Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə13/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

49
• Bizansda ordu muzdlu əsgərlərdən ibarət olduğu halda, nəyə görə donanma 
üzvləri azad əhalidən seçilirdi?
• Erkən orta əsrlərdə Qərbi Avropa və Bizans imperiyası arasında hansı oxşar 
və fərqli cəhətlər olmuşdur? Müqayisəni Venn diaqramı əsasında aparın.
Cavablandırın
“Yustinian  həm  sərkərdə,  həm  islahatçı  idi.  Onun  hakimiyyəti  antik  dövrdən 
orta əsrlərə, ənənəvi Roma idarəçiliyindən yeni Bizans idarəçiliyinə bir keçid 
idi. O, həmişə qarşısına qoyduğu məqsədlərə çatmağı bacarırdı. Təkcə Roma 
imperiyasını bərpa etmək istəyi yarımçıq qaldı”
Vasilyevin “Bizans imperiyasının tarixi” kitabı
Müzakirə edin
Mənbə əsasında Bizans imperatoru Yustinianı bir şəxsiyyət kimi xarakterizə 
etməyə çalışın.
Avropa dünyası
müdafiəsində donanma mühüm əhəmiyyət kəsb edirdi. Bizans imperiyası 
özünün ən qüdrətli dövrünü Yustinianın (527-565) zamanında yaşamışdır. 
Yustinian  Roma  imperiyasının  əvvəlki  sərhədləri  daxilində  bərpasına 
çalışdı  və  apardığı  müharibələrdən  sonra  o,  Şimali  Afrikadakı  Vandal 
krallığını və İtaliyadakı Ostqot krallığını işğal edə bildi. İspaniyanın cənub 
hissəsi isə vestqotların əlindən alındı. Yustinianın ölümündən sonra imperiya 
Qərbdə işğal etdiyi ərazilərin, demək olar ki, hamısını itirdi. Bizans zaman-
zaman əvvəlcə ərəblər, sonra isə səlcuqlarla mübarizədə də ərazisinin xeyli 
hissəsini itirdi və zəiflədi.


50
Erkən orta əsrlər
Slavyanlar  Mərkəzi  və  Şərqi 
Avropada  yaşayırdılar.  Baltik 
dənizindən Qara dənizə qədər əra-
zilərdə  məskunlaşmış  slavyanlar 
3  qrupa  bölünürdülər:  Şərq  (rus, 
Ukrayna, belorus), Qərb (çex, slo-
vak, polyak), Cənub (bolqar, serb, 
xorvat).
VI  əsrin  ortalarından  etibarən 
slavyanlar  Bizans  imperiyasının 
ərazisinə  basqınlara  başladılar.  Onlar  Balkan  yarımadası  ərazisində  möh-
kəmləndilər. Slavyan yürüşləri zamanı çoxlu quldar malikanələri dağıdıldı 
və bu, Bizansda quldarlıq quruluşundan feodalizmə keçidi sürətləndirdi.
Slavyanların  Balkan  yarımadasında  məskunlaşması  “Xalqların  böyük 
köçü”nü də başa çatdırmış oldu.
• “Xalqların böyük köçü” hansı dövrü əhatə etmişdir?
• Hansı hadisə Bizansda feodalizmə keçidi sürətləndirdi?
• Slavyanlar hansı qruplara bölünürdülər?
• Ərəb, alman və slavyan tayfalarının hansı oxşarlıqları var?
Cavablandırın__Slavyanlar_yürüşdə_Slavyan_dövlətlərinin_yaranması'>Cavablandırın
Slavyanlar yürüşdə
Slavyan dövlətlərinin yaranması
Feodalizmə  keçidlə  əlaqədar  olaraq  slavyanlarda  dövlətlər  yaranmağa 
başladı. IX əsrdə şərq slavyanlarının ilk dövləti
 – 
Kiyev knyazlığı yarandı. 
X  əsrin  əvvəllərində  qərb  slavyanlarının  ilk  dövləti  olan  Çexiya,  X  əsrin 
ortalarında isə Polşa dövləti yarandı. Slavyanların şərq qonşuları olan ma-
carlar IX əsrdən başlayaraq Ural dağlarının ətəklərindən Avropaya yürüşə 
başladılar.  X  əsrin  sonunda  macarlar  öz  dövlətlərini  yaratdılar  və  qonşu 
ölkələrə basqınları dayandı.
• Müasir dövrdə hansı slavyan dövlətlərini tanıyırsınız?
• Slavyanların Azərbaycana yürüşü nə zaman olmuşdur? Bu yürüşlər zamanı 
hansı faciə baş vermişdir?
Cavablandırın
Slavyanlar


51
Elm və mədəniyyət
Orta  əsrlərin  başlanğıcında  Bi-
zans  Avropanın  ən  mədəni  ölkəsi 
idi.  Bizans mədəniyyəti slavyanların 
mədəniyyətinə, xüsusilə, böyük təsir 
göstərmişdir.  Bolqarıstan,  Serbiya 
və Kiyev knyazlığı xristian dinini Bi-
zansdan qəbul etmişdir. Avropada ilk 
ali  məktəb  1045-ci  ildə  Konstanti-
nopolda açılmışdı. Neft və qətran qa-
rışığından düzəldilən “Yunan odu” adlı yandırıcı maddə də Bizansda ixtira 
edilmişdi.  Onu  xüsusi  olaraq  düzəldilmiş  borulardan  düşmən  gəmilərinə, 
qalalarına yönəldir və yandırırdılar.
Bizansda  memarlıq  yüksək  səviyyədə  inkişaf  etmişdi.  Memarlığın  ən 
gözəl nümunəsi Yustinianın zamanında Konstantinopolda tikilmiş Müqəd-
dəs  Sofiya  məbədidir.  Bu  kilsəni  “möcüzələr  möcüzəsi”  adlandırırlar. 
Məbədlərin  və  sarayların  divarlarını  mozaikalar
  – 
müxtəlif  rəngli  xırda 
daşlardan və şəffaf olmayan rəngli şüşə qırıqlarından düzəldilmiş təsvirlər 
bəzəyirdi.
Yapışqandan  istifadə  etməklə  əvvəlcədən  çəkdiyiniz  bir  şəklin  üzərini  rəngli 
xırda daşlarla bəzəməyə çalışın. 
• Bizans sikkələri olan qızıl solid beynəlxalq pul rolu oynayırdı.
• Bizanslılar öz ölkələrini “Romeya”, avropalılar “Yunan imperiyası”, ruslar 
isə “Yunan çarlığı” , Konstantinopolu isə “Çarqrad” adlandırırdılar.
• Almanlar, ərəblər və monqollar kimi slavyanlar da ibtidai icma 
quruluşundan birbaşa feodalizmə keçdilər.
Öyrənin
Yaradın
Axtarın
Yustinian, Müqəddəs Sofiya məbədi, Kiyev rus dövləti
Aya Sofya məbədi
Avropa dünyası


52
Erkən orta əsrlər
1. Verilmiş doğru və yanlış fikirləri müəyyən edin.
2. Zaman xəttinə istinad edərək müəyyən edin.
• Abbasilər xilafəti ilə eyni zamanda mövcud olmuş dövlətləri 
• Kiyev knyazlığı yarandığı zaman mövcud olmuş dövlətləri.
• Bizans imperiyasının müasiri olmuş türk-müsəlman dövlətlərini.
• Frank dövləti ilə eyni zamanda Avropada mövcud olmuş türk dövlətlərini.
• Daha uzunömürlü türk dövlətini.
3. Aşağıdakı açar sözlərdən istifadə etməklə A4 vərəqi həcmində kiçik 
hekayə hazırlayın.
D Y
Məlumatlar
Min sülaləsi dövründə Çində Böyük kanal çəkilmişdir.
İranda feodal münasibətlərinin yaranması Sasanilər 
imperiyasının zamanına təsadüf edir.
Əməvilər sülaləsi dövründə xilafətin sərhədləri Atlantik okean-
dan Hindistan və Çinə kimi uzanmışdır.
Ağ Hun dövləti Şimal-qərbi Hindistanı işğal etmişdi.
Göytürk dövlətində iudaizmin qəbul edilməsi hakim təbəqə ilə 
xalq kütləsi arasında münasibətləri gərginləşdirmişdi.
Bizans imperiyası ərazisində slavyanların məskən salması 
nəticəsində quldarlıq quruluşunun dağılması sürətləndi.
Frank kralı Xlodviq Roma şəhərində özünü imperator elan 
etmişdi.
200 300 400 500 600 700 800 900 1000 1100 1200 1300
Şərqi Roma (Bizans) imperiyası
Qərbi 
Roma
Sasanilər dövləti
Dunay Bulqar
Avropa Hun
Xəzər
Avar
Qəznəlilər
Volqa (İdıl) Bulqar
Qaraxanlı
Oğuz
Frank dövləti
Verden, Aaxen, Cəngavər, Feodal nərdivanı, Natural təsərrüfat, Hersoq, 
Qraf, Baron
Özünü yoxla
Özünüzü yoxlayın


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə