Dərs vəsaiti baki 2016 azərbaycan döVLƏt neft və SƏnaye universiteti


ÖLÇMƏ VASİTƏLƏRİNİN METROLOJİ XARAKTERİSTİKALARININ NORMALLAŞDIRILMASI



Yüklə 4,02 Mb.
səhifə13/24
tarix31.12.2021
ölçüsü4,02 Mb.
#82395
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   24
Metr.əsasları Fərzanə Nadir

10. ÖLÇMƏ VASİTƏLƏRİNİN METROLOJİ XARAKTERİSTİKALARININ NORMALLAŞDIRILMASI
Ölçmə vasitələrinin dövriyyəyə (istifadəyə) buraxılması üçün onların metroloji xarakteristikalarına normalar qoyulmalı (normallaşdırılmalı) və xarakteristikalar həmin normalara uyğun olmalıdır. Bu yolla ölçmə vasitələrinin eyniliyi, eynilik yolu ilə isə Respublika ərazisində ölçmələrin vəhdəti təmin edilir.Yoxlanılma əməliyyatı zamanı normallaşdırılan metroloji xarakteristikalardan heç olmasa biri normadan kənara çıxarsa, onda ölçmə vasitəsi ya sazlanmalı, ya təmir edilməli və yaxud da tənzimlənməlidir. Əgər bu tədbirlərdən heç biri müsbət nəticə verməzsə, onda ölçmə vasitəsi dövriyyədən çıxarılmalıdır. Normallaşdırılan metroloji xarakteristikalar ölçmə vasitələrinin istehsalatdan buraxıldıqda aparılan atestasiyası zamanı təyin edilir.

Ölçmə vasitələrinin metroloji xarakteristikalarının normallaşdırılması, normallaşdırılan xarakteristikalara nominal xarakteristikaların, normallaşdırılan kəmiyyətlərə nominal qiymətlərin və nominallardan meyl etmələrin müəyyən edilməsi ilə həyata keçirilir. Məsələn: ölçmə vasitələrinin əsas xətalarının normallaşdırılması buraxılabilən ya mütləq ya nisbi və yaxud da gətirilmiş xəta hədlərinin müəyyən edilməsi ilə həyata keçirilə bilər.

Δ = ±a , (10.1)

δ = ±b , (10.2)

γ = ±c , (10.3)
burada a, b, c konkret ədədi qiymətlər olub, aşağıdaki üstün tutulan ədədlər sırasından seçilir:

[1,0; 1,5 (1,6); 2,0; 2,5 (3); 4,0; 5,0; 6,0]·10n (10.4)


Əgər ölçmə vasitəsinin əsas xətası additivdirsə, onda əsas xəta (1) və yaxud (3) ifadəsi ilə normallaşdırılır. Əgər ölçmə vasitəsinin xətası mültiplikativdirsə, onda əsas xəta (2) ifadəsi ilə normallaşdırılır. Əvvəlki mövzuda qeyd etmişdik ki, ölçmə vasitəsinin nominal çevirmə funksiyası buraxılabilən xəta həddində təsiredici amillərdən, öz yerini dəyişə bilər ki, bu zaman “R” qeyri-stabillik və “V” variasiya kimi təsadüfi xətalar yaranacaqdır. Bəzi ölçmə vasitələri üçün bu xətalara da normalar qoyulur: R≤ 0,5Δ; V≤ (1,0÷1,5) Δ.

Əgər ölçmə vasitələri normal tətbiq olunma şəraitindən fərqli şəraitdə istismar edilirsə və şəraitin normaldan fərqlənməsi nəticəsində ölçmə vasitəsinin verdiyi xəta əsas xətanın buraxıla bilən həddini aşırsa, onda bu cür ölçmə vasitələri üçün əlavə xətaya da norma qoyulur. Əlavə xətaların normallaşdırılması Δəl verilməsi ilə (ζ- təsiredici amil, Δζ – onun mümkün ola biləcək artımıdır) və yaxud da Δəl=F (ζ) verilməlidir.

Əlavə xətanın buraxılabilən hədlərinin ədədi qiymətləri əsas xətanın buraxıla bilən həddinin hissəsi və yaxud misli kimi götürülə bilər.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə