Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə38/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   339
em tom

V. Sənaye cəmiyyətinin inkiĢafı.
Şagirdlər Birinci Dünya müharibəsindən 
sonrakı beynəlxalq vəziyyəti təhlil edir, yeni yaranmış bir sıra dövlətlərdə 
totalitar və avtoritar rejimlərin qurulmasının səbəb və nəticələrini araşdırır, 
həmçinin kommunizm və nasional – sosializm, bolşevizm və faşizm 
ideologiyalarını səciyyələndirir və təhlil edirlər. 
Şagirdlər elmi-texniki tərəqqini, Avropada iqtisadi inkişafı və qarışıq 
iqtisadiyyata keçidi şərtləndirən amilləri təhlil edir, sənaye cəmiyyətində 
mülkiyyət – istehsal, bölgü, mübadilə, istehlak münasibətlərini, sahibkarlıq və 
sosial çeviklik məsələlərinin insanların sosial – iqtisadi, siyasi – mədəni 
həyatına təsirini araşdırırlar. 
Şagirdlər Asiya və Afrika ölkələrinin sosial, siyasi, iqtisadi və mədəni 
həyatında baş vermiş əsas hadisələri təhlil edir, ənənəvi strukturların 
deformasiyasını sübut edən faktları aşkara çıxarırlar. 


100 
Məktəblilər XIX – XX əsrin hüdudlarında iqtisadi inkişafın yeni yollarının 
axtarılması ilə bağlı məsələləri təhlil edir və bu barədə öz fikirlərini 
formalaşdırırlar. 
Orta məktəb şagirdləri XIX əsrin sonu – XX əsrin 30-50-ci illərində 
dövlətlərarası münasibətləri, beynəlxalq aləmdə hərbi-siyasi böhranı 
kəskinləşdirən amilləri – II Dünya müharibəsinin səbəb və nəticələrini təhlil 
edir, onları I Dünya müharibəsi ərəfəsində və illərində baş vermiş hadisələrlə 
müqayisə edirlər. 
Məktəblilər bir sıra Qərb ölkələrində ictimai-siyasi həyatın demokratik-
ləşdirilməsi, hüquqi dövlətlərin, müxtəlif ictimai hərəkatların yaranması məsələ-
lərini təhlil edir və öz nəticələrini əsaslandırırlar. Şagirdlər terrorizmin 
mahiyyəti ilə tanış olur, onun nə üçün bəşəriyyətə təhlükə olduğunu faktlarla 
sübut edir, öz fikirlərini ölkəmizə qarşı terror faktları ilə əsaslandırırlar. Onlar 
həmçinin ölkələrin qarşılaşdığı digər qlobal problemləri – müharibə, ekologiya, 
demoqrafik, sülh, əhali artımı, energetika, QİÇS, Reproduktiv sağlamlıq və s. 
məsələləri araşdırırlar. 
Şagirdlər 1960-70-ci illərin sənaye cəmiyyətində baş verən böhranları, XX 
əsrdə modernləşdirmənin sürətləndirilməsini təhlil edir və bunların müasir 
sivilizasiyaya təsirini aşkara çıxarırlar. 
Şagirdlər XX əsrin II yarısında Avropa və Asiyanın bir sıra ölkələrində 
milli azadlıq hərəkatlarını müqayisəli şəkildə təhlil edir, siyasi azadlıq əldə 
etmiş ölkələrdə Qərb təsirinin mövcudluğunu faktlarla əsaslandırırlar. Bundan 
əlavə şagirdlər ölkələrin dünya iqtisadiyyatına inteqrasiyası, məlumat, 
texnologiya və kommunikasiya sahələrində baş verən əsaslı dəyişiklikləri təhlil 
edirlər. 
Məktəblilər Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı tarixi şəraiti 
təhlil edir, Azərbaycan dövlətçiliyinin bərpasının mühüm tarixi hadisə olduğunu 
sübut edir, AXC-nin həyata keçirdiyi tədbirlərlə demokratiyanın inkişafı 
arasında əlaqəni müəyyənləşdirirlər. AXC-nın süqutuna gətirən siyasi, iqtisadi, 


101 
sosial amillər, aprel işğalı və erməni separatizmi arasındakı əlaqələrə dair 
ümumiləşdirmələr aparırlar. 
Məktəblilər həmçinin Şimali Azərbaycanda Xalq Cümhuriyyətinin 
yaranması ilə Cənubi Azərbaycanda milli azadlıq hərəkatının güclənməsi 
arasında əlaqələri aşkara çıxarır, Şərq və Qərb sivilizasiyalarının Azərbaycana 
təsirinin güclənməsi və ya zəifləməsini təhlil edirlər. 
Şagirdlər 20-ci illərdə Şimali Azərbaycanda siyasi durumu təhlil edir və 
xalqımızın sovet rejiminə qarşı ciddi müqavimət göstərməsinin səbəblərini 
aydınlaşdırırlar. Onlar ZSFSR və SSRİ-nin yaranması ilə Azərbaycanın dövlət 
müstəqilliyinin itirilməsi arasında bağlılığı da aşkara çıxarırlar. 
Məktəblilər Ermənistan SSR-də yaşayan azərbaycanlılara özünüidarə 
hüququ vermədən Azərbaycan ərazisində Dağlıq Qarabağ Muxtar vilayətinin 
yaradılmasının ölkəmizin bütövlüyünə qəsd yolunda atılmış növbəti addım 
olduğunu əsaslandırır və onu müasir Qarabağ problemi ilə əlaqələndirirlər. 
Onlar həmçinin Naxçıvan MR-nın yaradılmasının səbəb-nəticə əlaqələrini də 
araşdırırlar. 
Bununla yanaşı, şagirdlər 20-30-cu illərdə SSRİ-də həyata keçirilən 
sənayeləşdirmə, zorla kollektivləşdirmə, kütləvi repressiyaların səbəblərini təhlil 
edir və nəticələrini qiymətləndirirlər. 
Orta məktəb şagirdləri bu illərdə Şimali Azərbaycanda sovet, Cənubi 
Azərbaycanda isə şah hökumətlərinin yeritdiyi siyasəti müqayisə edir, çıxarılmış 
nəticələrə əsasən onlara qiymət verirlər. 
Əldə edilmiş biliklər əsasında şagirdlər xalqımızın və dilimizin adının, 
əlifbamızın dəyişdirilməsinin səbəbləri barədə şəxsi mühakimə və dəlillərini 
formalaşdırırlar. 
Şagirdlər xarici dövlətlərin Azərbaycana marağının səbəblərini təhlil 
edirlər. II Dünya Müharibəsində faşizm üzərində qələbənin qazanılmasında 
Azərbaycanın rolunu qiymətləndirirlər. II Dünya müharibəsi illərində baş verən 
hadisələrlə Cənubi Azərbaycandakı 21 Azər hərəkatı və onun məğlubiyyət 
səbəbləri arasındakı əlaqələri araşdırırlar. II Dünya Müharibəsindən sonrakı 


102 
dövrdə respublikamızda idarəçilik sistemini möhkəmləndirməkdə Sovet 
hökumətinin güddüyü məqsədləri müəyyənləşdirir, 1948-1953-cü illərdə Qərbi 
Azərbaycan torpaqlarından soydaşlarımızın kütləvi deportasiya edilməsində 
SSRİ rəhbərliyinin rolunu qiymətləndirirlər. Məktəblilər 60-cı illərin sonunda 
H.Əliyevin hakimiyyətə gəlməsi ilə respublikada idarəçilik sisteminin 
möhkəmləndirilməsi, 70-ci illərdə iqtisadi quruculuq və mədəni inkişafla bağlı 
görülən tədbirləri araşdırırlar. Bundan əlavə, şagirdlər 80-90-cı illərdə 
xalqımızın azadlıq mübarizəsi, 20 Yanvar hadisəsi və dövlət müstəqilliyinin 
bərpası və möhkəmləndirilməsi, Qarabağ müharibəsi ilə bağlı faktları, bu işdə 
H.Əliyevin göstərdiyi xidmətləri təhlil edirlər. 
Şagirdlər həmçinin XXI əsrin astanasında xalqımızın demokratik, hüquqi, 
dünyəvi dövlət quruculuğu istiqamətində atdığı addımları təhlil edir, iqtisadi, 
sosial-siyasi və mədəni inkişafına təsir edən amillərlə bağlı və ölkəmizin Qərb 
sivilizasiyası ilə əlaqələrinə dair ümumiləşdirmələr aparırlar. 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə