Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   66

~ 144 ~ 
təlif yabani maddələrdən təmizlənir və 2 mm-dən böyük olmaya-
raq  doğranır.  Doğranmış  meyvədən  iki  büksün  hər  birinə  5-6 
qram  analitik  tərəzidə  0,001  qram  dəqiqliklə  çəkilib  qoyulur  və 
ağzı  açıq  şəkildə quruducu şkafda 98-100
0
C  temperaturda  4  saat 
müddətində  qurudulur.  Sonra  büks  soyumaq  üçün  15-30  dəqiqə 
müddətində ekskatorda saxlanır. 
Qurutmaqdan  əvvəl  və  sonrakı  çəki  fərqinə  əsasən  məhsulun 
nəmliyi formulla hesablanır.  
 
   
   
 
   
 
   , 
 
burada: V – büksün nümunə ilə birgə çəkisi
 
 V
1
 - büksün nümunə ilə birgə qurudulduqdan sora çəkisi; 
 
 V
2
 – büksin boş çəkisi. 
Qurudulmuş məhsulun iki nümunəsinin orta arifmetrik göstəri-
cisi onun nəmliyini göstərir. Məhsulun nəmliliyi 0,01% dəqiqliklə 
hesablanmalı, iki nümuə arasındakı müayinə fərqi 0,3%-dən artıq 
olmamalıdır.  
 
3.8. 
Dondurulmuş meyvə
, gil
ə
meyv
ə
 v
ə
 
t
ə
r
ə
v
ə
zl
ərin müayinə
si 
Tez dondurulan meyvə və tərəvəzlər -25
0
C-dən -50
0
C-yə qədər 
dondura  bilən  kameralarda  dondurulur.  Bu  üsul  konservləşmə 
üçün ən yaxşı üsul olub imkan verir ki, meyvə və tətəvəzlərin rən-
gi,  ətri,  dadı,  kimyəvi  tərkibi  demək  olar  ki,  olduğu  kimi  qalsın. 
Dondurma üçün yüksək keyfiyyətli, istehlak üçün yetişmiş meyvə 
və tərəvəzdən istifadə edilir.  
Tərəvəzlər dondurulmamışdan qabaq yuyulur, təmizlənir, təbii 
rəngini saxlamaq üçün bəzi tərəvəzlər qısa müddətli buğa verilir. 
Göy noxud, paxla, qırmızı  kələm,  pomidor, ətirli göyərti, birinci 
və  ikinci  yeməkdə  istifadə  olunan  tərəvəz  qarışığı,  çəyirdəkli 
meyvələr,  giləmeyvələr  dondurulur.  Meyvə  və  giləmeyvələr  bü-
töv və ya doğranmış şəkildə, şəkərlə (25%-dən az olmamaq şərti 
ilə) və ya şəkərsiz dondurulur. Şəkərsiz alma, gavalı, xurma, alba-


~ 145 ~ 
lı, qarağat, quş üzümü, şəkərli şərbətdə isə bütöv meyvələr, alma, 
armud, heyva isə əvvəlcədən təmizlənir, iki və ya dörd yerə bölü-
nür.  
Tez  dondurulan  meyvə  və  tərəvəzlərin  rəngləri,forma  və 
ölçüləri  eyni  olmalı,  dadı  və  iyi  isə  təzə  meyvə  və  tərəvəz  üçün 
xarakterik olmalıdır.  
Tez  dondurulan  meyvə  və  tərəvəzlər  karton  yeşiklərə,  meyvə 
və giləmeyvə üçün tutumu 0,5 kq, tərəvəz üçün tutumu 1 kq olan 
polietilen paketlərə və  ya çəkisi 20 kq-dan çox olmamaq şərti ilə 
karton yeşiklərə yığılır. 
Mağazalarda  meyvə  və  tərəvəz  -12
0
C  temperaturda,  havanın 
90-95% nisbi nəmliyində 3 gündən 5 günədək saxlanılır. 
Dondurulmuş  meyvə  və  giləmeyvələrə  dequstasiya  qiyməti 
verilməsi  orta nümunənin  götürülmə  anından 2-4 saatdan gec ol-
mamaq şərti ilə donu açılımış şəkildə aparılır. Götürülən nümunə-
nin temperaturu 2
0
C-dən çox olmamalıdır.  
Orqanoleptik göstəricilər aşağıdakı ardıcıllıqla təyin edilir: xa-
rici görünüşü, rəngi, iyi, dadı və konsistensiyası (QOST 8756.1 – 
79). 
Xarici  görünüşü.  5 bal  – meyvə və  giləmeyvə  çox  qəşəngdir, 
ölçüləri eynidir, düzgün formalıdır, istehlak üçün yetişmiş forma-
dadır, deformasiya olunmamışdır, parlaq səthə malikdir
4 bal – meyvə və giləmeyvə qəşəngdir, ölçüləri demək olar ki, 
eynidir.  Müxtəlif  ölçülü  meyvələrin  olmasına  10%-ə  qədər, 
giləmeyvələrə  -  15%-ə  qədər  icazə  verilir.  Gavalı,  ərik  və  şafta-
lıda 15%-ə qədər qabığın xırda çapıqlarına icazə verilir.  
3 bal – meyvə və giləmeyvə az cəlbedicidir, yetişmə dərəcəsi-
nə və ölçülərinə görə fərqlənmələr çoxdur. Ölçüləri müxtəlif olan 
meyvələr 15%-dən  çox olmamalı,  giləmeyvələr isə 20%-dən  çox 
olmamalıdır; 
2 bal – meyvə və giləmeyvələr cəlbedici deyil, əksəriyyəti xır-
da və deformasiya olunmuşadur, müxtəlif yetişmə dərəcəsindədir.  
1 bal – meyvə və giləmeyvə heç cəlbedici deyil, çox xırdadır, 
deformasiya olunan və əzilmiş çoxdur. 
Rəngi.  5  bal  –  intensiv,  təbii,  meyvə  və  giləmeyvələrin  özünə 


~ 146 ~ 
məxsus rəngdə, parlaqdır.  
4 bal  – nisbətən intensiv, meyvə  və  giləmeyvənin  rənginə  uy-
ğun,  parlaq  deyil.  Ərik,  şaftalı,  açıqrəngli  gilas  sortalrının  donu 
açılqdıqda  ola  bilsin  ki,  meyvənin  50%-inin  rəngi  bir  qədər 
tutqunlaşsın; 
3 bal – meyvə və giləmeyvənin özünəməxsus rəngi var. Yabani 
çiyələyin,  moruğun,  qırmızı  qarağatın,  quşüzümünün,  mərcinin 
rənginin nisbətən itməsinə;  gavalıda, albalıda,  gilasın  tünd  rəngli 
sortlarında, qara qarağatda və böyürtkəndə nisbətən qonurlaşmaya 
icazə  verilir.  əriyə,  şaftalıya,  açır  rəngli  gilas  sortlarına,  alma, 
armud və üzüm sortlarına havada donunun tam açılmasıda rəngi-
nin bir qədər tündləşməsinə icazə verilir
2 bal – rəngi təzə meyvə və giləmeyvənin rəngindən fərqlənir. 
Buna səbəb donun açılmasında gedən fermentativ reaksiyalardır: 
1 bal – meyvə və giləmeyvələrin təbii rəbgini tam itirməsi. 
İyi. 5 bal – kənardan yaxşı hiss olunan, təzə meyvə və giləmey-
vələrin sortuna məxsus iyi ilə ifadə olunan, kənar iyləri olmayan
4 bal – kənardan az hiss olunan, təzə meyvə və giləmeyvələrin 
sortuna məxsus iyi ilə nisbətən ifadə olunan kənar iyləri olmayan; 
3 bal – zəif hiss olunan xarakterik iyə malik olan
2 bal – kənardan iyi hiss edilməyən; 
1 bal – spesifik iyi olmayan, kənar iyləri olan. 
Dadı. 5 bal – şəkər və turşunun miqdarı harmoniya təşkil edir, 
təzə  meyvə  və  giləmeyvənin  dadına  çox  yaxındır,  kənar  tonlar 
yoxdur. Belə dondurulmuş məhsullar desert üçün istifadə olunur. 
4  bal  –  lazımi  qədər  harmoniklik  var,  təzə  meyvə  və 
giləmeyvənin dadına uyğundur, kənar tonlar yoxdur; 
3  bal  –  dadı  uyğundur,  lakin  nisbətən  boşdur.  Turşuluğun 
artıqlığı hiss olunur.  
2 bal – meyvə və giləmeyənin dadı heç hiss olunmur
1 bal – donu açılmış meyvə və giləmeyvədə kənar ton var. 
Konsistensiyası.  5  bal  –  bərkdir,  möhkəmdir,  təzə  meyvə  və 
giləmeyvələrin konsistensiyasına şox yaxındır, formasını saxlayır; 
4  bal  –  yetərincə  bərk  və  möhkəm  konsistensiyaya  malikdir. 
Az  miqdarda  deformasiyaya  icazə  verilir.  Yabanı  və  bağ  çiyələ-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə