Dərs vəsaiti baki 011 azərbaycan döVLƏt pedaqoji universitetiNİN 90 İLLİK



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə25/339
tarix30.04.2023
ölçüsü5,31 Mb.
#107781
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   339
em tom

Ədəbiyyat
1.
Aktualnıe 
voprosı metodika obuçeniya istorii (Pod. Red. 
A.Q.Koloskova. M., 1984). 
2.
Vaqin A.A. Metodika obuçeniye istorii v sredney şkole. M., 1972. 
3.
Dayri N.Q. Proverka znaniy i poznovatelnaya deyatelnost uçaşixsya 
klassa. M., 1960. 
4.
Metodika obçueniya istorii drevneqo mira i srednix vekov v V-VI 
klassax. M., 1970. 
5.
Abbasov A.N. Pedaqogika (müxtəsər konspekt və sxemlər). Bakı, 
2007. 
6.
Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün tarix proqramları. Bakı, 
2000-ci il. 
7.
Əmirov M.M. Orta məktəbdə tarixin tədrisinin aktual problemləri. 
Bakı, 2009, 160 səh. 


71 
IV BÖLMƏ. MƏKTƏBDƏ TARĠX TƏLĠM PROSESĠ 
Müəllimlik sənəti, peşəsi cəmiyyətdə 
ən yüksək qiymətə layiq olan bir 
peşədir. Müəllim olmaq kimi şərəfli 
bir iş yoxdur. Çünki müəllimlər 
xalqın biliklənməsinin, təhsilinin 
inkişaf etməsinin və nəhayət, xalqın 
elminin 
inkişafının 
əsasını 
qoyanlardır 
Heydər Əliyev 
§ 1 Məktəbdə tarix təlim prosesinin mahiyyəti və onun 
planlaĢdırılması. Tarix təliminin didaktik prinsipləri və funksiyaları. 
Məktəb tarix təlimi prosesinin qanunauyğunluqları
Təlim - müəllim və şagirdlərin qarşılıqlı fəaliyyətinin xüsusi təşkil edilmiş, 
məqsədyönlü, sistemli və idarə olunan prosesi olub bu zaman bilik, bacarıq və 
vərdişlərin mənimsənilməsi baş verir, məktəblilərin tərbiyə və inkişafı həyata 
keçir. 
Təlim anlayışı hadisəni bildirir. Təlim obyektiv gerçəkliyin çox mürəkkəb 
prosesidir. Ona görə də bu prosesin tam və hərtərəfli tərifini vermək çox 
çətindir. Təlimin metodik ədəbiyyatda çoxsaylı tərəfləri var. 
Qədim və orta əsr mütəfəkkirlərinin əsərlərində «təlim», «təlim prosesi» 
anlayışları dedikdə, başlıca olaraq tədris başa düşülür. XX əsrin əvvəllərində 
«təlim» anlayışına bu prosesi təşkil edən iki komponenti- tədris və öyrənmə 
anlayışlarını da daxil etdilər. Tədris dedikdə dərs materialının mənimsənilməsini 
təşkil etmək üçün müəllimlərin fəaliyyəti başa düşülür. Öyrənmə dedikdə 
keçirilən materialı mənimsəmək üçün şagirdlərin fəaliyyəti başa düşülür. 
Şagirdlərin idrak fəaliyyətini formalaşdırmaq üzrə müəllimin idarəedici 
fəaliyyəti, müəllim və şagirdlərin birgə fəaliyyəti də təlim anlayışında öz əksini 
tapır. 
Müasir anlamda təlim üçün aşağıdakı əlamətlər səciyyəvidir: 
1) ikitərəfli xarakter; 
2) müəllimlərin və şagirdlərin birgə fəaliyyəti; 
3) müəllim tərəfindən rəhbərlik; 


72 
4) şagirdlərin təhsil-tərbiyəsini, inkişafını və formalaşmasını, planauyğun 
surətdə təşkil və idarə etmək; 
5) tamlıq və vəhdətdə olmaq; 
6) şagirdlərin yaş inkişafının qanunauyğunluqlarına müvafiqlik. 

Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   339




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə