Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK


Məlumatın ümumiləĢdirilməsi və biliklərə



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə49/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   339
em tom

3. Məlumatın ümumiləĢdirilməsi və biliklərə
çevrilməsi.
Qavranılmış 
məlumatı daha səmərəli surətdə biliklərə çevirmək üçün şagird həmin məlumatı 
ona məlum olan faktlarla, anlayışlarla, təriflərlə tutuşdurmalı, ümumiləşdirməli 
və öz şüurunda bilikləri müəyyən sistemə salmalıdır. 
Təlimdə başlıca məqsəd alınmış məlumatı ancaq yadda saxlamaq deyil
həm də, onun əvvəlki məlumatla qarşılıqlı əlaqəsini başa düşməkdir. Şagird 
müəllimin qoyduğu suallara cavab tapmağı öyrənməlidir. Bu, şagirddən fəal
yaradıcı iş, alınmış məlumatı təhlil etmək bacarığı tələb edir. Bunun üçün 
müəllim dərs keçərkən həmişə problem situasiya yaratmalıdır. Bu isə şagirdi 
dərsi düşünülmüş şəkildə qavramağa, yaradıcılığını inkişaf etdirməyə, fəallığını 
oyatmağa məcbur edir. Təbiidir ki, belə dərsləri ancaq təcrübəli müəllimlər keçə 


130 
bilər. Müəllimin nəqli, izahı və şərhi şagirdləri fəallaşdırmırsa, onları kütləşdirir, 
dərsə qarşı laqeydlik yaradır və şagirdlərin inkişafını ləngidir. Dərsdə problem 
situasiyanın yaradılması dərsin gedişində şagirdləri düşünməyə vadar edir, 
təlimdə müəyyən çətinliklərin yaradılması şagirdləri səfərbər edir, onların 
iradəsini inkişaf etdirir. Müəllim həmin çətinlikləri də tədricən 
mürəkkəbləşdirməlidir. Hazırda psixoloqlar və metodistlər şagirdlərin bütün 
fəaliyyətini əhatə edən biliklərin dörd səviyyəsini müəyyənləşdirmişlər: 
1) tanışlıq səviyyəsi; 
2) biliklər səviyyəsi; 
3) bacarıqlar səviyyəsi; 
4) vərdişlər səviyyəsi. 
Əlbəttə, ümumtəhsil məktəblərində təkcə tanışlıq səviyyəsi tələb edilmir. 
Aydın məsələdir ki, bu və ya digər fənn müəyyən səviyyədə öyrənilməlidir. Belə 
ki, təbiət və riyaziyyat fənləri, həmçinin dil dərsləri bilik və bacarıqlar 
səviyyəsində, ədəbiyyat, tarix, insan və cəmiyyət, Azərbaycan Respublikasının 
Konstitusiyası coğrafiya fənləri ancaq biliklər səviyyəsində, əmək təlimi isə 
bilik, bacarıq və vərdişlər səviyyəsində öyrənilməlidir.

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə