Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   66

~ 141 ~ 
malla qurulanır.  
Xammalın  kükürd  qazı  ilə  emalı  və  blanşirlənmənin  qurudul-
muş almanın keyfiyyətinə təsiri müəyyən olunduqda rəngin təyini 
xüsusi rol oynayır.  
Nümunə zərif qatda şüşənin üzərinə səpilir və ümumi rəng to-
nu  müəyyən  olunur.  Bu  məqsədlə  əvvəlcədən  şüşənin  altına  ağ 
kağız qoyulur. Emal olunmuş quru meyvələr  cəlbedici  görünüşə, 
krem çalarları ilə ağ rəngə təzə almanın parlaq ifadə olunan ətir və 
dadına malik olmalıdır. Əvvəlcədən emal olunmamış almalar qəh-
vəyi rəngə və az cəledici görkəmə malik olur.   
Qurudulmuş  almada  nəmliyin  miqdarı  onu  quruducu  şkafda 
100-105
0
C tempeturda qurutmaqla müəyyən olunur. Əvvəlcə ana-
litik tərəzidə təmiz və quru boş bükslər çəkilir sonra onun içərisi-
nə  xırda  doğranmış  6-10  q  qurudulmuş  alma  qoyulur  və  daimi 
kütləyə qədər qurudulur. Nəmliyin miqdarı X (%) aşağıdakı for-
mulla təyin olunur.  
 
   
   
   
   , 
 
burada: a - boş büksün kütləsi, q; 
b - büksün qurudulmaya qədər olan nümunəylə kütləsi, q; 
v - büksün qurudulmadan sonra olan kütləsi, q.  
İşin yerinə yetirilməsinə dair hesabat. Nəticələr 3.2 saylı ye-
kun  cədvəldə  əks  olunur.  Analizlərlə  alınan  məlumatlar  əsasında 
xammalın  hazırlanmasının hazır məhsulun keyfiyyətinə təsiri  ya-
xud qurutmaq üçün bu və  ya digər sort meyvənin üstünlüklərinə 
dair nəticələrə gəlinir.  
Material  və  avadanlıqlar. Təzə almanın  payızlıq  yaxud  qışlıq 
sortları,  0,15%-li  kükürd  qazı  məhlulu  10  kq-a  qədər  şkalalı  tə-
rəzi, 200 q-a qədər texniki tərəzi, alüminium yaxud farfor kasalar, 
bıçaqlar,  alüminium  yaxud  emallı  qazanlar,  elektrik  qızdırıcılar 
yaxud  qaz  sobaları,  laboratoriya  quruducuları  yaxud  quruducu 
şkaflar,  alüminium  yaxud  şüşə  bükslər,  analitik  tərəzilər,  ayna 
şüşəsi, ağ kağız.  
Cədvəl 3.2 


~ 142 ~ 
Almanın qurudulmasının nəticələri 
Göstəricilər 
Variantlar 

II 
III 
Almanı qurutmaya hazırladıqda 
qalıqlar, % 
 
 
 
Orqanoleptik göstəricilər: 
 
 
 
Xarici görünüşü 
 
 
 
Iyi 
 
 
 
Dad və ətri 
 
 
 
Rəngi 
 
 
 
Fiziki-kimyəvi göstəricilər, %: 
 
 
 
Hazır məhsulun çıxımı 
 
 
 
Nəmliyin miqdarı 
 
 
 
 
 
3.7.2. Qurudulmuş meyvələrin texniki təhlili 
Ləvazimatlar: şüşə lövhə, pinset, texniki tərəzi və qurudulmuş 
meyvə. 
Şüşə lövhəni ağ kağız üzərinə qoymalı və üstünə texniki tərəzi-
də çəkilmiş 200 qram meyvəni sərməli. Buradan pinset vasitəsi ilə 
zədələnmiş və çox kiçik meyvə qurularını, kənar qarışıqları, mey-
vəsiz çəyirdəkləri ayırmaq lazımdır. Ayrılmış hissəni texniki tərə-
zidə  0,1  qram  dəqiqliklə  çəkməli  və  ümumi  miqdara  görə  %-lə 
hesablamaq lazımdır.  
 
3.7.3. Metal qarışıqlarının təyini 
Ləvazimatlar. Qaldırıcı qüvvəsi 5 kq-dan az olmayan nalabən-
zər  maqnit,  diametri  50-60  mm  olan  saat  şüşəsi,  analitik  və  tex-
niki tərəzilər.  
Yoxlanılan  1  kq  məhsulu  təmiz  ağ  kağız  üzərinə  yaymalı  və 
maqniti bu kağız üzərində gəzdirməli. Maqnitə yapışmış metalları 
saat  şüşəsi  üzərinə  yığıb  çəkməli.  Burada  metalın  miqdarı  1  kq 
məhsulda milliramlarla hesablanır. 
Zavodlarda işlənmiş meyvə qurularında kənar və metal qarışıq-
ları  olmamalıdır.  Adi  şəraitdə  qurudulmuş  meyvələrdə  isə  kənar 
qarışıqlar – qum qarışıqları hiss olunmamalıdır.  
Dövlət standartlarına görə kənar qarışıqların (qum və s.) quru-


~ 143 ~ 
dulmuş  ağ  kələmlə,  yerkökündə,  qarışıq  tərəvəzlərdə  0,01%-dən 
və  metal  qarışıqlarının  3  mq/kq-dan  artıq  olmasına  yol  verilmir. 
Qurudulmuş soğanda kənar qarışıqların olmasına yol verilmir. 
 
3.7.4. Bərk mineral qarışıqların təyini 
Lavazimat  və  reaktivlər:  tutumu  50  sm

olan  kimyəvi  stəkan, 
şüşə çubuq, sıxlığı 1,59 kq/dm
3
 olan kimyəvi təmiz karbon tetra-
xlorid, qayçı, çini həvəngdəstə, eskskator, quruducu şkaf. 
Məhsuldan 100 qram orta nümunə götürüb xırda doğramalı və 
ya  çini  həvəngdə  (qurudulmuş  kartof)  əzişdirib  yaxşı  qarışdırıl-
malı və 0,0001 qram  dəqiqliklə  analitik tərəzidə  10 qram  çəkilir. 
Nümunə  kimyəvi  stəkana  tökülür  və  üzərinə  30  sm
3
  karbon  4-
xlorid töküb şüşə çubuq ilə 2 dəqiqə yaxşı qarışdırmalı.  
10-15  dəqiqə  müddətində  mineral  qarışıqlar  stəkanın  dibinə 
çökür.  Nümunə  məhlulla  birlikdə  çöküntüdən  ayrılır  və  üzərinə 
yenidən 3- sm
3
 karbon 4 – xlorid əlavə edilir və qarışdırılır. Yeni-
dən  10-15  dəqiqə  dincə  qoyulur  və  çöküntüdən  ayrılır.  Kimyəvi 
stəkan  çöküntü  ilə  birlikdə  quruducu  şkafda  130
0
C  temparaturda 
45 dəqiqə müddətində qurudulur. 
Kimyəvi  stəkan  ekskatorda  soyudulur  və  analitik  tərəzidə 
çəkilib  aşağıdakı  düstür  vasitəsi  ilə  mineral  qarışıqların  miqdarı 
təyin edilir. 
 
   
   
 
 
   , 
 
burada: V - mineral qarışığın kimyəvi stəkanla birgə çəkisi
      V

- kimyəvi stəkanın boş çəkisi; 
       N - nümunənin miqdarı, qramla. 
 
3.7.5. Quru meyvə məhsullarının nəmliyinin təyini  
Lavazimat və reaktivlər: quruducu elektrik şkafı, anlitik tərə-
zi, texniki tərəzi, qayçı, ekskator, termometr, şüşə bükslər, qranul-
laşdırılmış kalsium xlorid və ya sıxılığı 1,84kq/dm
3
 olan qatı sul-
fat turşusu.  
Meyvə  qurusundan  200  qram  götürülür,  çəyirdəklərdən,  müx-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə