Dərs vəsaiti baki 2016 azərbaycan döVLƏt neft və SƏnaye universiteti


ÖLÇÜ SİSTEMLƏRİNİN STRUKTUR SXEMLƏRİ



Yüklə 4,02 Mb.
səhifə14/24
tarix31.12.2021
ölçüsü4,02 Mb.
#82395
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   24
Metr.əsasları Fərzanə Nadir

11. ÖLÇÜ SİSTEMLƏRİNİN STRUKTUR SXEMLƏRİ

VƏ METROLOJİ XARAKTERİSTİKALARI
Ölçmə vasitələrinin təsnifatında qeyd etmişdik ki, ölçmə informasiyası müşahidəçinin bilavasitə başa düşə bilməcəyi, lakin avtomatik emal etmək, saxlamaq, ötürmək və avtomatik idarəetmə sistemlərində istifadə etmək üçün lazım olan formaya salan ölçmə və köməkçi vasitələrin məcmusuna ölçü sistemi deyilir.

Ölçü sistemləri tərkib hissələrini müxtəlifliyinə baxmayaraq aşağıdaki iki ümumi struktur sxemlərindən birinə malik olur.



a)

b)
Şək. 11.1. Ölçü sistemlərinin struktur sxemləri
Şəkillərdə verilmiş 1,2,3 – uyğun olaraq ilkin, aralıq və ötürücü çeviricilər, 4 - əlaqə (rabitə) kanalı, 5 – ikinci cihaz (göstərən və yaxud qeyd edən cihaz), 6 –kommutatordır.

Şək.12.1,a-da verilmiş struktur sxemə malik olçü sistemi ilə

ölçmə obyektinin bütün parametrlərini eyni zamanda ölçmək mümkündür. Şək.11.1,b-dəki struktur sxemə malik ölçmə sisteminin köməyi ilə isə ölçmə obyektinin parametrlərini növbə ilə ölçmək mümkündür. Bu halda 5 cihazına daxil olan siqnallar həm təbiətcə, həmdə miqyasca eyni olmalıdır.

Struktur sxemlərdə verilmiş 1, 2, 3 və 5 quruluşları üçün normallaşdırılan metroloji xarakteristikalar 4 əlaqə kanalı üçün də normallaşdırılarsa, onda ölçü sisteminin ardıcıl birləşdirilmiş çeviricilərdən ibarət olduğu hesab edilə bilər.


Bu halda riyazi ifadəni (çevirmə funksiyasını) aşağıdakı şəkildə yazmaq olar:


(11.1)


Əgər 1, 2, 3, ....n çeviricilərin çevirmə funksiyası xəttidirsə, onda ölçü sisteminin çevirmə funksiyasını aşağıdaki şəkildə yazmaq olar:


(11.2)

burada ki sistemi təşkil edən i-ci çeviricinin gücləndirmə (ötürmə) əmsalıdır.

Ölçü sistemlərinin dinamik xassələrinin öyrənmək üçün avtomatik idarəetmə nəzəriyyəsindən istifadə edilir. Avtomatik idarəetmə nöqteyi-nəzərindən ölçmə sistemlərinin dinamiki manqalardan təşkil olunduğu təsəvvür edilir. (Dinamiki manqa dedikdə bir sərbəstlik dərəcəsinə malik element, elementlər qrupu, çevirici - nəzərdə tutulur). Bu halda ölçü sisteminin ötürmə funksiyası aşağıdaki ifadə ilə təyin edilir:

(11.3)
,
burada Wi(P) – sistemi təşkil edən i-ci manqanın (çeviricinin) ötürmə funksiyasıdır.

Adətən ölçü sistemləri üçün də, ölçü quruluşları üçün normallaşdırılan metroloji xarakteristikalar normallaşdırılır. Belə xarakteristikalardan biri gətirilmiş xətadır. Ölçü sisteminin gətirilmiş xətası onu təşkil edən çeviricilərin xətasından asılıdır. Bunu nəzərə alsaq ölçü sistemlərinin qətirilmiş xətasını aşağıdaki ifadə ilə təyin etmək olar:


(11.4)


burada γi –sistemi təşkil edən i-ci çeviricinin gətirilmiş xətasıdır.

(11.4) ifadəsindən istifadə edərkən sistemi təşkil edən bütün çeviricilərin xətalarının eyni işarəli olduğu nəzərdə tutulur. Bu isə bəzi hallarda xətanın bilərəkdən artırılmasına gətirib çıxarır. Buna görə də ölçü sistemlərinin gətirilmiş xətasının təyin edilməsinin ən əlverilşli üsulu ehtimal üsuludur. Bu üsula əsasən ölçü sistemlərinin gətirilmiş xətası aşağıdaki ifadə ilə hesablanır:



(11.5)

(11.5) ifadəsinin tətbiq olunması üçün hesab edilir ki, sistemi təşkil edən çeviricilərin xətaları bir-birindən asılı deyil və bərabər paylanma qanununa tabedir. Onların buraxılabilən həddi gətirilmiş xətanın buraxılabilən həddi ilə təyin edilir.



Əgər sistemi təşkil edən çeviricilərdən heç olmasa birinin statik xarakteristikası qeyri-xətti olarsa, onda ölçü sisteminin gətirilmiş xətası aşağıdaki xəta ilə təyin edilə bilər.
(11.6)
burada αi – sistemi təşkil edən i-ci çeviricinin təsir əmsalıdır (“çəki” əmsalıdır).

Əgər ölçü sisteminin çevirmə fnksiyası (11.1) ifadəsi ilə yazılarsa, onda





Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə