Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   66

~ 112 ~ 
miqdarının təyini.  
İşin  prinsipi  ondan  ibarətdir  ki,  refraktometrlərdə  tədqiq 
olunan  məhluldan  keçən  işıq  şüalarının  sınma  dərəcəsi  onda  həll 
olan  maddələrin  qatılığından  asılıdır.  Əgər  məhlulda  əsasən  bir 
maddə  olarsa,  o  zaman  refraktometrlər  məlum  dəqiqliklə  onun 
qatılığını təyin etməyə imkan verir.  
İstifadə  olunan  refraktometrlər  arasında  URL  (universal 
laboratoriya  refraktometri)  və  tədris  sahə  refraktometri  geniş 
istifadə olunmaqdadır.  
URL  refraktometri  (şəkil  2.6)  bağlanmış  elektrik  əlaqələri  ilə  
əsasdan-1 və işıq-ölçü kompleksi ilə korpusdan-2 ibarətdir.  
 
 
Şəkil 2.6. URL rafraktometrinin sxemi 
1-əsas;  2-korpus;  3-aşağı  linzanın  aynası;  4-işıqlandırıcı; 
5-termometr;  6-yuxarı  linzanın  aynası;  7-vint  (limb);  8-
sıfır  xəttini  qurmaq  üçün  açar  yuvası;  9-şkala;  10-
okulyar;  11-okulyarın  fırladılması  üçün  əl  dəstəyi;  12-
ştepsel; 13-sifir xəttinə tənzimləyən açar 
 
Korpusda  hərəkətli  işıqlandırıcı-4,  termometr-5,  yuxarı  hərə-


~ 113 ~ 
kətli qapaqdan-6 və aşağı hərəkətsiz ölçü linzasından-3 ibarətdir. 
Bu  linzada  20
0
C  temperatura  tənzimlənmiş  suyu  termostatdan 
çıxaran və verən ştuser vardır. Korpusda həmçinin şkala-9 vardır 
ki,  onun  göstəricisinə  okulyarla  baxılır və  o,  dönmə  qulpu-11  ilə 
fiksə  edilir.  Həmçinin  işıq  kölgə  sərhədinin  -7  rəngliliyini  kənar 
etmək  üçün  limb  vardır.  Korpusda  düzəliş  açarını  sıfır-məntəqə 
qurucusu üçün tıxacla bağlanan  yuva-8 elektrik  şəbəkəsinə  daxil 
olan ştepsele malikdir.  
Təyin  etmədən  əvvəl  refraktometr  destillə  edilmiş  su  ilə  sıfır 
xəttinə  nizamlanır.  Sonra  aşağı  linzaya  şüşə  çubuqla  1-2  damla 
yaxılır.  Yuxarı  linzanın  qapağı  bağlanır,  işıq  onun  aynasına 
yönəldilir.  Okulyardan  baxılaraq  şkalada  işıq-qaranlıq  sərhədi 
tapılır.  Əgər  lazım  gələrsə  açarla-13,  20
0
C-də  işıq-qaranlıq 
sərhədi, yəni quru maddələr şkalaya görə 0%-lə tənzimlənir, eyni 
zamanda şkalanın rəngliliyi vintlə-7 aradan qaldırılır. Sıfır xəttinə 
qurulmanın düzgünlüyü  2-3 dəfə  yoxlanır. Sonra prizma tənziflə 
silinərək qurulanır və aşağı prizmanın üzərinə tədqiq olunan maye 
yaxılaraq  yuxarı  hissə  bağlanır.  Yuxarı  və  aşağı  linzaların  səthi 
paralel olmalıdır. Əgər məhlul şəffaf olarsa, o zaman işıq mənbə-
yindən  işıq  yuxarı  prizmanın  aynasına,  əgər  tünd  rəngli  olarsa 
aşağı aynasına yönəldilir. Okulyarın əl dəstəyi firladılmaqla işıq-
qaranlıq sərhədinin kəsişməsi tapılır və nəticə yazılır. Təyinetmə 
üç dəfə təkrar edilir və orta ədəd tapılır. 
Əzilmiş  meyvə  və  tərəvəzdən  sıxılmaqla  tədqiq  olunan  şirə 
alınır.  Pomidor  məhsulları  tədqiq  olunduqda  şirə  ikiqat  tənzif 
qatından  istifadə  edilməklə  ayrılır.  İstənilən  halda  çıxan  şirənin 
birinci və sonuncu damlası təyin etmək üçün istifadə edilmir. Bu 
onunla əlaqədardır ki, mayenin ilk damlası daha “duru”, sonuncu 
isə “qatı” ola bilir (nəinki orta vəziyyətdə olanlar).  
Çöl şəraitində həll olan quru maddələrin miqdarını təyin etmək 
üçün  sahə  refraktometrindən  istifadə  edilir  (şəkil  2.7).  Cihaz 
özünü üzərində optik sistem bərkidilən metal boru kimi göstərir. 
Cihazın  sonluqlarının  birində  təyinetmə  nəticələrini  müşahidə 
etmək  üçün  okulyar-1,  ikincidə  linza  bərkidilmiş  cihaz  başlığı, 
hansı ki, yuxarı hissə-6 oxa, termometr-5 və işıq qaranlıq 4 xəttini 


~ 114 ~ 
qurmaq  üçün  vintə  sıxılır.  Bundan  başqa,  cihazda  kəskinliyi 
tənzimləmə və şkalanın 
ştorm
 həlqələri-3 vardır.  
 
 
 
Şəkil 2.7. Sahə refraktometrinin sxemi 
1-şkala  ilə  okulyar;  2-kəskinliyi  nizamlamaq  üçün 
həlqə;  3-şkala  ştoru  həlqəsi;  4-vint  (limb);  5-
termometr; 6-yuxarı linzanın aynası 
 
Destillə edilmiş su ilə sıfır xəttinə qurulduqdan sonra prizma-
nın  səthi  silinir,  altdakı  prizmaya  təqdiq  olunan  məhlul  yaxılır, 
yuxarı hissə qapanır, işıq yönəldilir və hesabat aparılır. Təyinetmə 
üç dəfə təkrarlanır və temperatura düzəliş edilir (cədvəl 2.14).    
Cədvəl 2.14 
Həll olan maddələrin miqdarının refraktometrik metodla 
təyinində temperatura düzəliş 
Temperatur, 
0

Məhsulda həll olan quru maddələrin miqdarı, %-lə 


10 
15 
20 
30 
40 
50 
60 
70 
Refraktometrin göstəricisindən çıxılır 
15 
0,27  0,29  0,31  0,33  0,34  0,35  0,37  0,38 
0,39 
0,40 
17 
0,17  0,18  0,19  0,20  0,21  0,21  0.23  0,23 
0,23 
0,24 
19 
0,06  0,06  0,06  0,07  0,07  0,07  0,08  0,08 
0,08 
0,08 
Reftaktometrin göstəricisi üzərinə əlavə olunur 
21 
0,06  0,07  0,07  0,07  0,07  0,08  0,08  0,08 
0,08 
0,08 

0,19  0,20  0,21  0,22  0,22  0,23  0,23  0,24 
0,24 
0,24 
25 
0,33  0,35  0,36  0,37  0,38  0,39  0,40  0,40 
0,40 
0,40 
27 
0,48  0,50  0,52  0,53  0,54  0,55  0,56  0,56 
0,56 
0,56 
29 
0,64  0,66  0,68  0,69  0,71  0,73  0,73  0,73 
0,73 
0,74 
 
 Bir  çox  meyvə  və  tərəvəzlərdə  şəkərlərin  miqdarını  təyin 


~ 115 ~ 
etmək  üçün  refraktometrik  ekspres  metodundan  istifadə  olunur. 
Əvvəlcə  həll  olan  quru  maddələrin  miqdarının  şəkərə  çevrmə 
əmsalı tapılır. Bunun üçün bircinsli məhsul partiyasından azı 10-
15  orta  nümunə  götürülür.  Hər  nümunədə  paralel  təyin  etmələr 
aparılır.  Şəkərin  miqdarı  standart  kimyəvi  metodla  və  həll  olan 
quru maddələrin miqdarına görə refraktometrik üsulla təyin edilir 
(cədvəl 2.15).  
Cədvəl 2.15 
Alma sort nümunəsində həll olan quru maddələrin miqdarının 
çevirmə əmsalının təyini 
Maddələr, 

 
 
 
 
 
 
 
 
 
 
Orta 
 









10 
Həll olan 
quru 
maddələr 
11,8  11,9  11,7  12,0  12,0  11,8  11,7  11,8  12,1  12,0  11,9 
Şəkər 
9,52  9,53  9,55  9,60  9,57  9,49  9,48  9,51  9,61  9,56  9,54 
 
İki  sırada  alınan  ədədlər  əsasında  həll  olan  quru  maddələrin 
şəkərlərin miqdarına çevirmə əmsalı tapılır. 
Yuxarıda qeyd olunan misalda həmin sort alma üçün çevirmə 
əmsalı bərabər olur : 9,54:11,9=0,8 
 
2.20. Pomidorda quru madd
ə
l
ə
rin miqda
rının 
t
ə
yini 
Pomidorun əsas hissəsi konser sənayesində pomidor məhsulları 
istehsalında  istifadə  olunur.  Bunlara  pomidor  şirəsi,  pomidor 
püresi  və  tomat  pastası  aiddir.  Bütün  bu  məhsullarda  quru 
maddələrin  miqdarı  standartla  normalaşdırılır  və  uyğun  olaraq 
ciddi müəyyən olunmuş hədd daxilində dəyişir. Şirədə azı 4,5%, 
püredə  12-15-20%,  pastada  30-35-40-45-50%  hədləri  daxilində 
dəyişməlidir. Ona görə də pomidor meyvələrində quru maddələrin 
miqdarı nə qədər çox olarsa, pomidor məhsullarının çıxımı bir o 
qədər yüksək olur.  
Tapşırıq.  Müxtəlif  sort  və  yetişkənlik  dərəcəsində  istifadə 
olunan pomidorlarda quru maddələrin miqdarının təyini. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə