117
Mənimsəmə prosesində anlama həlledici rol oynayır.
Psixoloqlar sübut
ediblərki, yaxşı anlanılan, başa düşülən şey çox asan mənimsənilir və yadda
saxlanılır. Çoxsaylı təkrarlar ancaq pis başa düşülən, yaxşı mənimsənilməyən
materialı yada salmaq lazım gəlir.
Anlama yeni təsəvvürlərin əvvəl mənimsənilmiş
biliklər sistemi ilə
əlaqəsinə əsaslanır. Bu həmişə şəxsi təcrübə ilə bağlı olur. Müəllim şagirdləri
əsas fikri əməliyyatları analizə, sintezə, müqayisəyə və s. cəlb edərsə, anlama
daha tam və düşünülmüş olar. Bu zaman həm öyrənilən hadisə, həm də ehtiyat
bilikləri təhlil olunur. Məqsəd onlar arasında oxşar, yaxın
və ya əks əlamətləri
axtarıb tapmaqdır.
Anlama prosesində şagirdin təcrübəsinə və biliklərinə uyğun olaraq alınan
informasiyanın elə bil fikrən yenidən qurulması və qaydaya salınması prosesi
baş verir. Bu, yaddasaxlama prosesində birinci pilləni təşkil edir.
Analiz, sintez, müqayisə və tutuşdurma yeni materialla öyrənilmiş material
arasında əlaqə yaratmağa imkan verir. Analiz, sintez və müqayisə ümumi və
fərqli cəhətləri başa düşmənin ən birinci mərhələsi olan anlama ilə bağlıdır.
Onlar daha çox xarici oxşarlığı və fərqi üzə çıxarır, amma daxili əlaqələri və
münasibətləri açmır.
Yalnız mücərrədləşdirmə ümumi xassələri və əlamətləri tapmağa, şeylərin
mahiyyətinə nüfuz etməyə kömək edir.
Amma mücərrədləşdirmə və
ümumiləşdirmə yalnız hadisənin bütün tərkib hissələrinin və əlamətlərinin ilkin
təhlili əsasında (hadisənin tam sintetik qavranılması şərtilə) mümkündür.
Anlayışların yaranması və formalaşmasının əsasında mücərrədləşdirmə və
ümumiləşdirmə prosesləri durur. Anlayış hadisənin və ya predmetin mahiyyəti
haqqında ümumiləşmiş təsəvvürü əks etdirir. Bütün hadisələrə və ya predmetlərə
xas olan ümumi və əhəmiyyətli xassələr anlayışların əsasında durur.
Anlayışlarla işi xarakterizə edən başqa bir məntiqi əməliyyat əqli nəticədir.
Əgər şagirdlər yazı işində qrammatik xarakterli çoxlu səhvlər buraxıblarsa,
deməli, onlar həmin qrammatik qaydanı yaxşı mənimsəməmişlər. Əqli nəticə
müxtəlif növlərdə olur. Onların içərisində induksiya və deduksiya əsasdır.
118
İnduktiv əqli nəticədə
fikir xüsusidən ümumiyə, ayrı-ayri müşahidələrdən
ümumi nəzəri nəticələrə doğru gedir (məsələn, Azərbacanda elm, təhsil, səhiyyə,
iqtisadiyyat inkişaf edib, deməli, ölkədə əhalinin rifahı yüksəlib mədəniyyətin
inkişaf etməsi nəticəsinə gəlmək olar).
Deduktiv
əqli nəticədə isə əksinə, fikir ümumi nəzəri nəticədən xüsusiyə
gedir. Məsələn,iqtisadiyyat inkişaf edirsə, deməli bütün sahələr inkişaf edəcək.
Əqli nəticələr səbəb-nəticə əlaqələrinin müəyyənləşdirilməsi və
predmetlərin əlamətlərinə görə bu və ya digər qrupa daxil edilməsi zamanı geniş
tətbiq olunur. Əlamətlərinə görə təsnif etmə və qruplaşdırma hadisələrin
yaddaşda saxlanılmasına və onlar arasında
möhkəm məntiqi əlaqələrin
yaranmasına kömək edir.
Anlayışlar, mühakimələr və əqli nəticələr mücərrəd təfəkkürün əsas
formalarıdır. Predmetlər və hadisələr haqqında hisslərimizlə əldə olunan
məlumatlar ancaq başa düşüləndən və sözlərlə ifadə olunandan sonra tam
əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: