Dərs vəsaiti baki 2016 azərbaycan döVLƏt neft və SƏnaye universiteti


METROLOGİYA SAHƏSİNDƏ ƏSAS ANLAYIŞLAR



Yüklə 4,02 Mb.
səhifə2/24
tarix31.12.2021
ölçüsü4,02 Mb.
#82395
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   24
Metr.əsasları Fərzanə Nadir

1. METROLOGİYA SAHƏSİNDƏ ƏSAS ANLAYIŞLAR
Metrologiya – “metron”(ölçmə) və “logos” (öyrənmə/elm) kimi iki yunan sözünün birləşməsindən əmələ gəlmişdir. Ölçmələrdən, onların vəhdətinin təmin edilməsi üsul və vasitələrindən və tələb olunan dəqiqliyinin əldə olunması yollarından bəhs edən elmə metrologiya deyilir [1,2].

Fiziki kəmiyyətin qiymətinin təcrübədən xüsusi (texniki) vasitələrin köməyilə tapılmasına ölçmə deyilir.

Bir sıra fiziki obyektlər və onlarda baş verən proseslər üçün keyfiyyətcə ümumi, kəmiyyətcə (miqdarca) isə fərdi olan xassəyə fiziki kəmiyyət deyilir.

Ölçmədə istifadə edilən və normallaşdırılmış metroloji xassəyə (xarakteristikalara) malik olan texniki vasitələrə ölçmə vasitəsi deyilir.



Ölçmənin əsasını təşkil edən fiziki hadisəyə (hadisələr məcmusuna) ölçmə prinsipi deyilir. Bəzi ölçmə vasitələrinin adında ölçmə prinsipi öz əksini tapır. (termoelektrik termometr, genişlənmə termometri, elektrodinamik vattmetr, müqavimət termometri və s.).

Ölçmə prinsipi və vasitələrinin müxtəlif cütlüyünün istifadə olunma fəndlərinin məcmusuna ölçmə üsulu deyilir.

Ölçmələrin bütün nəticələrinin qanunlaşdırılmış vahidlərlə ifadə olunması və xətalarının verilmiş ehtimalla qoyulan normalara uyğun olması halı ölçmlərin vəhdəti adlanır. Bu müxtəlif yerlərdə müxtəlif şəraitlərdə eyni adlı kəmiyyətin ölçülməsindən alınan nəticələrin tutuşdurula bilən olması üçün ən vacib şərtdir.

Ölçmələrin vəhdətinin təmin edilməsinin başlıca yolu ölçmə vasitələrinin eyniliyidir. Bütün ölçmə vasitələrinin qanunlaşdırılmış vahidlərlə dərəcələnməsi və metroloji xassələrinin (xarakteristikalarının) qoyulan normalara uyğun olması halına onların eyniliyi deyilir. Ölçmə vasitələrinin eyniliyi onların yoxlanılması ilə saxlanılır. Ölçmə vasitələrinin metroloji xarakteristikalarının qoyulan normalara uyğunluğunun təmin edilməsilə metroloji yararlığının (işə yararlı, tətbiqə yararlı) müəyyən olunmasına onların yoxlanılması deyilir. Yoxlanılmalar ilkin, dövri, növbədənkənar, inspeksiya və ekspert yoxlanılması ola bilər.

Ölçmə vasitəsi istehsalatdan buraxıldıqda və təmirdən çıxdıqdan sonra aparılan yoxlama ilkin yoxlama adlanır.

Qəbul edilmiş müəyyən intervaldan (yoxlanılmalararası intervallardan) bir aparılan yoxlamalara dövi yoxlanılmalar deyilir.

Ölçmə vasitəsinin son yoxlanılması haqqında damğa pozulduqda, şəhadətnamə itdikdə və yaxud ehtiyatda olan və istifadəyə buraxılacaq ölçmə vasitəsinin son yoxlanılmasından yoxlanılmalararası müddətinin yarıdan çoxu keçdiyi halda aparılan yoxlanılmaya növbədənkənar yoxlanılma deyilir.

İnspeksiya yoxlanılması müəsisələrdə ölçmə vasitələrinin vəziyyətinə və müəsisə metroloji xidmətinin fəaliyyətinə dövlət və yaxud idarə nəzarəti zamanı aparılan yoxlanılmalar aiddir.

Ölçmə vasitələrinin metroloji xarakteristikalarına onların istehlakçıları (istismar edənləri) tərəfindən müəyyən iradlar yarandığı hallarda hüquq mühafizə orqanlarının da cəlb olunması ilə aparılan yoxlanılmalara ekspert yoxlanılmaları deyilir.

Hər bir ölçmə prosesində müəyyən xəta yaranır. Xətasız heç bir ölçmə nəticəsi ola bilməz. Ölçmə xətasının yaranmasına ölçməyə təsir edən amillərin göstərdiyi təsirlər, ölçmə vasitəsinin elementlərinin istehsal texnologiyasında, elementlərdən yığılmasında, dərəcələnməsində buraxılan səhflər, ölçməni aparan müşahidəçinin nəticəni götürməsi zamanı yol verdiyi səhflər səbəb olur.




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə