Dərs vəsaiti baki 2016 azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 4,02 Mb.
səhifə4/24
tarix31.12.2021
ölçüsü4,02 Mb.
#82395
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   24
Metr.əsasları Fərzanə Nadir

Q2-Q1=q[Q] (2.4)
kimi təyin edilir.

(2.4) ifadəsi ilə fiziki kəmmiyyətin özünün ölçüsünü təyin etmək üçün onun bizi maraqlandıran ölçüsü “Q” ilə hesabat başlanğıcı kimi qəbul edilimiş Q0 ölçüsünün fərqinin ölçüsü təyin ediləcək:


Q - Q0=q[Q] . (2.5)
Fiziki kəmiyyətin (2.5) ifadəsi ilə təyin olunan qiymətlərin toplusuna onun şkalası deyilir. Fiziki kəmiyyətin şkalası iki yoldan biri ilə təyin edilir.

1. Əvvəlcə fiziki kəmiyyətin fiziki cəhətdən çox sadə yolla yaradıla biləcək iki ölçüsü qəbul edilir. Bəzən onlara, dayaq nöqtələri deyilir. Bu nöqtələrdən biri təpə nöqtəsi (Q), digəri isə hesabat başlanğıcı (Q0) nöqtəsi kimi seçilir. Nəticədə alınan (Q-Q0) intervalına əsas interval deyilir. Əsas intervalın müəyyən sayda bərabər hissələrə bölünmüş hissələrindən birinin üzunluğu vahidin ölçüsü kimi qəbul edilir. Bu yolla Farengeyt, Selsi, Reomyur öz temperatur şkalalarını təklif etmişdilər. Farangeyt Q0 nöqtəsi kimi qaynadılmış duzla naşatır qarışığının buzunun ərimə temperaturunu, Q nöqtəsi kimi isə insan bədəninin temperatarunu qəbul etmişdir. Nəticədə alınan (Q-Q0) əsas intervalı 96 bərabər hissəyə bölərək onlardan birinin uzunluğunu dərəcə Farangeyt (0F) adlandırmışdır. Selsi Q0 nöqtəsi kimi buzun ərimə temperaturunu, Q nöqtəsi kimi isə suyun qaynama temperaturunu qəbul etmişdir. Nəticədə alınan (Q-Q0) əsas intervalı 100 bərabər hissəyə bölərək onlardan birinin uzunluğunu dərəcə Selsi (0C) adlandırmışdır. Reomyur 80 hissəyə bölmüşdü.

Farangeyt şkalasından Selsi şkalasına keçid: t0C=(t0F-32)·  

320F ----2120F



00C ---1000C

2. Əvvəlcə fiziki kəmiyyətin vahidinin ölçüsü müəyyən interval, intervalın hissəsi və yaxud misli kimi qəbul edilir, hesabat başlanğıcı kimi isə onun təyin olunmasının başlanğıcında kəmiyyətin ölçüsü qəbul edilir. Bu yolla zaman şkalası tərtib edilmişdir. Əvvəlcə zaman vahidi kimi Sezium- 133 (2S1/2) atomunun əsas halının iki ifrat kiçik səviyyələri arasında keçmələri zamanı buraxdığı şüanın dövrünün 9192631770 misli saniyə kimi qəbul edilmişdir. Hesabat başlanğıcı kimi isə bu keçidin əvvəlində zamanın ölçüsü götürülür.



Qeyd etdiklərimizdən göründüyü kimi müxtəlif vahidlər sistemlərinin və sistemsiz vahidlərin istifadəsi zamanı bir vahiddən digərinə keçid labüd olur və bu zaman keçid tənlikləri bəzi hallarda mürəkkəb və qiymətlərin təyin edilməsində isə kifayət qədər səfhlərə yol verilə bilər. Bunları nəzərə alaraq Beynəlxalq Ölçü və Çəki komitəsi 1960-cı ildə (Sİ) Beynəlxalq vahidlər sistemini tövsiyə etmişdir. Həmin tarixdə sistemə 7 əsas, 2 əlavə kəmiyyət vahidləri hissə və misli vahidlər daxil idi. XXI əsrdən başlayaraq artıq bu sistemə daxil olan əsas kəmiyyət vahidləri 6 qəbul edilir. Yerdə qalan bütün vahidlər isə törəmə vahidlər adlanır. Ölçülük latın dilində dimension adlanır.

Dimension:

  1. dim (l) = L (uzunluq)

  2. dim (m) = M (kütlə)

  3. dim (t) = T (zaman)

  4. dim (i) = I (cərəyan şiddəti)

  5. dim (0t) =   (temperatur)

  6. dim (j) = J ((işıq şiddəti)


Məsələn, sürət üçün:  ; dim   = L·T-1

[l] = m
[m] = kq


[t] = s

[i] = A

[0t] = K

[j] = cd

Ümumi düstur:


[a] = [l]α · [m]β · [t]γ · [i] μ · [0t] ε · [j]λ , (2.6)
burada α, β, γ, μ, ε, λ – verilən kəmiyyətin törəmə vahidin təyin edildiyi tənliyə daxil olduğu qüvvət göstəriciləridir.

Məsələn, sürət üçün: [v] =[l]1 · [m]0 · [t]-1 · [i] 0 · [0t] 0 · [j]0 = m/san



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə