99
yiyələnmək uğrunda dövlətlərarası
mübarizəni, torpaqlarımızın Rusiya ilə İran
arasında bölüşdürülməsini təhlil edirlər. Onlar Gülüstan və Türkmənçay sülh
müqavilələrinin xalqımız üçün nəticələrini, Rusiya imperiyasının Şimali
Azərbaycanda, İran dövlətinin Cənubi Azərbaycanda
yeritdiyi müstəmləkəçilik
siyasətini, onun siyasi, sosial – iqtisadi və mədəni nəticələrini, xalqın bu siyasətə
müqavimətini araşdırır, Şimali Azərbaycanın Qərb, Cənubi Azərbaycanın isə
Şərq
sivilizasiyasına
istiqamətlənməsi
nəticəsinə
gəlirlər.
Həmin
sivilizasiyaların cəmiyyət – dövlət münasibətlərinə, ictimai həyatın
tənzimlənməsinə və bu sahələrə təsirini təhlil edirlər. Qərb mədəniyyətinin
əxlaqi nümunələrinin və kapitalın ixracı nəticəsində ənənəvi cəmiyyət
strukturlarında baş dəyişiklikləri aydınlaşdırırlar.
Şagirdlər Azərbaycanın I
Dünya Müharibəsi ilə əlaqəsini, müharibənin
iqtisadiyyata və əhalinin güzəranına mənfi təsirini, Rusiyada fevral inqilabının
qələbəsindən sonra Azərbaycanda milli-azadlıq hərəkatının güclənməsini
araşdırır və müəyyən nəticəyə gəlirlər.
Dostları ilə paylaş: