Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   66

~ 102 ~ 
Tökmə  kəllə  qənd  8  dəqiqədən;  preslənmiş,  tökmə  xassəli 
preslənmiş qənd isə 7 dəqiqədən tez əriməmlidir.  
 
2.15.8. Rafinad qəndində ovuntuların miqdarının təyini 
Bir  qutu  (500  q)  və  ya  250-500  q  kütlədə  çəkilib  götürülmüş 
orta nümunə təmiz stolun və ya kağızın üzərinə tökülür. Standarta 
uyğun gələn rafinad – qənd tikələri bir-bir seçilib ayrılır. 5-dən az 
olan şəkər tikələri, qırıntılar, ovuntu və şəkər kirşanı itkisiz tərəzi-
də  çəkilir.  Alınmış  çəkilərə  görə  xırdalanmışların  (ovuntunun) 
miqdarı rafinad qəndinin kütləsinə görə faizlə hesablanıb standart 
göstəricilərlə müqayisə edilir. 
Şəkər  yozu  və  rafinad  qəndinin  laboratoriya  tədqiqinin  nəti-
cələri aşağıdakı xüsusi formada əks olunur. 
Şəkər tozu və rafinad qəndinin laboratoriya tədqiqinin 
nəticələrinin qeydiyyat forması 
Sıra 
sayı 
Keyfiyyət göstəriciləri 
Standart 
göstəricisi 
Tədqiqat 
nəticəsi 
1. 
Orqanoleptiki göstəricilər 
 
 
1.1. 
Xarici görünüş 
 
 
1.2. 
Iy və kənar dad 
 
 
1.3. 
Toz – şəkər məhlulunun təmizliyi 
 
 
1.4. 
Rafinad – qəndi məhlulun təmizliyi 
 
 

Fiziki – kimyəvi göstəricilər 
 
 
2.1. 
Nəmliyi, faizlə 
 
 
2.2. 
Şəkərin rəngi (Ştammer vahidinə görə) 
 
 
2.3. 
Rafinad – qəndinin suda həll olma müddəti, dəqiqə ilə 
 
 
2.4. 
Saxarozanın miqdarı, faizlə 
 
 
2.5. 
Ovuntunun miqdarı, faizlə 
 
 
 
 
2.16. 
Bitki yağlarının ke
yfiyy
ə
tinin 
qiym
ə
tl
ə
ndirilm
ə
si 
İşin  məqsədi.  Bitki  yağlarının  orqanoleptik  və  fiziki-kimyəvi 
göstəricilərinin öyrənilməsi. 
Yağın  keyfiyyətinin  yararlığına  dair  qərar  kompleks  orqano-
leptik, fiziki və kimyəvi göstəricilər əsasında verilir. Təhlil zama-


~ 103 ~ 
nı  adətən  dad,  iy,  rəng,  şəffaflıq,  çöküntünün  miqdarı,  sıxlıq  və 
bəzi kimyəvi göstəricilər, məsələn turşu ədədi ilə məhdudlaşdırı-
lır. 
İşin  gedişi:  1.  Keyfiyyətin  orqanoleptik  göstəriciləri.  Tədqiq 
olunan yağ nümunəsində iy və rəng təyin olunmazdan əvvəl çök-
dürülməli yaxud filtrdən keçirilməlidir. 
Tədqiq  olunan  nümunənin  şəffaflığı  təyin  olunmazdan  əvvəl 
onu möhkəm çalxalamaq lazımdır. 
Soyudulmaya  məruz  qoyulan  yağ  əvvəlcə  su  hamamında  30 
dəqiqə 50
0
C-də  qızdırılır,  sonra  tədricən  20
0
C-yə  yaxın  tempera-
tura salınır. 
-
 
İyi  təyin  etmək  üçün  yağ  şüşə  təbəqə  üzərinə  zərif  qatda 
çəkilir  və  ya  barmağın  arxa  tərəfi  ilə  yaxılır.  Yağın  iyini  daha 
aydın bilmək üçün onu su hamamında 50
0
C-yə yaxın qızdırırlar; 
-
 
Yağın  rəngini  təyin  etmək  üçün  onu  azı  50  mm  qalınlıqda 
stəkana  tökür,  ağ  fonda  keçən  və  ya  əks  olunan  işıq  qarşısında 
baxırlar.  Sınaqda  tədqiq  olunan  yağın  rəngi  və  çalarları  (sarı 
yaşılvarı çalarlarla, tünd-yaşıl və s.) müəyyən olunur
-
 
Rafinasiya olunmuş və olunmamış bitki  yağlarının rəngliliyi 
yağın piqment  kompleksinin kəmiyyət və keyfiyyət tərkibi olub, 
yod şkalası üzrə 0-dan 100-ə qədər rəng ədədi ilə ifadə olunur. 
Yodun  standart  məhlulu  şkalası  üzrə  rəng  ədədinin  təyini 
metodu  tədqiq  olunan  yağın  rəng  intensivliyinin  yodun  standart 
məhlulunun rəngi ilə müqayisəsinə əsaslanır. 
Yağın  rəng  ədədi  100  sm
3
  standart  yod  məhlulunda  olan 
sərbəst  yodun  milliqramla  miqdarı  ilə  ifadə  olunur.  Qeyd  etmək 
lazımdır  ki,  belə  yod  məhlulu  1  sm  qalınlığında  təbəqə  şəklində 
tədqiq olunan yağla eyni rəng intensivliyinə malik olur.
 
Sınaq aparmaq üçün yağ yaxşı qarışdırılır və filtrdən keçirilir. 
Sınaq  şüşəsinə  süzülmüş  tədqiq  olunan  yağ  tökülür  və  rəng 
intensivliyi  standart  yod  məhlulu  ilə  müqayisə  olunur.  Sınaq 
keçərər  əks  olunan  gündüz  işığında  yaxud  parıltısız  elektrik 
lampasında aparılır. 
Tədqiq olunan yağın rəng ədədi etalonun rəng ədədinə bərabər 
qəbul edilir. 


~ 104 ~ 
-
 
Şəffaflığı  təyin  etmək  üçün  100  ml  yağ  silindrə  tökülür  və 
20
0
C  temperaturda  24  saat  sakit  saxlanır.  Çökmüş  yağa  həm 
keçən,  həm  də  əks  olunan  işıqda,  ağ  fonda  baxılır.  Əgər  tədqiq 
olunan  yağda  bulanıqlıq  yaxud  asılqan  lopalar  olmazsa,  o,  şəffaf 
hesab olunur; 
-
 
Yağın dadı 20
0
C temperaturda təyin edilir; 
-
 
Çökmənin  miqdarını  təyin  etmək  üçün  100  sm
3
  möhkəm 
qarışdırılan,  orta  nümunə  tıxacla  bağlanan  0,2  sm-lik  bölgülərə 
bölünmüş 100 sm
3
 tutumlu ölçülü silindrə keçirilir. 48 saatlıq 15-
20
0
C temepraturda sakit saxlanmadan sonra  çöküntünün  miqdarı 
qeyd olunur. Bu, həcmin 2%-ni keçməməlidir. 
-
 
Maye və çox maye olmayan yağların sıxlığı areometrlə təyin 
edilir.  Kifayət  qədər  geniş  şüşə  silindrə  tökülmüş  yağa  ehtiyatla 
areometr  salınır.  Areometr  yağın  temperaturunu  qəbul  etməsi 
üçün hesabatı 10-15 dəqiqədən sonra aparırlar. 
 
 Yağların turşu ədədinin ölçülməsi 
Konserv  istehsalında  yağın  turşu  ədədi  yalnız  qəbul  olunan 
xammalın  keyfiyyətinin  qiymətləndirilməsinin  deyil,  həmçinin 
sex nəzarətinin aparılmasında bişirmə sobalarında yağın acılaşma 
dərəcəsi göstəricisi kimi əhəmiyyət daşıyır. 
Bundan  başqa,  havada  uzun  müddətli  saxlanmada  nəmliyin, 
işığın təsiri altında  yağ acılaşır və bu halda turşu ədədi  yüksəlir. 
Bitki yağlarının qəbulunda turşu ədədini təyin etmək üçün tədqiq 
olunan  yağ  adi  konusvari  kolbada  çəkilir.  Yağın  kütləsi  5 
qramdan  az  olmamalıdır.  Bütün  çəkilər  0,1  q  dəqiqliklə  yerinə 
yetirilir.  Sonra  kolbaya  50  sm
3
  doymuş  xörək  duzu  məhlulu  və 
10-15 damla fenolftalein tökülür. Kolba tıxacla möhkəm bağlanır 
və içindəkilər silkələməklə möhkəm qarışdırılır. Emulsiya kalium 
hidroksidin sulu məhlulu ilə titrlənir. Molyar qatılığı (KOH)=0,1 
mol/dm
3
  olan  kalium  hidroksid  1-2  damla  əlavə  olunur.  Yağ 
doymuş xörək duzu məhlulu ilə titrləndikdə hər 4-5 damla qələvi 
məhlulu əlavə olunduqdan sonra kolba tıxacla bağlanaraq çevrilir 
və  10-12  dəfə  bərk  silkələnir.  Titrləmə  vaxtı  yağ  məhlulunun 
rənginin dəyişməsi üzərində müşahidə aparılır. Titrləmə kolbanın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə