Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə43/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   339
em tom

3.
Biliklərin praktikaya tətbiqi.
İdrak nəzəriyyəsində biliklərin, hər 
şeydən əvvəl nəzəri biliklərin doğruluğu praktikada yoxlanılır. Biliklərin 
doğruluğunu yoxlamağın əsasında ümumiləşmiş anlayışları, qanunları, 
müddəaları konkret şəraitlərdə tətbiq etmək durur. 
İdrak fəaliyyətinin bu mərhələsi daha yüksək mərhələdir, mücərrəddən 
konkretə keçmək mərhələsidir. Bu mərhələ mücərrəd nəzəri bilikləri gerçəkliyin 
konkret vəzifələrinin həllinə tətbiq etməyi bacarmaqla xarakterizə olunur. 
Mücərrəd həqiqət yoxdur, həqiqət həmişə konkretdir. İdrak nəzəriyyəsində 
praktika həqiqətin meyarı kimi çıxış edir. 
Mücərrəddən konkretə keçmək öyrənmə-idrak fəaliyyətində üç vəzifənin 
həllini təmin edir: 
1) bilikiərin möhkəmləndirilməsini və onların hafizədə saxlanmasını; 
2)
biliklər əsasında müəyyən bacarıq və vərdişlərin formalaşdırılmasını; 
3) gündəlik həyat problemlərini həll etmək üçün biliklərin tətbiqini. 


119 
Real tədris prosesində mücərrəd təfəkkürdən praktikaya keçid bir sıra 
konkret əməliyyatları, tapşırıqları və çalışmaları yerinə yetirmək vasitəsilə 
həyata keçirilir. Bu əməliyyatlar səbəb-nəticə asılılıqlarını hafizədə bərpa 
etməyi, yenini artıq məlum olanı konkretlə tutuşdurmağı tələb edir. 
Bundan sonra müxtəlif çalışmalar və tapşırıqlar sisteminin köməyi ilə 
biliklərin möhkəmləndirilməsi, müvafiq bacarıqların və vərdişlərin forma-
laşdırılması prosesi baş verir. 
4. Biliklərin mənimsənilməsinə nəzarət.
Elmi idrak prosesində alim öz 
hərəkətinə, fəaliyyətinə və əldə etdiyi nəticələrə özü müntəzəm olaraq nəzarət 
edir. Təlim prosesində isə şagirdlərin idrak fəaliyyətinin gedişinə müəllim 
nəzarət edir. Bu, hər şeydən əvvəl cari nəzarətdir. Cari nəzarət müəllimə tədris 
materialının nə dərəcədə yaxşı mənimsənilməsini üzə çıxarmağa kömək edir.

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə