55
Uzun əsrlər Hindistanda vahid dövlət olmamışdı, ölkə feodal dağınıqlığı
dövrü yaşayırdı. Vahid dövlətin olmaması ölkənin müdafiə qabiliyyətini
zəiflədirdi. Belə bir şəraitdə
Gurlular sülaləsindən olan
Məhəmməd Gurlu XII
əsrin sonlarında Hindistana hücuma başladı. Tezliklə o, Pəncabı, daha sonra
Camna və Qanq çayları arasındakı torpaqları ələ keçirdi və bu torpaqların
idarəsini
qulamlarından
olan sərkərdə
Qütbəddin Aybəkə tapşırdı.
İşğalçılıq yürüşlərini davam etdirən
Qütbəddin Aybək tezliklə
Dehlini
tutdu və oranı mərkəzə çevirdi.
Məhəmməd Gurlu öləndən sonra Gurlu-
lar dövlətində hakimiyyət uğrunda mübarizə qızışdı. Bundan istifadə edən
Qütbəddin Aybək 1206-cı ildə
sultan titulunu qəbul edib
Dehli sultanlığı-
nın əsasıını qoydu. Onun dövründə dövlət idarəçiliyində və orduda türk-
müsəlmanlarının mövqeyi gücləndi.
Dehli sultanlığı
“Bu
ölkədə bir çox
coğrafi məkanlar türk
mənşəlidir. Misal
üçün Hindistan...Bu
söz hardandır? “Stan”
şəkilçisi türklərə aid-
dir. Tatarstan, Qazax-
stan və s. “Stan” türk
sözüdür və mənası
“ölkə”dir.”
Murad Acı
(müasir tarixçi)
1. Şəkildəki döyüş səhnəsi haqda fikrinizi bildirin.
2. Tarixçi Murad Acının araşdırması sizə hansı
məlumatı verdi?
3. Yuxarıdakı açar sözlər sizlərdə hansı fikir
yaratdı?
Düşünün
Türk-müsəlman sultanlığı
Qulam
Kasta
Aybək
Dehli
İslam
Açar sözlər
10
1. Ərəb xilafətinin tərkibinə hansı
ərazilər daxil
olmuşdur?
2. Sultan Mahmud Qəznəvinin ən çox yürüş etdiyi
ölkə hansıdır?
Yada salın
Klassik orta əsrlər
56
Klassik orta əsrlər
Qulam
– Ərəbcə “oğlan” deməkdir. Qul, şəxsi xidmətçi, hərbi xidmət üçün
pulla alınmış şəxs. Orta əsrlərdə bir sıra Şərq ölkələrində
qulamlardan ibarət
ayrıca hərbi dəstələr yaradılırdı.
Eltutmuş xa nın döv -
rü n də döv lətin ərazisi
ge niş lən dirildi. Lakin
onun ölü mün dən son-
ra sul tan lıq da taxt-tac
uğrunda mü ba r izə baş-
ladı. Uzun sürən mü-
barizəsindən sonra ha-
ki miyyətə
Qiya səd din
Bala ban (1265-1287)
gəldi. Onun döv rün-
də əyanların möv qey i
zəifl ə mə yə başladı. O,
sultanın aliliyini önə
çəkdi, əyanlarla ka sıb-
ları qanun qar şısında
eyniləşdirdi.
“Qütbəddin Aybək qul kimi Mərkəzi Asiya bazarlarında satılmışdı. Onun birin-
ci sahibi Nişapurlu qazı olmuşdur. O Qütbəddinə ədəbi biliklər vermiş, ona at
çapmağı və ox atmağı öyrətmişdir. Qazının ölümündən sonra onun oğlanları
Qütbəddini bir tacirə satmış, o, da onu Qəznəyə gətirmiş və Məhəmməd Gur-
luya satmışdır. Tezliklə Qütbəddin bacarıqları sayəsində Məhəmməd Gurlunun
diqqətini özünə cəlb etmiş və o yüksəlməyə başlamışdı. Sonda isə Məhəmməd
Gurlu tərəfindən Hindistana hakim təyin edilmişdir. Dehli sultanlığının əsasını
qoyan Qütbəddin, çovqan oyunu zamanı atdan yıxılıb ölmüşdür.”
“Hindistan tarixi”
Müzakirə edin
Necə oldu adi bir qul Dehli sultanlığını yaratdı? Fikrinizi bildirin.
• Müsəlmanların Hindistanı asanlıqla ələ keçirməsinin səbəbi nə ola bilərdi?
• VIII və XIII əsrlərdə müsəlmanların Hindistana yürüşlərini müqayisə edin.
Cavablandırın
Lüğət