvəlki təsəvvürlər 
əsasında da yarana bilər. Hadisəni sözlə təsvir edəndə təxəyyül böyük rol 
oynayır. Duyğu, qavrayış, təsəvvür hissi idrakin tərkib hissələridir. Onlar idrakın 
ilkin formalarıdır. 
Fizioloqlar qavrayışı reflektor prosesi kimi izah edirlər. Qıcıqlandırıcı 
reseptora təsir edir. Bu zaman xarici enerji, yəni təsir sinir prosesinə çevrilir. 
Sinir impulsları beyin qabığının nahiyələrinə daxil olur. Burada analizatorlar 
hadisənin ayrı-ayrı xassələrinin ayrılmasını, başa düşülməsini (dərk olunmasını) 
təmin edir. Sonra isə həmin xassələrin tam obraza çevrilməsi üçün sintez baş 
verir. 
İdrak prosesində seyretmə şagirdin yeni materialı passiv qavraması demək 
deyil. Şagirdin yeni materialla ilk tanışlığı həmişə təsirlidir: şagird həm qulaq 
asır, həm müəllimin tapşırığını yerinə yetirir, həm yazır, həm şəkil çəkir, həm 
müəllimin suallarına cavab verir, özü də sual verir və s. Bu zaman müəllimin 
sözü həm bilik mənbəyi, həm də şagirdləri bir sıra idraki hərəkətlərə sövq edən 
vasitə kimi çıxış edir. Amma hissi idrak mərhələsi ancaq görünən hadisələrin 
dərk olunmasını təmin edir. Hadisələrin mahiyyəti, onlar arasında əlaqə, 
qanunauyğunluqlar bu mərhələdə hələ açılmır. 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə